"Silk Way travel"
"Garabag Resort and
SPA" otelinə
mediatur təşkil edib
OTEL QONAQLARA GÖZƏL OTAQLAR, DADLI
MƏTBƏX, UŞAQLAR VƏ BÖYÜKLƏR
ÜÇÜN MÜXTƏLİF ƏYLƏNCƏLƏR
TƏKLİF EDİR
"Silk Way travel" turizm şirkəti yeni marşrut xətti ilə Naftalanda yerləşən "Garabag
resort and SPA" otelinə tur
təşkil edir.
Səfər Heydər Əliyev
adına Beynəlxalq Hava Limanından Bakı-Gəncə
reysi ilə həyata keçirilir. Gəncə Beynəlxalq Aeroportundan isə qonaqların xüsusi avtobus vasitəsilə otelə transferi həyata keçirilir.
İlk olaraq
3-5 iyun aralığında
sözügedən turizm
şirkəti "Garabag
Resort and SPA" otelinə mediatur
təşkil edib. Mətbuat
nümayəndələri turizm
obyektində yaradılan
münbit şəraitlə
tanış olublar.
Otelin baş direktoru Orhan Kutluay qeyd
edib ki, "Garabag Resort and SPA" 600 ildən
çox öz müalicəvi xüsusiyyətləri
ilə dünyada tanınmış unikal neft yataqları yerləşən
Naftalan kurort zonasının gözəl
və füsunkar ərazisində yerləşir:
"Garabag Resort and SPA" sadəcə geniş parkın kölgəsində
yerləşən dəbdəbəli
otel deyil, həm də sağlam həyat, rahatlanma və yüksək qastronomik mətbəxin vəhdətidir.
Burada personalın mehriban və diqqətli rəftarı həmişə
xoş atmosfer yaradır. Oteldə
264 yerlik və bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Rahat otaqlar, əfsanəvi Naftalan yağı əsasında
müalicəvi proqramlarının,
həmçinin ənənəvi
və xüsusi SPA proqramlarının geniş
seçimi keyfiyyətli
istirahət və həyat tonusunun bərpasına xoş təsir göstərir. Sakitlik, rahatlıq və dəbdəbə burada hökm sürür.
Müasir infrastruktura və hərtərəfli
şəraitə malik
otel öz qonaqlarına gözəl otaqlar, dadlı mətbəx, uşaqlar və böyüklər üçün
müxtəlif əyləncələr
təklif edir".
O. Kutluay bildirib ki, digər otellərdən fərqli olaraq "Garabag Resort and
SPA" müalicəvi əhəmiyyəti
ilə seçilir:
"Bizim məqsədimiz
təkcə hər hansı bir xəstəliklərdən əziyyət
çəkən insanlara
deyil, həmçinin
müxtəlif xəstəliklərin
qarşısını öncədən
almaq üçün
sağlam insanlara xidmətlər göstərməkdir.
Bu baxımdan, "Garabag Resort and SPA" otelinə
üz tutan şəxslər burada həm peşəkar həkimlər tərəfindən
göstərilən xidmətlərdən
yararlana, sağlamlıqlarının
qeydinə qala, eyni zamanda idman
və əyləncəli
proqramlardan istifadə
edə bilərlər".
Naftalan nefti ilə müalicə xidməti xüsusi hazırlıq görmüş,
yüksək təhsilli
həkimlər tərəfindən
aparılmalı olduğunu
deyən baş direktor bəzi hallarda bunun tamam əksini müşahidə etdiklərini
deyib. Onun sözlərinə görə,
müəyyən yerlərdə
xəstələrin sağlamlıq
kontrolundan və digər testlərdən keçirilmədən neft
vannalarından istifadəsinə
icazə verilir:
"Bu tamam yanlış
bir prosedurdur. Bunun nəinki heç bir xeyri yoxdur,
hətta böyük fəsadları var. Ona görə də bu cür məsələlərə
xüsusi diqqət yetirilməli, tibbi savadı kifayət qədər olmayan şəxslərə etibar
olunmamalıdır. "Garabag Resort and SPA" otelində
isə Naftalan neftindən istifadəyə
icazə verməzdən
əvvəl hər bir insan xüsusi
sağlamlıq müayinələrindən
keçirilir. Bundan sonra
onun neft vannalarından tam və ya qismən istifadə edə biləcəyinə qərar
verilir. Hətta müəyyən xəstəliklərdən əziyyət
çəkən şəxslərin
istifadəsi qəti-qadağan
olunur".
