Həqiqət və Rəzalət
Yazıçı Əli İldırımoğlunun
“Daş yağan gün” romanındakı bir epizodun bu
günümüz üçün də çox aktual
olduğunu nəzərə alıb oxuculara təqdim edirik.
Dağbəyi rayon mərkəzində işlərini
qurtarıb idarə yoldaşları ilə xudahafizləşəndə,
ona Moskvadan gələn bir teleqram verdilər. Andranik
teleqramı oxuyanda onun çal bığları
aşağı sallandı. Alnının
qırışları sıxlaşdı, gözləri
qıyıldı, əhvalı korlandı. Teleqramda
qısaca olaraq yazılmışdı ki, qızınız
ağır xəstədir, təcili gəlin...
Andranik tələsik evə baş çəkib, Moskvaya
getməsinin səbəbini ailə üzvlərinə
qısaca izah edib, vaxtı itirmədən yol
maşınlarının birinə əyləşdi. Və
özünü Yerevan dəmiryol vağzalına
çatdırdı. Moskva qatarına bilet
alıb orta vaqondakı yumşaq kupelərin birində əyləşdi.
Tələsik olduğuna görə özünə
yol azuqəsi götürməmişdi. Odur
ki, vaqonrestorana keçib yüngülvari çörək
yeyib, biriki qədəh rus arağı gillətdi. İçkinin təsirindən onun başı
dumanlanmışdı. İndi Andranikin
yadına nə qızı düşürdü, nə də
ki onun xəstəliyi. Səndirləyəsəndirləyə
kupesinə qayıdıb, bir siqaret tüstülətdi. Kupedə ondan başqa heç kəs yox idi. Həmsöhbəti olmadığından onu qərəmət
basır, mürgü vurur, başı teztez sinəsinə
enibqalxırdı. Andranik əsnəyə-
əsnəyə yerindən qalxıb kupenin qapısını
örtdü və soyunub yorğanı başına çəkməklə,
yuxuya getməyi bir oldu.
YerevanMoskva qatarı
Gürcüstanın ərazisindən keçəndə
yarımstansiyaların birində dayandı. Əllərində
kiçik bayraq olan xüsusi geyimli yol bələdçiləri,
təzə sərnişinlərin biletlərinə
yoxlayıcı nəzər yetirib, yan tərəfdən
içəri buraxırdılar. Andranikin
başı dumanlı olduğundan yatdığı kupenin
qapısı yarıaçıq qalmışdı. Səliqə
ilə geyinibkeçinmiş və əlində qara rəngli
kiçik çamadan olan orta yaşlı sərnişin
yatanın kim olduğunu bilməsə də,
ona mane olmamaq üçün ehtiyatla soyunub başını
yastığa qoydu.
Dəmir relslər üzərində
şütüyən vaqonların yeknəsəq
taqqıltısı, eyni yerə iki bilet alan
sərnişinlərlə yol bələdçilərinin
mübahisəsi, əllərində gül, siqaret, isti
çörək, soyutma balıq stansiyada dayanıb
matahını onabuna sırımaq üçün dəridənqabıqdan
çıxan sırtıq satıcılarla
alıcıların səsküyü uzaq səfərə
çıxan yorğun yolçuları bezdirib onların
yuxusuna haram qatırdı. Bütün bunlar
sakitsakit xoruldayan Andranikin əsla vecinə deyildi. Onun
yanında top da atılsaydı, halına təfavüt eləməzdi.
Hava işıqlananda təzə sərnişin
yerindən qalxıb kupenin havasını dəyişmək
üçün ağ pərdələri
yana çəkib pəncərəni açdı. Gün çıxmışdı. İçərisində
yüzlərlə sərnişin olan qatar
da sanki sübhün şəfəqlərindən vəcdə
gəlib, sürətini getdikcə artırırdı. Bələdçi
qadın kupenin qapısını aralayıb başını
içəri saldı, məzəmmətedici
baxışları ilə kupeyə göz gəzdirdi və:
– Nə çox
yatırsınız? – dedi. – Sizə nə lazımdır,
çay gətirim? – soruşdu.
Andranik qurcalanıb, yorğanı
üstündən atdı və kupe yoldaşına diqqətlə
nəzər salıb, kal səslə:
– Barus, ara, hayes,
turkes? – soruşdu.
– Onun kupe yoldaşı gülümsəyib:
– Mən nə hayam, nə də ki,
türk. Gürcüyəm. Eduard
Çeburdanidze, – laqeyd cavab verdi.
