Azərbaycanın
dövlətçilik
tarixində Albaniya
fenomeni
(Əvvəli şənbə
sayımızda)
Azərbaycanın
ayrılmaz və əzəli torpağı olan
Qarabağın dağlıq və aran ərazisində Vəng,Sərsəng,
Sırxavənd, Xocavənd, Gəncəsər, Papravənd, Qəbələnin
Vəndam, Xaçmaz kəndində Gavurqala, Şəkinin
Kiş kəndində Kiş kilsəsi, indiki Ermənistanın
deportasiya olunan azərbaycanlılar yaşamış Dərələyəz
rayonunun Ələyəz kəndində Vəngindalı deyilən
yerdə 2 kilsə, Qoşa Vəng deyilən yerdə 2 kilsə,
Sisyan rayonunun Şəki kəndində olan alban nəzarət
qalası, Gürcüstanın çox ərazilərində
Alban kilsələri, qalaları, çox sayda yerüstü və
yeraltı türbələr adları çəkilən ərazilərdə
bu gün də mövcuddur.
Tarixi yer adlarını çəkərkən burada
tarixin dilçiliklə əlaqəsi öz əksini
tapır.Alban kilsələri tikilən Papravənd, Sırxavənd,
Qərvənd, Gəncəsər, Vəng, Xocavənd, Xudavənd
və s.yer adlarının sonluğunda gələn vənd-vanq
sözü - kilsə, monastr mənasını verir.
Alban tarixində Sırxarın şəhərinin
adı çəkilməsinə baxmayaraq, müəlliflər
qeyd edirlər ki, həmin şəhərin yerləşdiyi ərazi
və etimologiyası müəyyən olunmayıb.
Sırxarın
- Sırxavənd (müəllif) alban abidələri ilə zəngin
keçmiş Ağdərə,indiki
Ağdam rayonunun azərbaycanlıların
yaşadığı ərazidir (Ermənistanın silahlı
qüvvələri tərəfindən işğal
olunmuşdur).
Sovet
dönəmində, göstərilən kilsələrin əksəriyyətində
ermənilər təmir və bərpa adı ilə
apardıqları işlərdə istər dəmir
xaçlarda, istər interyerlərdə qədim alban təsvirlərini
vandalcasına məhv etmiş və özlərinə sərf
edən tarixi "bərpa" işləri aparmışlar. Alban türbələrində arxeoloji
qazıntılar zamanı tapılan sikkələrin heç
birində erməni izi yoxdur.
Ərəb
xilafəti Albaniyanın yerləşdiyi dənizdən-dənizə
(Aralıq dənizi və Xəzər dənizi arasında)
olan ərazinin coğrafi cəhətdən strateji, (ipək
yolu) torpaqlarının münbit və suvarılan olduğunu
bilərək, burada islam dininin yayılmasına çox diqqət
etmişlər. Nəticədə Albaniyanın əsasən
aran hissəsi büsbütün müsəlmanlaşdı.
Aaron kilsələri öz əhəmiyyətini
tamamilə itirdi. Əhalinin cüzi bir hissəsi
isə ərəblərin təbiətcə sevmədikləri
soyuq yerlərə -dağlıq ərazilərə çəkildi
və orada məskunlaşdı.
İslam dininə görə, kilsələr də ibadətgah
hesab edildiyindən onlar müsəlmanlar tərəfindən
dağıdılmamış (bütpərəstlikdən fərqli
olaraq), xristian əhali isə tək allaha inandıqları
üçün məhv edilməmişdir.Yalnız onlardan
cizyələr yığılmışdır. Eyni zamanda
xristian dininə aid olan kitabları oxumaq, kilsələrə
getmək islamı qəbul edənlər üçün
haram buyurulmuş, bu səbəbdən də müsəlman
xalqları xristian kilsələrinə getməmiş, bununla
da alban kilsələri sahibsiz qalmışdır.
Azlıq təşkil edən və dağlıq əraziyə
çəkilən xristianlar bu tarixi şəraitdən istifadə
edərək romalıların tikdirdiyi alban kilsələrində
ibadətə başladılar. Çünki istər
Ərəb Xilafəti, istərsə də Səlcuqların
dövründə xristianlar heç bir vəchlə yeni kilsələr
inşa edə bilməzdilər.
Romalılar
Albaniya dövləti ərazisində tikdirdikləri kilsələri
yaşayış məntəqələrinin adlarının
sonuna "vanq"
sözünü (monastr) artıraraq məsələn,
Xocavənd, Sırxavənd, Papravənd və sair kimi
adlandırmışlar. Əgər bu monastrlar
ermənilərə məxsusdursa, niyə günümüzə
erməni dilində gəlib çatmayıb?
