Ürəyə yol
çəkən şair...
Dünən axşamüstü Mağar
təpəsini (Mağar
dağını!) bir
daha ziyarətə getdim... Qayıdanda hiss etdim ki, işığım artıb, enerjim bərpa olub.
Əlim Qələmimə uzandı. Xeyli vaxtdı oxuduğum, haqqında söz demək istədiyim bir şeir kitabını
da bu dəfə
əməlli-başlı aldı
gözlərim - gördü
gözlərim! Mən həmişə
elə sanmışdım
ki, evdə-eşikdə,
işdə deyiləm,
o Mağar təpəsinə
uzanan yoldayam. Gedirəm... gedirəm... O
təpəyə çatıram...
Çatıram və çata
bilmirəm.
Çatdıqca çatmıram...
Bu hissləri ürəyinə
yol başlayıb, hələ də ona çata bilməyən, (və nə yaxşı ki, çata-çata çatmayan) çatmaya -
çatmaya çatan
bir şairənin şeirlər kitabını
oxuya-oxuya gedirdim.
Mən Mağar
təpəsinə nə
yaxşı ki, yenə getdim. Mən yenidən
yaşamağa başladım,
yenidən yazıb pozmaq istədim. O şairəyə qoşulub
onun ürəyini də ziyarət etmək istədim.
O təpədə bir ürək gördüm.
Məndən qabaq çatmışdı
ora!
O ürəkdə bir təpə gördüm.
Təpə ürək olub
döyünürdü sanki!..
...Deyirlər ki, Səfa
və Mərva təpəsi adi bir təpə deyildir, Allahın nəzərgahlarından biridir.
Məncə, bu Mağar təpəsi
də adi təpə deyil, ordan etdiyim dualar
Allaha yəqin ki, daha tez
çatır. O qızın da ürəyi bəlkə də o təpələrdən biridir,
illah da Allah nəzərgahlarından biri!
Nə yaxşı ki, mən o təpəyə doğru qaçıram qaçanda! Nə yaxşı ki, o ürəyə doğru qanadlanır o qız da
hər dəfə...
...Şeir yazmaq,
şair olmaq bir bəhanədir.
Ürəyinə, ürəklərə çatmaq
istəyir o qız.
Çata -çata çatmır.
Çatmaya-çatmaya çatır...
Əslində bizi də bir-birimizə
tanıtdıran (və
tanıyan) o təpə
və o ürək olub.
Təpəyə yüyürən kimdi?
- Bir oğlan uşağı.
Ürəyə yüyürən kim
olar?- Bir qızcığaz!
Bu təpə bir azca Çayqoşana
(bizim köhnə yaylaq yerinə) yaxındı, o Ürək
Suqovuşana! (Arazla Kürün qovuşduğu - o qızın
yaşadığı məkana).
Aman Allah, bu
nədir? Təpə ürək deməkmiş,
ürək təpə
yoxsa?!.
lll
Dediyim kimi, neçə vaxtdı ki, (azı üç il yarım)
Şahnazın şeirlər
kitabı ("Bu şəkil
mənə bənzəmir")
məndədi. Oxumuşam, yazmaq
istəmişəm, nəsə
alınmayıb. Xüsusən bu misraları gördükcə utanmışam.
Elə bilmişəm ki, elə mənə yazıb.
Sən məni hər gün görüb,
görməzliyə vurursan.
Yox, vallah! Gözlərimi yummamışam, vəziyyət yuxarıda dediyim kimi olub.
Oxucusuna
"ürəyinə yol
çəkirəm" deyir
Şahnaz. Deyir, bilirsizmi bu ürəkdə
nələr var:
Tapmayacaq
uzaq, yaxın
İtib
yanına gəlirəm...
...Burdan ürəyimə Yerlə Göy qədər,
yol getdim, nə fayda, gedib çatmadım.
Yerdə yer qalmayıb, nə cür yaşayasan, yaradasan?!
Nə cür,
hara, nəyə şeir yazasan?!
...Həsrət son varağa da
Rəsmini çəkib gedir...
Yox! Yerdə yer çoxdu! Təki sən könül
otağında olasan.
Onda sənin tək olduğunu görən olacaq. Əgər özün kimsəsiz deyil,
bir kimsə
olsan! Onda səni nəinki
görən olacaq, hələ üstəlik sən oturub şeir də yazacaqsan. Elə könül dəftərinin
varaqlarına...
Yazacaqsan
ki:
Ətrin
burnuma doldu,
Səsin də qulağıma.
İcazəsiz gəlirsən,
Sən könül
otağıma.
Bir udumluq havatək,
Sənə möhtacam indi.
Mənim
qərib çiçəyim,
Yerin nə tez bilindi?..
Şahnazın dilində klassik ədəbiyyatdan gələn
bir yığcamlıq,
aydınlıq, şirinlik
var. Dastanlarımızdan süzülüb gələn bir abu-hava var.
Səhər çağı bir
qız keçdi qarşımdan,
Yel almışdı
örpəyini başından.
Üç tel kəsib verdi mənə
saçından,
Ay ana, o qızı al mənim üçün!
