Bakı Şərq və Qərbdən sərnişinləri
qəbul edir
Azərbaycan
mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi
Əgər macəranın ətri olsaydı, Bakının yeni aeroportu kimi ətir saçardı...
Aeroportlar ölkənin necə qəbul edilməsi baxımından vacib rol oynayır, axı bura insanların ölkədən ilk və son təəssürat aldığı yerdir. Həyatımızda
aeroportların rolu artır. Aeroport bizə dəyərli
olan insanları qarşıladığımız və ya
köhnə sevgili ilə vidalaşdığımız
yerdir.
Aeroport səyahətlərimizin
ayrılmaz hissəsidir, bura gediş-gəliş,
görüş və ayrılıq yeridir...
Digərləri ilə müqayisədə çox səyahət
edənlər aeroportlarda daha çox vaxt keçirirlər. Aeroportun rahat
olması həmişə xoş sürprizdir, üstəlik,
arxitektura baxımından maraqlı və göz
oxşayandırsa, bu, əlavə bonusdur.
Hər bir sərnişin hava limanlarında rahatlıq, təmizlik
və yüksək xidmət, gülərüz, mehriban
münasibət, üstəlik, diqqətli xidmət göstərən
işçilər tapmaq istəyir.
Heydər
Əliyev Beynəlxalq Hava Limanının hər il 6 milyondan çox sərnişin qəbul edəcəyi
gözlənilir. Sərnişinlər ölkə
və bütün Qafqaz regionuna açılan xatirə
qapılarının funksionallığından zövq ala biləcəklər.
Aeroportun binası 6500 kvadratmetr ərazini əhatə
edir. Ötən ilin aprelində
açılmış Hava Limanının binasına
yuxarıdan baxanda qanadları açılmış
böyük quşu xatırladır.
Dizaynerlərin yuxarı mərtəbədəki
"barama" adlandırdıqları taxta konteynerlər -
kafe, bar, ticarət köşkləri, uşaq oyun zonası və
baqajın qorunması üçün ərazi şəhərimizin
qonaqlarına xidmətlər təklif etməyə
hazırdır.
Ölçü
baxımından fərqlənən baramalarda, eləcə də
kafe, köşklər və digər obyektlərdə
arxitektura ilə incəsənət birləşir və
böyük nəqliyyat qovşağında cəlbedici, həyəcanlı
interyer yaradır.
İnteryer aeroportun atmosferinin gözləntilərinə
meydan oxuyur və Azərbaycanın qonaqpərvərliyindən
ilham alır.
Hava qapılarının gözəlliyi onun müasir
arxitekturası ilə məhdudlaşmır. Çünki
bu, Azərbaycanın sürətlə inkişaf edən
paytaxtının yalnız başlanğıcıdır.
Daha yaxından tanışlıq
Ölkə iqlim, mədəniyyət və təbiət
gözəlliklərin heyrətamiz çeşidliyini təklif
edir. Bir günlük səyahətdə Azərbaycanın
palçıq vulkanları və palıd
ağaclarını, lalə düzənlikləri və səhralarını,
qədim kəndləri və möhtəşəm
dağlarını görmək olar. Burada
olsanız, əlavə bir və ya iki gün də
qalacaqsınız. Reysinizi təxirə
salın və əmin olun ki, buna görə peşman
olmayacaqsınız.
Daha əvvəl Azərbaycanda olmamısınızsa, məftun
olmağa hazır olun. Bakıda XXI əsrin müasir mehmanxana, restoran, muzey və
infrastrukturun tam spektrini tapmaqla Azərbaycan
landşaftlarının əsrarəngiz müxtəlifliyindən,
eləcə də arxitektura, mədəniyyət və
tariximizin heyranlığından zövq alacaqsınız...
Tədqiqatçıların tarixdə kökünə
gedib çıxa bilmədiyi qədim qala divarlarını təsəvvür
edin. İçərişəhərin mərkəzində
sirli Qız qalası yenə də tez-tez əsən Bakı
küləklərinə qarşı dayanır. İndi isə üfüqdə, belə demək
mümkünsə, yağışdan sonra göbələk
kimi çıxan XX əsr arxitekturasının gözəl
binalarına diqqət yetirin. Əks istiqamətdə
gəzərkən Xəzər dənizində üzən
yaxtaları görəcəksiniz.