Musa Kalankatlının "Alban tarixi" kitabını
erməni yazarlar qədim qrabar (qədim erməni) dilində
yenidən yazdılar. Əksər tarixi hadisələrə, yer adlarına,
şəxsiyyətlərin adlarına və digər Albaniya
xalqlarına aid olan memarlıq abidələrinə özlərinin
adlarını uyduraraq "Albaniya tarixi" əvəzinə
"erməni tarixi" yaratdılar. Yeganə
nüsxə olan Musa Kalankatlının yazdığı
"Alban tarixi" kitabı ermənilər tərəfindən
yandırıldı. Əvəzində
"qədim erməni" əlifbası sayılan "qrabar
dilində" yalançı erməni tarixi yazdılar.
Erməni yazarların tərcümədə Albaniya
dövlətinin görkəmli hökmdarları Cavanşirin,
Həsən Cəlalın, Abbasın adlarını dəyişməyə
hünərləri çatmayıb. Lakin hökmdarların
atalarının adları tarixə məlum olmadığı
üçün ermənilər bundan istifadə edərək
Cavanşiri erməni Varaz Qriqorinin oğlu, Həsən Cəlalı
erməni Vaxtanqın oğlu, Abbası isə Ter Abas kimi qələmə
veriblər. Bəs elədirsə, nə
üçün bu gün erməni adları içərisində
nə Cavanşir, nə Həsən, nə Cəlal, nə də
Abbas adları yoxdur? Həmin adlar isə azərbaycanlı
adlarının əksəriyyətini təşkil edir.
Həqiqətən biz xalqımızın erkən
xristianlığı qəbulundan və xalqımıza məxsus
olan alban kilsələrindən imtina etsək,
özümüz ermənilərin siyasi və ərazi
maraqlarına yardım etmiş olarıq. Bu gün alban
tarixinə dair qalan yeganə maddi əsas alban kilsələridir.
Ermənilər isə mövcud alban kilsələrinin
gəc və daş nümunələrini beynəlxalq arxeoloji
ekspertizalara göndərərək onların texniki müayinələrindən
yararlanıb, öz tarixlərini Azərbaycan ərazisində
olan kilsə daşlarının tarixi ilə eyniləşdirirlər
və Azərbaycan ərazilərinə iddia edirlər.
Albaniya dövlətinin
bəzi yer adları
Məlum olduğu kimi bugünkü Qarabağda
çoxlu sayda tayfalar yaşamışdır. Onlardan biri də
türkmənşəli "oğuz "tayfalarıdır.
"Oğuz"
tayfasının ilk totemi "3(üç) ox" olmuşdur.Onları
ilk vaxtlarda "İçoğuz"(3(üç) rəqəmindən
) adlandırmışlar.Sonralar "Ox"u özünə
inanc seçən tayfalar çoxalmış,
"Oğuzlar" kimi bızə gəlib
çatmışdı."Oğuz"
sözünün birinci hecası"
oğ"-"ox"sözündən yaranmış,"
uz" isə cəm şəkilçisi olaraq topluluğu bildirir.
Romalılar
Albaniya ərazisini idarə etdikləri dövrdə bu
tayfanı latın dilində "ox" sözünün tərcüməsi
kimi "Saqitta" adlandırmışlar.Yerli xalqların ləhcəsinə
uyğun olaraq qısa şəkildə saq-sak-sax(dilçilikdə
q-k-x yerdəyişməsi halı) kimi formalaşmışdır.
"Oxatan" bürcü latın dilində"Saqittarius"
adlanır.
Azərbaycan ərazisinin qədim qəbiristanlıqlarında
ox və yay təsvirləri olan çoxlu sayda biri-birindən
fərqli qəbir daşlarına rast gəlinir.Azərbaycan
Respublikasının Ağsu rayonunun Padar kəndinin qədim qəbiristanlığında
ox və yay nişanlı qəbir daşları
günümüzə qədər gəlib
çatmışdır.
Roma tarixçiləri Strabonun və Arrianın məlumatlarına
görə saklar Albaniyanın Uti vilayətində (Bərdə
ətrafı-yəni bugünkü Qarabağ)
yaşamışlar və döyüş vaxtı onlar əsasən
ox və yayla silahlanırdılar.
Bu gün
qədim Qarabağ ərazisinin
"Arsax"adlandırılmasının səbəbi həmin
ərazidə yaşayan türk mənşəli tayfanın
adının latın dilindən olan tərcüməsindəndir.
