Yeni avtomatlaşdırılmış kitabxana

sistemi üzrə kurslar təşkil olunub

 

Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan "ALİSA" proqramının tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Azərbaycan Milli Kitabxanasında 10 günlük kurslar təşkil edilib.

Bununla əlaqədar iyulun 6-da Milli Kitabxanada həmin kursların açılış mərasimi keçirilib. Mərasimdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, direktor müavini Elçin Musayev, Milli Kitabxananın digər əməkdaşları, "Ultra" şirkətinin mütəxəssisi Sərxan Məmmədov treninqdə iştirak edən  Salyan, Neftçala, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən mütəxəssislər iştirak ediblər.

K.Tahirov kursları açıq elan edərək, regionlarda tətbiq olunacaq ALİSA proqramında işləmək üçün həm "MARC 21" formatının öyrənilməsi, həm "ALİSA"da vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışıb. Direktor deyib ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən proseslərlə yaxından tanış olacaq, yeni üsulları, yeni xidmət növləri barədə məlumat əldə edəcək, sonda treninqi mükəmməl başa vuran hər bir müdavimə sertifikat təqdim ediləcək. Bütövlükdə Milli Kitabxanada gələcəkdə bu sistemin tətbiqi nəticəsində vahid məlumat bazasının yaradılması Milli Kitabxananın xidmətlərindən onlayn şəkildə bütün rayon şəhər MKS-nin oxucularının yararlanması mümkün olacaq.

"Ultra" şirkətinin təmsilçisi Sərxan Məmmədov bildirib ki, "Ultra"nın 2 əməkdaşı "ALİSA" barədə ətraflı məlumat verəcək, prinsiplərini öyrədəcək, hər bir rayona test rejimində parol loqin veriləcək. O, həmçinin müdavimləri prosesində fəal olmağa çağırıb, zamanı qarşıya çıxan çətinliklərlə bağlı trenerlərə suallar verməyi, mövcud problemləri yerindəcə bildirməyi xahiş edib.

 

525-ci qəzet.- 2015.- 7 iyul.- S.7.