Bakıda qəflətən dünyanın ən qəribə
tikinti bumlarından biri başlayıb. Bakıda şübhəsiz
ki, heyranlıq səslərini yüksəldəcək
arxitektura binaları var. Məsələn, Zaha Hadidin layihələndirdiyi
Heydər Əliyev Mərkəzi, "Alov qüllələri"nin gümüş üçlüyü və
gimnastlarımızın yeni qələbələrə yolunu
işıqlandıran yeni Gimnastika Arenası kimi.
Azərbaycanın
digər guşələri kimi, Bakı da bir neçə mədəniyyətin
- Avropa, türk, rus və fars -
qarışdığı və hamının bir harmonik millət
şəklində birləşdiyi yerdir.
Azərbaycan ciddi şəkildə
köklənib
Qərbi Asiya və Şərqi Avropanın kəsişməsində
yerləşən, 9 milyondan çox əhalisi, zəngin
enerji resursları olan Azərbaycan Cənubi Qafqazın ən
böyük ölkəsidir.
Bakı Avrasiyanın ən iri hava qovşaqlarından
biridir. O, Mərkəzi
Avropaya düşündüyünüzdən də
yaxında yerləşir. Son illər regional konfranslar, idman
yarışları və ticarət sərgilərinin
keçirildiyi ölkə bu il Birinci Avropa
Oyunlarına ev sahibliyi edir. Paytaxt Bakı həmçinin
2016-cı ildə "Formula-1" yarışlarını və
futbol üzrə 2020-ci il Avropa
çempionatının bir neçə oyununu keçirmək
hüququna layiq görülüb.
Azərbaycanın
iri tədbirlərin keçirilməsi üçün qəbul
edilmiş məkan olmaq üçün cəhdi "Azərbaycan
2020: Gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hissəsidir. Konsepsiya
onilliyin sonuna ÜDM-in və səfər edənlərin
sayının artırılmasına yönəldilib.
Azərbaycan iqtisadiyyatı 10 ildən çox müddət
ərzində dünyada ən səmərəlilərdən
biri olub. Hətta qısa müddətə gələn istənilən
insan infrastrukturun xeyli yaxşılaşdığını,
hər gün baş verən şəhər
peyzajlarının mütəmadi abadlığını və
kommersiya imkanlarının daimi genişləndirilməsini
görə bilər.
Azərbaycan 4 səbəbə görə - coğrafi
mövqe, hava şəraiti, mədəniyyət və
hökumət tərəfindən daimi investisiyalar - Avropa və
Asiya arasında iri hava qovşağına çevrilir.
Ölkənin əsas qapısı olan Bakı ideal
coğrafi mövqeyə malikdir ki, bu da etibarlı
daşıma üçün daha bir üstünlük verir. Burada Moskva və
İstanbuldan fərqli olaraq, demək olar, ekstremal hava şəraiti
olmur. Hər iki şəhərdə isə
sərnişinlər təyinat yerinə çatmaq
üçün bir neçə saat və hətta gün
gözləmək məcburiyyətində qalırlar.
Hindistan,
Pakistan, Nepal və ya Çinə (və əks istiqamətdə)
səfər etmək istəyən bir çox avropalı
üçün marşrut Yaxın Şərqin üç
böyük daşıyıcısının (MEB3) -
Dubaydakı "Emirates", Abu-Dabidəki "Etihad" və
Dohadakı "Qatar Airways" - qovşaqlarının birindən
keçəcək. Lakin reallıqda Bakı
vasitəsilə marşrut daha yaxındır.
Bakı üzərindən Hitroudan Pekinə və ya
Şanxaya reyslərin həyata keçirilməsi zamanı məsafə
Böyük Britaniyadan bu şəhərlərədək
birbaşa uçuşlarla müqayisədə, müvafiq
olaraq, 16 və 12 faiz artır. Bunu Dubay üzərindən
uçuş zamanı, müvafiq olaraq, məsafənin 39 və
29 faiz artması ilə müqayisə edin və başa
düşəcəksiniz ki, Bakı həqiqətən də
qlobal qovşaq üçün əhəmiyyətli
coğrafi mövqeyə malikdir.
Digər vacib məqam biznesin istənilən sahəsinin
inkişafı üçün həlledici əhəmiyyətə
malik investisiyalardır. Yeni təyyarələr ölkəmizə
tədarük edilir. Azərbaycan iki
"Boeing-787 Dreamliner" almış ilk MDB ölkəsidir.
