MƏNİM QƏHRƏMANIM, QALX!
Öz
adın var, sanın var igidlik aləmində,
Qoymazsan
intiqamı zalımlar zalımında!
Döyüşlərdən ötrüdü
ömrün də, ölümün də?
Haqdı əməlin,
işin
mənim
qəhrəmanım, Haqq!...
Mənim
qəhrəmanım, qalx!
Çoxları
elə bilir, çoxdan ölüb getmisən,
Yox- yox, sən
ölməmisən! Yox, sən ölüb getmisən?!
Sən
yox ola bilməzsən, yoxsa olub getmisən,
And verirəm,
ləngimə, sən dinim-imanım, qalx,
Mənim
qəhrəmanım, qalx!
And
içmişdik, yurd üçün töküb qan, öləcəyik,
Versək
də, qələbəyə verib can,
öləcəyik!
Sən məzardan
təzədən qalxmasan, öləcəyik,
Bir hədəf
var- sinəmiz, bir şərəf var-vuruşmaq!
Mənim
qəhrəmanım, qalx!
Güc
üstdən güc olarsan... istəsən güc
olmağı,
Ucalaraq
qalxmağı, qalxaraq ucalmağı!
Ancaq sən
bacararsan Qarabağı almağı,
Qalxmaq
zamanıdırsa,
mümkündümü qalxmamaq?!
Mənim
qəhrəmanım, qalx!
Söyləmək
istəsə də, bu torpağa çoxu can,
Heç kim söyləyə bilməz sənin kimi,
axı, can!
Axı sən
deyildinmi ömür boyu oxuyan,
“Aləm
cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!”
Mənim
qəhrəmanım, qalx!
Tək
qalmısan ruhumun yalquzaq-qurdu kimi,
Tək qalmısan millətin təklənmiş dərdi
kimi.
Bu
dünyanın sonuncu döyüşü, hərbi kimi,
Bir
döyüş başlayacaq...
Mənim
qəhrəmanım, qalx!
...O qəhrəman
özüməm, mən özüm qalxmalıyam,
Hər
ağrıya-əzaba mən dözüb qalxmalıyam!
Ay
canım, qalxmalısan,
Ay
gözüm, qalxmalıyam,
Yoxsa Tufan
qopacaq!
Mənim
qəhrəmanım, qalx!
İgid
odur deyirlər, hər bəlaya qatlana,
İgid
odur deyirlər, atdan düşə, atlana!
Dur,
özün qənim kəsil Vartazara, Vartana,
Özün
kimi mərdləri məzarından dartaraq,
Mənim
qəhrəmanım, qalx!
Mənim
qəhrəmanım, qalx!
ANALAR
ÖLƏNDƏ...
Hər
ölən adamla mən ölmürəm ha,
Analar
öləndə yaman ölürəm!
Şükür
yaradanın məsləhətinə,
Tapılmır
dərdimə dərman, ölürəm,
Analar
öləndə yaman ölürəm!
Hər kəsin
bir ölüm zamanı varmış,
Mənim də Axilles dabanım varmış.
Amma zəif
yerim ürəyim imiş,
Mən
ordan vurulur, ordan ölürəm,
Analar
öləndə yaman ölürəm!
Sanırdım
ölümü öldürə billəm,
Çiynimə ölümü götürə billəm.
Ağlım
qalıb, yoxsa itib... nə billəm,
Bir yolluq
ölənmir, hər an ölürəm,
Analar
öləndə yaman ölürəm!
Mən ta
insan deyil, mən ta asiyəm,
Mən qanqal olana qanqal asiyəm.
Mən
insan ömrü yox, qan bahasıyam,
Varımdan
çox, mən yoxumdan ölürəm,
Analar
öləndə yaman ölürəm!
Bağlanır,
geriyə yolum qalmayır,
Ölürəm, dirilən halım qalmayır.
Ana
söyləməyə dilim gəlməyir,
Kim
ayrılsa anasından, ölürəm,
Analar
öləndə yaman ölürəm!
Bu
kağız, bu qələm, ölən deyiləm,
Ölüm istər öləm, ölən deyiləm.
