Qarabağın Muğam Mərkəzi

 

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin ildən-ilə şöhrəti artır, fəaliyyəti genişlənir. Bunu adıçəkilən mədəniyyət müəssisəsinin bütövlükdə Qarabağda ictimai-siyasi mədəni həyatın canlanması, muğam ifaçılığı sənətinin təbliği inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlər aydın sübut edir.

Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərovun sözlərinə görə, bayram tədbirlərində, hərbi hissələr ictimaiyyət qarşısında kollektiv üzvlərinin geniş  proqramla çıxışları, istedadlı ifaçıları üzə çıxarmaq məqsədi ilə  keçirilən muğam müsabiqələri əhali tərəfindən daim rəğbətlə qarşılanır yüksək dəyərləndirilir. Sözün həqiqi mənasında ,müəssisə bu gün sakinlərin, xüsusilə gənclərin sevimli mədəniyyət istirahət guşasinə  çevirilib.

Muğam Mərkəzi respublika miqyaslı tədbirlərdə, muğam müsabiqələrində, festivallarda da yaxından iştirak edir, yeni -yeni uğurlara imza atır. Təsadüfi deyil ki, kollektivin yetirməsi Arzu Mahmudova ifaçıların Bülbül adına II respublika müsabiqəsində uğurlu iştirak edərək 3-cü nəticə göstərib, medal xüsusi diplomla mükafatlandırılıb. Bununla yanaşı, digər kollektiv üzvləri Ceyhunə Şirəliyeva, Nərmin Sultanova Zəhra Məmmədova da həmin müsabiqənin fəxri diplomlarına layiq görülüblər.

Direktor qeyd edib ki, ötən illərlə müqayisədə bu il Muğam Mərkəzində təhsil almaq istəyənlərin sayı xeyli çoxalıb.  Əvvəllər müəssisəyə bu məqsədlə 15-20 nəfər müraciət etdiyi halda, indi onların sayı 70 nəfərə çatıb. Lakin şagird yerinə uyğun olaraq burada müraciət edənlərin yalnız 6 nəfəri təhsil almaq imkanı əldə edə bilər. Odur ki,  qəbulun sayının artırılması üçün respublika Mədəniyyət Turizm Nazirliyinə müraciətlər edilib.

Bu ilin əvvəlində təşkil olunmuş "Aysel" xalq çalğı alətlər özfəaliyyət ansamblı (bədii rəhbər Tural Əsədovdur) uğurlu çıxışları ilə yadda qalıb. Ansamblın tarixi günlərdə, bayramlarda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü, Respublika Milli Qurtuluş günlərində, İlk Avropa Oyunları məşəlinin qarşılanması mərasimində, eləcə ümumtəhsil məktəblərində nümayiş etdirdiyi nümunəvi konsert proqramları xüsusilə diqqəti çəkib.

"Aysel" özfəaliyyət ansamblının  eyni zamanda gənc ifaçıların muğam sənətinin sirrlərinə dərindən yiyələnməsi sahəsində xidmətləri  xüsusi önəm daşıyır. Qeyd olunub  ki, hazırda Ağcabədi rayon İcra Hakimiyyətinin sərəncamına əsasən yay mövsümündə əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə  Heydər Əliyev parkında  sərgilənən konsertlərdə bölgənin musiqi məktəbləri ilə bərabər Muğam məktəbinin kollektivi də yaxından iştirak edir.

Konsert tamaşalarının təşkilində,tədris və ifaçılıq sahəsində qazanılan uğurlarda müəllimlərdən Arzu Abbasova, İsa Məmmədov, Fəqani Qarayev, Nazim Məmmədov, konsertmeysterlər Sahil QuliyevYadigar Feyziyevin gördükləri işlər təqdirəlayiqdir.

Söhbət zamanı T. Cəfərov onu da əlavə edib ki, bu günlərdə respublika Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Bakı şəhər Qara Qarayev adına mərkəzi incəsənət məktəbi, Gədəbəy Aşıq Məktəbi, Şamaxı şəhər incəsənət təhsil mərkəzi ilə birlikdə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinə də təhsilin tənzimlənməsi, səmərəli təşkili və müstəqil inkişafı istiqamətində geniş imkanlar yaradılıb. Qərarın mühüm əhəmiyyət daşıdığını  vurğulayan direktor onun kollektivinin  üzərinə yüksək məsuliyyət qoyduğunu da dilə gətirib. O, göstərilən bu yüksək diqqət və qayğıya görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

 

Yəhya PAŞAZADƏ

 

525-ci qəzet.- 2015.- 1 iyul.- S.8.