Çalğıbığ
sərnişin də özünü ona təqdim etdi:
– Andranik Poqosyan, bilmək istəyirəm
ki, bizlərdənsiniz, yoxsa türksünüz?
– Bəlkə siz azərbaycanlı
demək istəyirsiniz. Çünki buralarda
türk yaşamır. Olsa da təsadüfən...
– Ay astos, türk, Azərbaycan fərqi
nədir? Hamısı bir toxumdur.
Onların kökü kəsilsin!
– Məndən yaşlı
olsanız da, söhbətimizin əvvəlində birdən-birə
mənimlə bu tonda danışmağınız xoşuma gəlmədi.
– Ara, Eduard, axı biz din
qardaşıyıq. Bilirsən ki, onlar ermənilərin
qatı düşmənidir. Bizi genosid eləyib
pərən-pərən salıblar.
Eduard Çeburdanidze:
– Mənim tarixdən az-çox xəbərim
var. Neçə illərdir ki, arxivdə işləyirəm. Acığınıza gəlsə də,
düzünü deməliyəm. Biz
dünyaya insan kimi gəlmişik. Şüurlu
məxluq kimi özünə hörmət edən hər bir kəs
kiminsə xoşuna gəlib-gəlməməyindən
asılı olmayaraq, gərək həqiqəti
danışsın. Yalançı
Allahın düşmənidir, yalan ayaq tutar, amma yeriyə bilməz,
– deyiblər. Yalanın başqa bir adı
da əxlaqsızlıqdır. Bu, uydurma
genosid məsələsi köhnə söhbətdir. Əsl həqiqətə gəlincə, o vaxt erməniləri
qırmayıblar. Ermənilər özlərini
qırdırıblar. Daha doğrusu, nə
qədər qırıblarsa, bir o qədər də
qırılıblar. Bir də ki, atalar
demişkən, həmişə günah öləndə
olar. Həmin qanın tökülməsinin
birinci səbəbkarı da elə ermənilərin özləri
olub. İydə varsa, tağalaqda da var. Sizin kimi
yaşlılar ürəyində bu cür kin-küdurət
saxlayandan sonra gənclərə nə deyəsən?... Ədavət heç kimə
xeyir gətirməyib. Sizə nəsihət
verib, ağıl öyrətmək fikrində deyiləm.
Bu cür olubkeçmiş, köhnə əhvalatları
başınızdan çıxardın getsin...
– Eduard Çeburdanidzenin bu cür sərt
cavabları Andraniki
açmadı. Andranik də daxili
etirazını büruzə verməmək üçün
zarafat edirmiş kimi irişib ayağa qalxdı və əlüz
dəsmalını götürüb, yuyunmağa getdi.
Kupeyə qayıdanda diqqəti bayaqkı söhbətdən
yayındırmaq üçün özünü şən
göstərməyə çalışaraq əllərini
bir-birinə sürtdü:
– Bəlkə səhər-səhər
boğazımızı yaşlayaq, – Eduarda müraciət
etdi.
Eduard
razılıq mənasında tərəddüdlə
çiyinlərini qaldırdı və:
– Etiraz etmirəm. Ancaq elə burada
nahar eləyək, – dedi. –Səhərsəhər restoran
tünlük olur. Çamadanımda ev
çörəyi, soyutma toyuq, pendir, kolbasa, konyak var, – əlavə
etdi. – Çatmayanı da restorandan gətirdərik.
Andranik Poqosyanın
kefi duruldu. Onlar kupenin qapısını
örtüb, özlərinə xudmani səhər süfrəsi
düzəltdilər. Andranik konyak
şüşəsini görəndə gözləri
işıqlandı.
– Ara, Eduard, görürəm, kefi
kök adama oxşayırsan, gərək
yaxşı-yaxşı vuraq, – deyib yol bələdçilərindən
aldıqları qədəhlərinə konyak süzdü.
Andranik konyak dolu stəkanı
öpüb gözünün üstünə qoydu və:
– Birinci qədəhimizi
tanışlığımızın şərəfinə!
– dedi.
Eduard müsahibinin təklifi ilə
razılaşdı...
Qədəhlər bir-birinə
toxunub cingildədi... Eduard cib dəsmalını
çıxarıb dodaqlarını sildi. Andranik
əlindəki çörəyi əvvəlcə burnuna tutub
dərindən qoxuladı və sonra yeməyə
başladı.