Bilir hələm-hələm
ölən deyiləm,
Demərəm
ay aman, aman,ölürəm,
Analar
öləndə yaman ölürəm!
lll
Qorxmuram
yıxılıb ölüm bu düzdə,
Qorxuram
içimdə öləcəyimdən!
Ölməyə
nə var ki, torpaq, su üstdə,
Qorxuram
içimdə öləcəyimdən!
İçimdə
ölməmək adımdı mənim,
İçimdə ölməmək dərdimdi mənim.
İçimdə
ölməmək andımdı mənim,
Qorxuram
içimdə öləcəyimdən!
Nə
vaxtdı qapımı bir qorxu sarıb,
Getmir öz işinə bir qorxu, varıb.
Qorxular
içində bir qorxu qalıb,
Qorxuram
içimdə öləcəyimdən!
Dayanıb
baxtımla üz-üzə, gülsəm,
Köhnə
ağlayanam ey təzə gülşən!
Ölmərəm,
ölümlə üz-üzə gəlsəm,
Qorxuram,
içimdə öləcəyimdən!
Nə sərvət
toplayıb, nə zər gəzmişəm,
İçimi əks edən əsər yazmışam.
İçimdə
ay Barat, səngər qazmışam,
Qorxuram
içimdə öləcəyimdən!
SAZ
MƏCLİSİ
Ustad
Aşıq Hüseyn Şəmkirlinin xatirəsinə
Yol
üstündə qar uçqunu baş verib,
Atı sərpib, atı çöküb qəfildən.
Bir ün
yetməz qar altında qalıbdı,
Aşıq Hüseyn atı təki, qəfildən.
Aşıq
Hüseyn qar altında qalıbdı,
Qar- özü də, qar-atı da yanırmış.
Əfsanəymiş,
odda yanmaq, əfsanə,
Əsl
aşıq qar altında yanırmış,
Əsl
aşiq qar altında yanırmış!
Qar
altında neyləyəsən, neyləyə,
Hay-harayın kimə çata, yetişə.
Bircə
yol var, sağ qalmaqdan ötəri,
Özünə
də, atına da od düşə,
Qar
üstə yox, qar altında od düşə...
Yaxında
bir yar-yoldaşın olmaya,
Yer uçruma, göy uçruma oxşaya.
Aman
Hüseyn! Ölən aşıq olmaya,
Aman
aşıq! Saz qırğını
başlıyar?!
Qar
altında sağ qalasan yenidən,
Qar altında alovlanıb qalasan.
Deməyəsən qar altında qalmışam.
Deyəsən
ki, yol gedirəm hələ də,
Qar
özümdə, qar atımda qalmışam!
Aşıq
Hüseyn məclisdədi yenə də,
Qar
içində alovlanır, odlanır,
Qar
altında saz məclisi başlayır,
Yer
üstündə necə ötür saz belə,
Yer altında saz məclisi başlayıb?!
ŞEİR
YAZANDA
Yazmaq
üçün dağa-daşa düşmürəm,
Bax, yenə də ilham gəlib, yazıram.
Özüm duru... sözüm duru olsunmu?
Ona görə ölüb...ölüb, yazıram.
Bircə əllə
yazmayıram mən, xeyr,
Qoşa əllə şeir yazır bir şair.
Bir əlimlə
Səməd Vurğun söyləyir,
Bir əlimlə Hüseyn Arif yazıram.
Hər nə yazsam, sazımın da payı var.
Yolumun da, izimin də payı var.
Əlimin
də, gözümün də payı var,
Ürəyimi
yarı bölüb yazıram!
Yalan
yazır, düz yazıram, ay Barat,
Allah deyir
yaz!-yazıram, ay Barat!
Mən bu
qədər söz yazıram, ay Barat,
Elə
bil ki, bircə hərf yazıram!
GÖY
TÜRFƏ
(Deyilənə görə biri sünni, biri şiə
olub. Vəsiyyət
edib
qəbir
qazdırıblar ki, qoy ziyarətə gələnlər
görsünlər ki,
nə
sünni var, nə şiə, boş şeydi bu fərqləndirmə)
İncə
Dərəsindədir, qəbri Göy Türfədədir,
Hacı
Mahmud Əfəndi, Seyid Yasin Ağanın!