Hansı ana biganə qalar bu şairanə
çağırışa, sevgiyə?!Hansı ana bu qızı
almaq istəməz oğluna?!
lll
O qız ( o şair) ürəyini
tapa bilmirsə, (hələ ürəyə
yol çəkə bilməyibsə!) onu qınamayın!
...Min ildi bizi ürəyimizdən
itələyib başımızın
üstünə yıxıblar.
Şahnazın günahı ürəyini
gəzib tapa bilməməyində deyil.
Şahnaz günahının
nə olduğunu hamıdan yaxşı bilir, odur ki,
belə yazır:
Günahı, savabı yazana
deyin,
Mənim
savabım da, suçum da sevgi...
Maraqlı şeirdi bu, Nəsimidən gələn
nəsə var burda. "Mən keçmişdən gəlmişəm"
misrası da şahiddi buna.
Ən qəribəsi budur ki, sən demə
insan sevə-sevə sevdiyinin kim olduğunu bilmirmiş axırda, eynilə Leyli Məcnunu səhrada gedib tapanda, "evlənəkmi?"
deyəndə, Məcnun
"sən kimsən ki?!" dediyi kimi...
Ah kimsən, nəçisən,
bilə bilmirəm,
Tapıb
ünvanını gələ
bilmirəm,
Dərdimdən öləni sevə
bilmirəm,
Mən hər gün təzədən sevirəm
səni!
Demək, insan həqiqi sevdiyini hər gün, hər saat, hər dəqiqə, hər saniyə təzədən
sevirmiş. Belə bir aşiqin (şairin) "Mən keçmişdən gəlirəm"
deməyə haqqı
var. Ona üz tutub demək istəyirsən: Yaxşı
ki, keçmişdən
gəlirsən. Sən demək
hələ könül
saflığını itirməmisən.
Sevgidən xəbərdarsan. Sən demək gələcəyə
üz tuta bilərsən.
Elə
keçmişin olmalıdır
ki, sıxıla-sıxıla
deməyəsən:
Üzünə, gözünə sığal
çəkdiyin
Ayna sahibini tanıyacaqmı?
Şahnaz, özün demişdin ki, oyatmayın məni. Adicə, gözünün çimirini almaq üçün də yatmaq deyildi fikrin. Mən bunu "Bu şəkil mənə bənzəmir"
şeirlər kitabını
oxuyandan sonra duyduğum (bildiyim) üçün sənə
(sənin şeirlərin
haqda) heçnə yazmırdım. Bilirdim ki, yatmaq istəyirsən və yatırsan".
Səni oyatmaq günaha
batmaq kimi bir şeydi.
Ah, niyə oyatdın məni,
Alıb
başqa bir aləmdən
Bu dünyaya atdın məni...
Yuxuda yarı
görürdüm.
İndi neyləyək? Qalmışıq odla su arasında. Səni oyadım, deyimmi
ki, kitabın haqda yazı yazmışam?!
Yoxsa... Çıxıb gedirsən
yenə yatmağa?!..
lll
Bir daha qeyd etmək
istəyirəm: Şahnazın
elə şeirləri
var, oxuyanda sanırsan ki, xalq yaradıcılığı
nümunələridir, folklora
oxşayır.
...Allah, məndən nə dedilər,
Yenə
yarım küsüb getdi?..
...Bu həsrəti ovutmağa,
Qollarında uyutmağa,
Söz vermişdi qayıtmağa,
Gəlmədi, yarım, gəlmədi...
...Səni ürəyin deyil,
Ayaqların aparır...
Məni
sevəcəksən!
lll
...Molyusklar aprel yağışları yağanda
dənizin üzünə
çıxır, o yağışdan
bir damla udub dənizin dibinə çəkilir. Deyirlər, o
damla bir müddətdən sonra onun bətnində inciyə, sədəfə
çevrilir. Ədəbiyyatda da belə deyilmi?!
Qələm əhlinin hər
damla mürəkkəblə
yazdığı yaşatmır
ha onu. O damlaların
içində bircəsi
"inci" olur, sədəf olur. Müəyyən zamandan sonra
Şahnaz Nəsirova da bu yolla
gedib. Onun da "aprel
yağışları" zamanı udduğu bir "damla" göstərir ki, o, Dənizin dibinə, ("keçmişə") elə
- belə çəkilməyibmiş.
Bircə inci, bircə sədəf üçün bütün
ömrünü verməyə
hazır bilir özünü!
lll
...Hər nazını mən çəkirəm,
Allah bilir nə çəkirəm,
Ürəyinə yol çəkirəm,
Elə mənim olacaqsan!
Sən şeir yazmırsan! Sən doğrudan da ürəyə yol çəkirsən, Şahnaz! Çox düz edirsən,
çünki ən böyük qələbələrə
ürəkdən çəkilən,
ürəyə çəkilən
yollarla çatırlar.
Səni
sevənlərin,
Sevdiklərinin ürəyinə yol
çəkirsən,
Ürəyindən yol çəkirsən,
Ürəyinlə yol çəkirsən!
...Şairlik ürəyə
yol çəkməkdir!
P.S. Bütün bunların hamısını dediyim Mağar təpəsinin başından daha aydın görmək olur...
Barat VÜSAL
525-ci qəzet.-
2015.- 27 fevral.- S7.