Növbəti qədəhlər
qaldırılanda Andranik Poqosyan:
– Mənim xüsusi bir
sağlığım var, – dedi. – Etiraz etməsəydiniz, bunu
da erməni xalqının milli qəhrəmanı, fəxrimiz,
başımızın tacı Andranik Torosoviç
Ozanyanın sağlığına içək. Qoy onun ruhu şad olsun. Andranik
Torosoviçin müqəddəs ruhu agah olsun ki, o dünyada
olsa da bu dünyada onun xidmətlərini unutmuruq. Yeganə şəxsiyyətdir ki, tarixi düşmənimiz
olan türklərin burnunu ən çox o ovub. Yüzlərlə Azərbaycan kəndini
yandırıb, adamlarını
uşaqlıböyüklü qılıncdan keçirib.
Bu gün fəxr edirəm ki, elə bir fövqəladə
qəhrəmanın mənsub olduğu millətdənəm.
Eduard Çeburdanidze nə demək
istəyirdisə, Andranik ona imkan vermədi və nitqinə fəxrlə
davam etdi:
– Qoy bir sirri də açım, atam
onun adını mənə qoyub, – dedi. – Atam
Vazgen onun sağ əli olub, ordusunda namusla xidmət eləyib.
Mənim əsl adım Xaçaturdur. Atam sonradan adımı dəyişib Andranik qoyub.
Cahıl oğlan olanda Andranikin
çağırışı ilə onun ordusuna
yazılmışam. Bu şərəfli
adı daşıdığıma görə
özümü dünyanın ən xoşbəxt adamı
hesab edirəm. Əgər Andranik
olmasaydı, türklər çoxdan ermənilərin
axırına çıxmışdı.
Eduard Çeburdanidze
onun sözünü kəsmək istədi. Andranik isə içkinin təsirindən
danışdıqca qızışırdı. O,
cavanlığından içkiyə aludə olduğundan,
indi də bir qədər yaşlandığından, son
vaxtlar dilinə bir damcı dəyən kimi ipinin ucunu itirib,
özünü-sözünü bilmirdi. Ona görə
müsahibini eşitmirmiş kimi:
– Ara, Eduard, onun əlinə
dönüm. 1918ci ildə Andranikin
başçılığı ilə Zəngəzurda və
ona yaxın olan rayonlarda yüzlərlə Azərbaycan kəndini
yandırıb, külə döndərdik. Uşaq, böyük, cavan, qoca – hamısını
milçək kimi qırdıq.
Eduard əsəbiləşərək
müsahibinin ətəyindən tutub yerində oturtdu və təkidlə
onun sözünü kəsdi:
– Qoca, sizin dediklərinizdən xəbərdaram.
Bu hadisəyə arxiv sənədlərində
təsadüf etmişəm, – Eduard Çeburdanidze Andranikin
sözünü təsdiq etdi. – Dediyiniz faktlar tarixinə
qədər dəqiq yadımdadır. Zəngəzurun qəza
rəisinin 1918ci il 11 dekabr tarixli, 185
nömrəli teleqramını diqqətlə oxumuşam. Orada
rəsmən qeyd olunur ki, ingilis-fransız nümayəndəli-
yinin tələbi ilə müsəlman qoşunlarının
geri çəkilmə sindən istifadə edən Andranik,
qonşu Azərbaycan kəndlərinə divan tutur. Onlar
qadına, kişiyə, qocaya, cavana baxmadan, hamısını
vəhşicəsinə qətlə yetirir, meyitlərini eybəcər
hala salırlar... Bu sözləri artırıbəskiltmədən,
sənədlərdə qeyd edilən kimi deyirəm...
Andranik onun sözünə
qüvvət verib müsahibinə:
– Atan rəhmətlik! Yaxşı
ki, Andranik Ozanyanın göstərdiyi şücaətdən
sən özün də xəbərdarsan, – deyib əlindəki
qədəhi fəxrlə onun qədəhinə vurmaq istədi.
Eduard Çeburdanidze
əlini geri çəkib, öz qədəhini yerə qoydu.
Müsahibinin əli havada qaldı
və:
– Niyə geri çəkildin, vurmaq
istəmirsən? – Andranik incikli soruşdu.
– Yaxşı olar ki, başqa bir
sağlıq deyəsiniz. – Eduard Çeburdanidze cavab verdi.
– Nə üçün?! – Andranik pərt
oldu.
– Sizin qan qoxusu gələn, lakin fəxrlə
dediyiniz fitnəkar sözlərinizə görə. – Eduard ona
sərt cavab verdi.
Andranik
ittihamedici baxışları ilə Eduardı təqib edərək:
– Ara, Eduard, məndən incimə,
deyəsən zənnimdə yanılmışam. Sən ya gürcü deyilsən, ayrı dinə
qulluq eləyirsən, ya da ki, bu əclaf türklərlə
dostluğun və ya qohumluğun var. Yoxsa bizim
başımızın tacı olan Andranikin
sağlığına bir qədəh yox, bütün bu
butulkanı başına çəkərdin.