Özləri
dərədədir, məzarı zirvədədir,
Hacı
Mahmud Əfəndi, Seyid Yasin Ağanın!
İki qəbir
yanaşı... iki qəbir bir qəbir,
Gör necə dönüb olub iki qəbir birədi.
Fikirləri
birdədi, zikirləri birədi,
Hacı
Mahmud Əfəndi,
Seyid Yasin
Ağanın!
Nəzəri
üstümüzdə, özləri nəzərdədir,
Bu hər iki övliya sanmayın məzardadır.
Vallah, qəbirləri
də Kəbəyə səfərdədir,
Hacı
Mahmud Əfəndi, Seyid Yasin Ağanın!
Hər
ikisi işıqlım, hər ikisi üz nurum,
Hər
ikisi dipdirim, hər ikisi öz ölüm!
Qəbrinə
qurban olum, qəlbinə qurban olum,
Hacı
Mahmud Əfəndi, Seyid Yasin Ağanın!
Ayrılıblar
yer üstə, söyləyiblər: hələlik!
Elə
bil ki, deyiblər qəbirdə görüşərik!
Qəbirləri
deyir ki, qəlbidə görüşərik,
Hacı
Mahmud Əfəndi, Seyid Yasin Ağanın!
...Nə
sünnü var, nə şiə, qəbirləri
yanaşı,
Qəbirləri hələ də pir insandan
danışır.
Qəbirləri
hələ də bir insandan danışır,
Hacı
Mahmud Əfəndi, Seyid Yasin Ağanın!
lll
Mənim
bir ovcumda məchul şəkli var,
Bəlkə onçün belə məchul adamam.
Bütün
adamlardan baş olmasam da,
Bütün adamlara məsul adamam.
Allaha asimi olmuşam bir vaxt?
Mən
ki, sübh Nəsimi olmuşam bir vaxt!
Nəsimi...
Nəsimi olmuşam bir vaxt,
Mən məşhur
adamam, məşhur adamam!
Baş
vuram ümmana, baş vuram sənə,
Allahım,
bir başı beş verəm sənə!
Mən
könül verməklə məşğulam sənə,
Mən
ömür sürməklə məşğul adamam!
ŞABRAN
QALASI
Şabranlı
qələm dostum Aydın Tağıyevə
Burda bir
şair tutuldu,
Qaldı Şabran qalasında.
Qalalara
zinət verdi
Gəldi,
Şabran qalasında!
Sandılar
ki, yox olacaq,
Hirs-hikkədən boğulacaq.
Doğulduqca
doğulacaq
Bildi,
Şabran qalasında!
Tanıyırsan
Xaqanini,
Xalqın
olan Xəlqanini!
Özü
boyayıb qanını,
Aldı...
Şabran qalasında?!
Min il yaşa, min il gözlə,
Yol
yaranmaz o mil gözlə!
Məni
ilan bir iblislə
Çaldı
Şabran qalasında!
Yazırdı,
Tufan –sözündə!
Üzürdü,
ümman üzündə,
Ayağında
hər bir kündə
Saldı...
Şabran qalasında!
Özü
“qəmin qəmin çəkdi”,
Gözü nəmin nəmin çəkdi.
Az
qalmışdı: öləcəkdi,
Oldu!
Şabran qalasında!
Bu nə
ömür-gündü, canım,
Düşmənlərim
kimdi, qanım!
Söz
yüyürdü, intiqamım
Aldı
Şabran qalasında!
Mən
bilirdim Haqq var, Haqq var,
Haqsızları
haqlar... haqlar!
Noldu taxtlar, noldu şahlar?
Noldu, Şabran qalası da?!
Qaldı
şair, qaldı dünya,
Bax, Barat Vüsaldı dünya?!
Şairliyə
yoldu dünya,
Yoldu –
Şabran qalasından!
Barat Vüsal
525-ci qəzet.-
2015.- 28 fevral.- S .26.