Müəlliməm
O illərdən keçib gəlib elə bil,
Həmin
sima, həmin baxış, həmin dil,
Tək yaşımız
o zamankı yaş deyil.
Uşaqlaşdım lap qəfildən
həmin an,
Müəlliməm önündəyəm, ay aman.
İtirmişəm o vaxtkıtək özümü,
Susub durub hey döyürəm gözümü,
Bax, qarışıb
söz-kəlməmin düzümü.
Varlığımı fəth eyləyib həyəcan,
Müəlliməm önündəyəm, ay aman.
Salamına cavab verdim tez “salam”,
Hazıram ki, o danışa,
dərs alam,
Səssiz
ona “anam” dedim, o “balam”.
Necə
doğmam, əzizimdir,
mehriban,
Müəlliməm önündəyəm, ay aman.
İstəyirəm buraxmaya əlimi,
Sora nəsə açmaq üçün dilimi,
Tərifləyə, sığallaya telimi.
Duraq belə, illər ötə, vaxt, zaman,
Müəlliməm önündəyəm, ay aman.
Seyr edirəm,şəvə saçlar qara zil,
Nurlu çöhrə, xoş səliqə, bir şəkil,
Ayıldım ki,odur,mənəm,
əlli il.
Dayanmışıq bir az bikef,
pərişan,
Müəlliməm önündəyəm, ay aman.
Ağsaqqalım
Kəlməsinə sözüm “Bəli”,
“Baş üstə”,
Gəlsə səsi, düz, farağat dururam.
Qarşısında heç çəkmirəm nəfəs
də,
Baxıb ona qəlbdə heykəl qururam.
Çöhrəsinin qırışında
nur seli,
Doğmalıqdan xəbər verir baxışı.
Xeyirxahlıq məram, məqsəd,
həm feli,
Dilindədir xeyir-dua, alqışı.
Nəsihətlə yol göstərir
sabaha,
Deyir: “Bunu elə etmə,
belə et.
Nəfsi tox tut, uymamaqla
tamaha,
Uğurlara saf qalmaqla, bacar,
yet”.
Hikmətindən bəhrələnib çoxu
çox,
Öyüdüylə yetib ağıl- kamala.
Nə
veribsə, gözləməyib
əvəz, yox,
Qane olub qazandığı halala.
Ağsaqqalım müdrik, igid, ər kişi,
Tədbiriylə hər iş düşür səhmana.
Yanındasa, heç keçirmə
təşvişi,
Çəkməz səni kimsə bərkə, divana.
Doğmamızı atmayaq
Gözəlliklər məskənidir
bu diyar,
Zövq almalı göz önündə nə ki var,
Yeniləri, tarixlərdən yadigar,
Laqeyd baxıb gəl günaha batmayaq,
Uyub yada, doğmamızı atmayaq.
İnsanları müdrik, aqil, cəsur ər,
Hikmət deyir, göstərirlər
hey hünər.
Ölçülməzdir zər-yaqutla bu dəyər,
Möhkəm duraq keşiyində,
yatmayaq,
Uyub yada, doğmamızı atmayaq.
Adətimiz, ənənəmiz var
ax
ı,
Çatıb uzaq mənzillərə sorağı.
Götürürük nə var vulqar, bayağı,
Yalvarıram ki, ifrata çatmayaq,
Uyub yada, doğmamızı atmayaq.
Sən mənimsən, mənsə
sənin, hamımız
Bütövük tək, soy-kökümüz,
qanımız.
Azərbaycan- vətənimiz,canımız,
Bax, bu varı heçcə
nəyə qatmayaq,
Uyub yada, doğmamızı atmayaq.
Ana, bir söz de mənə...
Üz söykəyib məzarının
daşına,
Dəm vermişəm
gözlərimin yaşına.
Od qoymusan ürəyimin başına,
Təsir
etmir “səbr et,səbr et, döz” mənə,
Ana, nolar, de bir kəlmə söz mənə.
Bax, pozulub hər səliqəm, səhmanım,
Üzülmüşəm, itib tabım, amanım.
Səndən sonra bircə kəsə gümanım
Gəlməyir ki, deyəm çarə çöz mənə,
Ana, nolar, de bir kəlmə söz mənə.
Övladların gəlib sənlə
görüşə,
Sənsizliyin dərd-qəmini bölüşə.
Məəttələm indi təkcə bir işə,
Dönüb baxır neçə
yaşlı göz mənə,
Ana, nolar, de bir kəlmə söz mənə.
Sızlayıram, ağzım yanır,
bax, dilim,
Çaş-baş düşüb çox-çox
işim,əməlim.
Yalvarıram, nə vaxtacan,
de, bilim,
Qoyacaqsan
canda yanğı, köz mənə,
Ana, nolar, de bir kəlmə söz mənə.
Üz söykəyib məzarının
daşına,
Dəm vermişəm
gözlərimin yaşına.
Od qoymusan ürəyimin başına,
Təsir
etmir “səbr et,səbr et, döz” mənə,
Ana, nolar, de bir kəlmə söz mənə.
Ələzim
Darıxmışam, xəyalda vədələşək, görüşək,
Surətinə, doyunca uyum,
dalım, Ələzim.
Söhbətləşək,
lap xeyli dərdi-səri bölüşək,
Yüngülləşsin azacıq hal-əhvalım, Ələzim.
Xatırlayım ağrıyla olan,
ötən-keçəni,
Yaxınlardan, dostlardan, doğmalardan neçəni.
Son mənziltək israrla qucağını seçəni,
Göz yaşımla
hey anım, yada salım, Ələzim.
Baxmayaraq
ömrümün belə
ahıl yaşına,
Qalxım dağın zillətlə
dolayına, qaşına.
Kürəyimi “oxxay”la qayasının
daşına
Söykəməklə ovunum, heysiz qalım, Ələzim.
Qurtulmağa qəlbimin yanğısından,
közündən,
Turşəng,şoryemlik yığım,
duzu ola özündən.
Bircə
ovuc su içəm,
bulağının gözündən,
Dəyişə ağız dadım, ləzzət alım, Ələzim.
Qucum,basım bağrıma tuş gəldiyim hər kəsi,
Nəfəsimə qarışa ilıq, isti nəfəsi.
Ürəyimi ovuda “can, can, qardaş”deməsi,
Ona, həm
də özümə
layla çalım, Ələzim.
Nəzərimi çəkmir ki,
neçə-neçə kol,
ağac,
Kasıblaşıb elə bil ətrafımda
yol-yamac.
Sanki xəstəsən indi, diləyirsən bir əlac,
Nələr edib gör sənə,
illər zalım, Ələzim.
İndi
himə bəndəm ki, hönkür-hönkür
ağlayam,
Ya da ilham tərpədə,
coş
am-daşam, çağlayam.
Həsrətimi göstərəm, ürəkləri
dağlayam,
Nəcməddinəm, səbəbkar
bu
xəyalım,Ələzim.
Nəcməddin Mürvətov
525-ci qəzet.- 2015.- 11 iyul.- S.16.