O. Kutluay dilə gətirib ki, bu gün Azərbaycan
inkişaf dövrünü
yaşayır: "Ölkənin
hər bir bölgəsində turizmin
inkişafına xüsusi
diqqət ayrılır.
Azərbaycan Prezidenti İlham
Əliyev Naftalanın
da inkişafına önəm verir. Ümumiyyətlə Qarabağ Azərbaycan
üçün strateji
əhəmiyyətə malikdir.
Bu bölgədə yerləşən
Naftalanın isə xüsusi özəllikləri
var. Bu da onun möcüzəli
xüsusiyyətlərə sahib olan neftindən qaynaqlanır. Naftalan nefti müalicəvi
əhəmiyyəti ilə
bir çox xəstəliklərə şəfadır.
Sovet İttifaqı dövründə
də Naftalanın populyarlığı var idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə məlum səbəblərdən
dolayı bölgənin
infrastrukturunun yenidən
qurulmasına ehtiyac yaranıb. Bu bölgəni canlandıraraq
dünyaya tanıtmaq lazımdır".
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini
ölkənin dünyada
artan imici baxımından yüksək
qiymətləndirən baş
direktor hesab edir ki, bu
mötəbər idman
yarışları Azərbaycana
həm siyasi, həm də iqtisadi üstünlüklər
qazandıracaq: "Əminəm
ki, bunun turizm sektorunun daha da canlanmasına
müsbət təsiri
olacaq. İdman yarışlarına hazırlıq çərçivəsində
qısa müddət ərzində idman infrastrukturunun müasirləşdirilməsi
heyrət doğurur.
İdman
arenalarının inşaasından
tutmuş əcnəbi
qonaqların ölkəyə
səfərinə qədər
bütün proseslər
uğurla həyata keçirilib. Bu əcnəbilərin Azərbaycana
olan marağını
daha da artıracaq".
Otelin baş həkimi Azər Vaqifsoy qeyd edib ki,
Azərbaycan təbiətinin
zəngin müalicəvi
xüsusiyyətlərə malik olan nemətləri
uzun illərdən bəri ən müxtəlif xəstəliklərin
müalicəsi və
profilaktikasında uğurla
tətbiq olunur: "Bunlardan biri, yüksək bioloji aktivliyi ilə seçilən Naftalan
yağının şəfalı
gücü hələ
600 il əvvəl insanlığa
məlum idi. Naftalan yağı dünyada yalnız bir yerdə - Gəncə şəhərindən
45 km aralıda, sənubdan,
şərqdən və
qərbdən dağlarla
əhatə olunmuş
dəniz səviyyəsindən
450 metr yüksəklikdə
olan Kiçik Qafqazın yamaclarında əldə olunur.
Bu yerin quraq yayı
və mülayim qışı ilə fərqlənən subtropik
iqlimi var. Naftalan yağının mənşəyi
haqqında bu günə əsas
fundamental hesab edilən
nəzəriyyə onun
üzvi mənşəli
olması və təqribən 50 milyon il ərzində
yer təkində formalaşmasıdır. Bu baxımdan, Naftalan deyiləndə ilk olaraq insanların ağlına neft vasitəsilə müalicəvi-tibbi xidmət
gəlir. Sovet İttifaqı
dövründə təkcə
neft vannası ilə müalicə tətbiq olunduğu halda indi kompleks
müalicə xidmətləri
göstərilir. Kompleks müalicə
deyəndə nəinki
Naftalan müalicəsi,
həm də balneotarapiya, hidoterapiya, fizioterapiya, krioterapiya dediyimiz üsullarla ümumi şəkildə
istifadə nəzərdə
tutulur.