Ölkənin digər şəhərlərində də
yeni hava limanları tikilib. Son 10 ildə 6 aeroport
tikilib. Onlardan beşi beynəlxalq səviyyəlidir.
Son onillikdə Bakı və Naxçıvan
aeroportları tam modernləşdirilib. Bundan başqa, Gəncə,
Zaqatala, Lənkəran, Yevlax və Qəbələdə yeni
hava limanları açılıb ki, bu da təqribən 87
kvadratkilometr sahəsi olan Azərbaycan üzrə hava əlaqəsini
təmin edir.
15 il əvvəl tikilmiş və bu yaxınlarda əsaslı
təmir edilən Bakı aeroportunun əvvəlki terminalı əlavə
3 milyon sərnişin qəbul edə bilər. Bununla da 9 milyon
sərnişin hər il Bakı aeroportundan
istifadə edə bilər. Müqayisə üçün,
regional aeroportlardan biri olan Tbilisi Beynəlxalq Hava
Limanının sərnişin axınının gücü
ildə cəmi 2,8 milyon sərnişin təşkil
edir.
Sərnişinlərin qazancı
Əlbəttə,
hər bir sahənin ən vacib amili ÜDM-ə töhfəsi,
iş yerlərinin yaradılması, bu sektorun və onun xidmət
sahələrinin vergi gəlirləri ilə ölçülən
"iqtisadi izi"dir. Lakin bu sahənin iqtisadi dəyəri
daha genişdir. Əsas mənfəət hava nəqliyyatı
xidmətindən istifadə edən müştəri, sərnişin
və ya yükgöndərən üçün
yaradılır.
Təyyarədə sərnişinlər ekonom siniflərdə
əlavə və biznes siniflərdə eksklüziv komfortla
gücləndirilən uzaq məsafəli uçuşlar
zamanı hava nəqliyyatı sənayesində tətbiq edilən
yüksək səviyyəli xidmət və AZAL-ın təcrübəli
pilotlarının mükəmməl pilotajı ilə təmin
olunurlar.
Bundan başqa, şəhərlər və bazarlar
arasında yaradılan əlaqələr birbaşa xarici
investisiyalar həyata keçirməyə imkan verən
mühüm infrastruktur aktivləri, biznes-klasterlər və iqtisadiyyatın
istehsal gücünə təsir göstərən digər əlavə
amillər yaradır.
Azərbaycanın hava nəqliyyat şəbəkəsi
kifayət qədər genişdir - Azərbaycanın
böyük aeroportlarını və dünyanın şəhər
aqlomerasiyalarını birləşdirən 35 marşrutu var.
Bütün bunlar Azərbaycan şəhərləri ilə
dünyanın böyük şəhərləri və
bazarlarının "əlaqə"sini göstərir. Əlaqə məsafənin
uzaqlığı, həyata keçirilən reyslərin
tezliyi, xidmətlər, istiqamətlərin iqtisadi əhəmiyyəti
və hər ölkənin aviasiya şəbəkəsi vasitəsilə
mümkün olan sonrakı birləşdirici reyslərinin
sayı deməkdir.
AZAL: təhlükəsizlik və
keyfiyyət
1910-cu il oktyabrın 20-də Bakı üzərindən
ilk təyyarə uçub. Bu təntənəli gündən
100 il sonra milli daşıyıcı AZAL
müasir və dinamik şəkildə inkişaf edən
şirkətə çevrilib.
Sahənin prioritet məsələsi təhlükəsizlikdir
və bu məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatı
(İCAO) və Azərbaycanla Beynəlxalq Hava Nəqliyyatı
Assosiasiyası (IATA) arasındakı əməkdaşlıqda
əsas məsələdir.
IATA-ya üzvlük şərtləri aviaşirkətin
istismar təhlükəsizliyi üzrə audit
proqramının (IOSA) 900-dən çox tələbə
cavab verməsini nəzərdə tutur. AZAL 1997-ci ildən
IATA-nın üzvü kimi auditdən uğurla keçir və
2008-ci ildən IOSA-nın operatorlar reyestrində
özünün fəxri yerini tutub.
AZAL-ın heç bir dənə də köhnə təyyarəsi
yoxdur.
Başqa sözlə, şirkətin standartları regionda ən
yüksək standartlardır, bununla yanaşı, AZAL-ın
flotu "Airbus", Boeing" bu yaxınlarda əldə
edilmiş "Dreamliners" və "Embracer" kimi təyyarələrdən
ibarətdir.