ARSAX
(ARSAK)- sözünün birinci hecası olan "ar"
-latın dilində olan "arx" sözündən
götürülüb, "möhkəm","
istehkam" mənasını bildirir. "Archaios" latin
dilində "qədim" mənasını bildirir.Digər
"Arxi"-sözü latın dilində "həddindən
artıq böyük", "ifrat", "baş" kimi
-tərcümə olunur.
Arsax - (antik mənbələrdə Orxistan vilayəti) mənbələrdə
"möhkəmləndirilmiş vilayət", "möhkəm
ölkə" kimi məna verir. Azərbaycan dilində "arxa"
sözü - ictimai mənada "nəsil", "qəbilə",
"tayfa" qədimliyini bildirir ( yeddi arxa dönən).
"Arxa"
sözü eyni zamanda məcazi mənada "möhkəmlik"
bildirir ("arxalı adam",
"arxalı köpəyi qurd basmaz").
Əslində qədim oğuz dilində "arxa"
sözü cəhət mənasında "sırt"
sözü ilə sinonimdir (sürtuk - arxalıq,
sırtından vurmaq - arxadan vurmaq).
Araşdırmadan
belə nəticəyə gəlmək olur ki, latın
dilində "Arsax" sözü- Azərbaycan dilində
işlətdiyimiz "qədim oğuzlar"
sözünün tərcüməsidir.
Təəssüflər olsun ki, tarixlə dilçiliyin
bir yerdə öyrənilməməsi səbəbindən
"Arsax" sözünün dəqiq mənası izah olunmamışdır. Əksər
hallarda "ər saklar", "igid saklar" kimi izah
edilmişdir. Bundan yararlanan ermənilər "Arsax"
sözünü
erməniləşdirərək, onun qədim
adının yaşından özləri üçün
istifadə edərək qədim erməni tayfası kimi təqdim
etmişlər.Azərbaycanın əzəli torpağı
olan Qarabağ ərazisinin iddiasını məhz
"Arsax" sözünün qədim erməni sözü
olması ilə əsaslandırırdılar.
"Arsax"sözünün mənasını erməni
dilçiləri də tapa bilməmiş, yalnız sözdə
olan "ar" hecasını "Armeniya" sözündən
yarandığını( boşluqdan istifadə edərək )zorən
dünya xalqlarına çatdırmağa
çalışmışlar. Halbuki
"Arsax"vilayətində yaşayan "qədim
oğuz" xalqının adı həmin sözün
içərisində günümüzə gəlib
çatmışdır.
Romalıların torpaqlarımızda izləri itdikdən
sonra xalqımız öz dilində olmayan sözləri öz
sözləri ilə əvəzləmişlər. "Qarabağ"
sözü qədim oğuz sözü olub, "Böyük
bağ" deməkdir.
"Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin,
bir bölgəsinin adı kimi formalaşması tarixi onun
etimologiyasının daha elmi şəkildə izahına imkan
verir.
Çünki Azərbaycan dilində (həmçinin başqa
türk dillərində) "qara"nın rəngdən
başqa "sıx", "qalın",
"böyük", "tünd" və başqa mənaları
da vardır. Bu baxımdan "Qarabağ" termini "qara
bağ", yəni "böyük bağ", "sıx
bağ", "qalın bağ", "səfalı
bağ" və s. mənasını kəsb edir.AMEA-nın
müxbir üzvü, professor Yaqub Mahmudovun düzgün qeyd
etdiyi kimi Qarabağın özü kimi "Qarabağ"
sözü də Azərbaycan xalqına məxsusdur.
Hətta ermənilərin
Qarabağ məsələsində son ümidləri olan
"Arsax"sözü-"qədim oğuzlar" mənasını
verdiyindən onların köməyinə çatmır.
Alban və
aran sözlərinin heç bir dilə (Azərbaycan, ərəb,
fars, alban, erməni və s.) tərcümədə
mənası yoxdur. Avropa xalqlarında isə alban və aaron adlarına geniş rast gəlinir. Belə məlum olur ki, "alban xalqı"etnosu
olmayıb. Albaniya dövlətinin
coğrafi ərazisində tarixçilərin göstərdikləri
kimi 26-ya yaxın müxtəlif dildə danışan tayfalar
yaşamışlar. Strabon Aralıq dənizindən Xəzər
dənizinə qədər olan coğrafi ərazidə 26
müxtəlif dillərdə danışan tayfa
adlarını sadalayarkən "alban xalqı"və
"alban dili" haqqında heç bir məlumat vermir. Strabonun göstərdiyi etnosların əksəriyyəti
isə türkköklü və türkdilli olub.
Həsən ƏLİYEV
525-ci qəzet.- 2015.- 7 iyul.- S.6.