Latviyanın Azərbaycandakı səfirliyinin
əməkdaşları Milli Kitabxanada olub
Ötən gün Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşları M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında olublar.
Milli Kitabxanadan bildirilib ki, Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili, xanım
İeva Majore kitabxananın direktoru, professor Kərim Tahirovla görüşüb. Görüşdə bu sahədə ikitərəfli əməkdaşlığın
inkişafı üçün əlaqələrin genişləndirilməsinin
vacibliyindən bəhs olunub.
Xanım
İ.Majore Azərbaycan Milli Kitabxanasında proseslərin
avtomatlaşdırılması, sənədlərin rəqəmsallaşdırılması
və kütləvi tədbirlərlə maraqlanıb.
K.Tahirov
qonağa ədəbiyyat, incəsənət və mili mətbəx
nümunələrimizdən bəhs edən kitablar təqdim
edib.
Daha sonra
İ.Majore Latviya Milli Kitabxanasının "Xarici kitabxanalara
kitab göndərilməsi" layihəsi çərçivəsində
Azərbaycan Milli Kitabxanasına Latviyanın tarixi, onun siyasəti
və mədəniyyəti haqqında ingilis dilində olan 18
kitab hədiyyə edib. Bundan əlavə, Latviya filmlərindən
ibarət DVD disklər də kitabxanaya təqdim olunub.
S. ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 8 iyul.- S.4.