Yeni təyyarələrin alınması Bakıdan regional
bazarların bır sıra ayrı-ayrı şəhərlərinə
reyslərin açılması imkanını yaradır.
Avropada Budapeşt və Madrid kimi istiqamətlərə
reyslərin açılmasına təşəbbüs
göstərilə bilər. Yaxın Şərqdən
danışsaq isə, gələcəkdə Abu-Dabi və ya Qahirə kimi
istiqamətlərə reyslər təşkil oluna bilər. Aviasiya şəbəkəsinin inkişafı ilə
bağlı gələcək planlarda MDB-nin Bakıya yaxın
şəhərləri arasında, məsələn,
Düşənbə, Almatı və ya Aşqabad kimi şəhərlər
yer ala bilər.
AZAL, həmçinin ABŞ-a reys açıb. Bakıdan
Nyu-Yorka həftədə 3 dəfə uçuş həyata
keçirilir. Yeni istiqamətlərin
açılması Azərbaycan 2014-cü ildə ABŞ
Mülki Aviasiya Federal İdarəsi tərəfindən
aviasiya təhlükəsizliyi sahəsində I dərəcəli
reytinq aldıqdan sonra baş tutub.
Nyu-Yorka birbaşa reyslər müasir Azərbaycan hava yolları
tarixində əhəmiyyətli məqam oldu və onun yeni,
daha yüksək səviyyəli inkişafını göstərir.
Həmçinin
bu il ilk dəfə olaraq Azərbaycan Hava
Yolları Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə
təlimlə bağlı qadınlar arasında eksperiment qəbul
elan edib. Bununla da AZAL MDB məkanında daha bir
ilkə imza ataraq xanımlarımızın arzularını
yerinə yetirməyə və yenilikləri ölkəmizə
gətirməyə davam edir.
AZAL: gələcəyə
doğru
Azərbaycan
Hava Yolları bu yaxınlarda Britaniyanın aviaşirkətlərin
xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində
ən nüfuzlu konsaltinq şirkəti olan "Skytrax" tərəfindən
"4 ulduz" reytinqinə layiq görüb.
"Skytrax"ın
cari reytinqinə görə, ümumilikdə dünyada "4
ulduz" reytinqli 35 aviaşirkət qeydə alınıb ki,
bunların da arasında Emirates, Air France, Lufthansa, Turkish
Airlines, KLM, British Airways, Japan Airlines və digər
tanınmış qlobal daşıyıcılar var. İndi
isə bu layiqli sırada AZAL da öz şərəfli yerini
tutacaq.
Son vaxtlara qədər Şərqi Avropa və MDB ölkələri
arasında "4 ulduz" reytinqli yalnız bir
daşıyıcı qeydə alınıb.
Eləcə də, Azərbaycan milli
daşıyıcısının "Dünyanın ən
böyük irəliləyiş əldə etmiş
aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax"
agentliyi tərəfindən təsis olunan "World Airline
Awards" mükafatına namizədliyi verilib.
Bütün sadalananlar AZAl-ın uğurlu
inkşafına təminat verir. AZAL dövlət dəstəyi
alır və hazırda nəinki regionda, həmçinin
bütün dünyada ən böyük şirkətlərdən
biridir. Uçuşların sayı
artır. Hər il Azərbaycandan
dünyanın 38 şəhərinə 16 mindən çox
beynəlxalq reys həyata keçirilir. İl ərzində
yerli aeroportlara 1,3 mindən çox sərnişin
reysi həyata keçirilir.
Ekspertlərin proqnozlarına əsasən, Azərbaycan
ÜDM-i fəal artımını davam etdirəcək. Artım
aviasiyanın inkişafı hesabına təmin ediləcək.
AZAL-ın uğurlu inkişafı ölkənin ümumi
inkişafına müsbət təsir göstərir,
çünki Azərbaycana, o cümlədən, Bakıya və
digər şəhərlərə gələn insanlar ilk dəqiqədən
ölkə haqqında təəssürat yaradan bu aviaşirkətin
xidmətlərindən istifadə edirlər.
Gülqız Dadaşova, Azernews
Yazı "Azərbaycan Hava
Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim etmək
üçün hazırlanıb.
525-ci qəzet.-
2015.- 3 iyul.- S.5.