Eduard Çeburdanidze əsəbiləşən
kimi oldu və:
– Andranik
Vazgenoviç, – dedi, – düzdür, atam gürcü, anam
osetindir. Özüm də Qoridə yaşayıram.
Lakin mən sizinlə nə türk, nə
gürcü, nə osetin və ya erməni kimi danışmaq
istəmirəm. Qəlbinizdə qaraltı
qalmasın deyə onu da bilin ki, bir dinə qulluq etməyimizdən
əlavə, ermənilərlə yaxın qohumam. Bəli!
Bəli! Düzünü bilmək istəyirsinizsə,
kiçik qardaşım erməni qızı ilə evlənib.
Üç uşaqları da var. Hamısı da
mənə əmi deyir. Bacım da Moskvada
oxuyanda erməniyə ərə gedib. Öz
tələbə yoldaşına. Hazırda
Yerevanda yaşayırlar. Hər ikisi də
tikinti mühəndisidir. Bunları deməkdə
məqsədim odur ki, ermənilərlə qaynayıb
qovuşmuş adamam. Lakin mən qərəzli hisslərimin
əsirinə
çevrilib, vicdanıma xəyanət edə bilmərəm.
Nəyinsə xatirinə həqiqəti danmaq,
ağa qara, şirinə acı demək təbiətimə
yaddır. Dünyaya insan kimi gəlmişəm.
Həmişə, hər yerdə
sözümü insan kimi demişəm və indi də deyirəm.
Onu da bilin ki, əvvəllər bir çox
yüksək vəzifələrdə olmuşam. Həmişə də düz
danışmağımın bəlasına gəlmişəm.
Elmi dərəcəm olsa da, haqqı dediyimə
görə məni vəzifədən qovub, arxivdə
kiçik bir işə göndəriblər. Hansı kitabdasa oxumuşam ki, həqiqət vəfalı
köpək kimidir. Onu daim kötəkləyib
it damına salırlar. Əl
tulasını isə tumarlayıb ocağın başına
keçirirlər. O da yavaş-yavaş evin
havasını korlayır. Yəqin nə demək
istədiyimi anlaya bilirsən. Yuxarıdan
aşağı düşmüş bir adamam. Əlimin üstündə əl yox idi. Hamı da mənə baş əyirdi. Əlbəttə, vəzifəmə görə.
Hazırda arxiv siçanları kimi
saralıb-solmuş köhnə kağız-kuğuzların
arasında əlləşirəm. Buna da əsla
peşman deyiləm. Ədalətsizliklə
ixtiyar-imtiyaz sahibi olub eyş-işrətlə yaşamaqdansa,
düzlüklə arxiv kağızlarının arasında
eşələnib, bir loğma yavan çörək tapmaq mənə
xoşdur. Odur ki, üzdə olmayan
kiçik bir işdə çalışmağıma
heç də təəssüflənmirəm. Sizinlə söhbətimdə də bədnam millətçilik
mövqeyindən yox, insani mövqedən
danışmalıyam. Bu, mənim
üçün vicdan, həm də insanlıq borcudur. Hərçənd ki, dediklərimlə, deyəcəklərim
sizin ürəyinizcə olmayacaq. Bu, sizi əsəbiləşdirə
də bilər. Əlbəttə, düz
söz həmişə acı olur. Lakin
şirin yalandansa acı həqiqət yaxşıdır.
Andranik gördü ki, müsahibi din qardaşı olsa
da, onun döşünə yatan adama oxşamır və tamam
ayrı hava çalır. Ona görə də Eduardın
sözünü yarımçıq kəsərək:
– Eduard, canım, ciyərim, mənə
belə baxma, – dedi. – Təsəvvür etdiyiniz qədər də
avam, kəmsavad adam deyiləm. Mən özüm də bir neçə məktəb
oxumuşam. Ancaq başım türklərlə
müharibəyə qarışdığı
üçün ali təhsilimi tamamlaya
bilməmişəm. Radi boqa, Andranikin
sağlığına içmirsən içmə, gəl
söhbəti qəlizləşdirib qanımızı
qaraltmayaq. Başqa məsələyə
keçək. Xətrinizə dəyməsin,
gürcü olsanız da görünür, sizdə xristian
qanı yoxdur. Ona görə də sizin
kimilər Andranikin qədrini nə bilir?!
(ardı var)
Əli İldırımoğlu
525-ci qəzet.- 2015.- 28 fevral.- S.22