Bundan başqa hal-hazırda
Naftalan yağının
fraksiyaları genişləndirilməkdədir.
Keçən əsrdə bu
bölgənin yağından
yalnız təbii çıxarma yolu ilə istifadə olunurdu, indi isə dörd fraksiyasından istifadə
edilir".
"Garabag Resort and SPA" bu gün səksən adda laborator xidmət həyata keçirdiyini deyən baş həkim otelə həm müalicəyə, həm
də dincəlməyə
gələn müştərilərin
əlavə vaxt itkisinə yol verilməməsi üçün
bütün prosedurların
- sağlamlıq testləri
və analizlərin cavablarını qısa vaxt ərzində hazırlandığını dilə
gətirib: "Bütün
bu proseslər protokola uyğun şəkildə aparılır.
Müalicənin keyfiyyəti məsələsindən
danışsaq, qeyd edə bilərəm ki, bizdə bütün tibbi cihazların həm Azərbaycan, həm də Avropa ölkələri tərəfindən
verilən uyğunluq sertifikatı var.
Bizə müraciət edən insanları düzgün müalicə etməyimiz üçün hər cür şərait yaradılıb".
A.Vaqifsoy
vurğulayıb ki, Naftalan müalicəsi almaq istəyən şəxslər ilk olaraq
"Chek up" müayinədən
keçirilir: "Bundan
sonra şəxsin neft vannası qəbul edib-etməyəcəyinə
qərar verilir. Xüsusi olaraq qeyd etmək
istəyirəm ki, biz
müəyyən xəstəliklərdən
əziyyət çəkən
şəxslərin bu
müalicə üsulundan
yararlanması üçün
alternativ üsullar təklif edirik. Alternativ müalicənin vanna qəbulundan fərqi o qədər də böyük deyil. Bu
tip üsullar sınaq
çıxarılaraq müsbət
nəticələri ilə
yadda qalıb".
Baş həkim əlavə edib ki, "Garabag Resort and SPA" otelinin
tibb bölümünün
əməkdaşları yüksək
ixtisaslı, peşəkar
hazırlıq görmüş
həkimlərdən ibarətdir:
"Biz davamlı olaraq
beynəlxalq konfranslarda
iştirak edir, tibbi yeniliklərlə tanış olur, məlumat, təcrübə
mübadiləsi aparırıq.
Ona görə də, hər bir insan
bizə müraciət
edərək, tam arxayınlıqla
öz sağlamlığını
etibar edə bilər".
Otelin baş kulinarı Mehmet Ektirir isə bildirib ki, "Garabag Resort and
SPA" qonaqlara Azərbaycan
və Türkiyə mətbəxinin ləziz təamlarını təqdim
edir: "Eyni zamanda, təşkil etdiyimiz gecələrdə
İtaliya, Fransa, İspaniya, Meksika, Çin, Yaponiya və digər ölkələrin mətbəxlərinə
də müraciət olunur. Bundan əlavə bizim
xüsusi pəhriz menülərimiz var. Qidaların
hazırlanması zamanı
müştərilərin arzu
və istəkləri
əsas tutulur. Bizim məqsədimiz dincəlməyə
və müalicəyə
gələn insanların
sağlam şəkildə
qidalanmasını, xoş
istirahətini təmin
etməkdir".
Qeyd edək ki, 2014-cü il oktyabrın
18-də Azərbaycan Prezidenti
İlham Əliyev yeni istifadəyə verilən otel kompleksin açılışında
iştirak edib, yaradılan şəraitlə
yaxından tanış
olub.
Ceyhun ABASOV
525-ci qəzet.- 2015.- 7 iyul.- S.5.
Bölmənin digər xəbərləriAvropa Oyunları zamanı turistlər hara gedirlər? Avropa Oyunları zamanı turistlər hara gedirlər?
Birinci