Aydın Canıyevdən “Sözün
sağlığına”
Aydın Canıyevin imzası bədii və siyasi publisistikadan oxuculara yaxşı tanışdır. Bugünlərdə isə publisistin “Sözün sağlığına” adlı ilk kitabı işıq üzü görüb.
Kitabda müəllifin əsasən 2009 və 2010-cu illərdə lent.az və 2013-cü ilin sonlarında isə tezxeber.com portallarında yayımlanan, müxtəlif illərdə “Xural”, “Proloq”, “Ədalət”, “Geopolitika XXI əsr”, eləcə də digər qəzetlərdə dərc olunmuş ədəbi-bədii yaradıcılıq nümunələri- hekayə, şeir, esse, etüd, söhbət-müsahibələr, ədəbi və siyasi, eyni zamanda mədəniyyət və incəsənət korifeyləri və həmkarları haqqında portret yazıları yer alıb.
Səhər Əhməd “Sözün sağlığına”
“Əclafcasına səmimi”
önsöz yazıb:
“...Əminəm, bu imzayla tanış olan sadə oxucuları da,
sənətin bütün incəliklərini bilən yazıçıları da eyni fikir
birləşdirir:
“Gözəl yazır”. Biz yaşlandıqca,
nə istədiyimizi bildikcə, hədəfimizə
doğru daha kəsə getməyi bacardıqca, özümüzü
azadlıqdan daha çox məhrum etdikcə içimizdə
bir uşaq öldürdüyümüzün fərqində deyilik. Amma nə qədər “doymuş məhlul” olsaq da, nə
qədər münsiflər
heyətində otursaq
da, həmişə bizi silkələyən təmiz bir uşaq səsinə ehtiyacımız var. Hər
sözün düzünü
deməyi ar bilməyən, “kral lütdür” deyə qışqıran uşaq
cəsarətinə. Ona görə
ətrafımızda az-az
tapılan, hələ
də içindəki
uşağa qıymamış
adamları görəndə
silkələnirik, qulaqların
pasını təmizləyən
bir səs eşitmiş kimi diksinirik.
Aydın Canıyevin bu - hələlik yeganə kitabını “top on” adlandırmaq
olar. Kitab on onluqdan ibarətdir və hər onluqda ayrı janrlar verilib... Nə yazıçılıq, nə şairlik iddiası olmasa da, müəllif bu on şeirdə şair, on hekayədə yazıçı, on essedə
esseistdi. Hətta müsahibələrində
belə öz üslubunu nümayiş etdirən, bədii publisistikanın haqqını
verən qələm adamı. O yazar ki, bütün təbliğ və tənqid etdiklərinin, dostların və düşmənlərin, zalda
və kürsüdə
oturanların qarşısına,
çoxlarının layiq
olub-olmadan at oynatdığı
ədəbiyyat meydanına
“Sözün sağlığına”
adlı kitabıyla çıxır”. Önsöz müəllifi
öz yazısını
ənənəvi resenziyadan
daha çox, səmimi bir həmkar sözü kimi səciyyələndirib
və Aydın Canıyevin bu kitabı haqqında əsl sözü oxucuların deyəcəyinə
əminliyini ifadə edib.
Kitabdakı yazılar “Onluq”larda toplanıb. “Hekayə onluğu”nda “Mardəm boto, Yesenya”, “Güllə yerindən öpən qatil”, “Sokaklar çocuğu”, “Mənim sonuncu əclaflığım”, “Ruh
əkizi” kimi hekayələri toplanıb.
“Allah ol, mən elçiyəm”,
“Gedənlərim uzaq mənə”, “Sevir-sevmir”,
“Ona söz demək olmur”, “Sevgimizin leksikası” və digər şeirləri isə kitabın “Şeir onluğu”nda yer alıb.
“Esse onluğu”na isə müəllifin maraq doğuran “Əsarətdən qurtulmağın
kodu”, “Hesabı...məndən!”, “Pozulmuş
şəhər”, “Toy müğənnisi”,
“Ruhlar görüşən
yerdə”, “Qurban olum...o gözlərə” və başqa esseləri daxil edilib.
“Etüd onluğu”nda “Atasının qızı”,
“Kursant məhəbbəti”,
“Pislikləri yaradan şeytan”, “Fat-Mah-Yasir Ərəfat” üslubunda yazılar yer alıb.
Kitabın “Deyim onluğu”nda
A. Canıyevin Vaqif Bayatlı, Hüseynbala Mirələmov, Aqil Abbas, Rəşad Məcid, Qulu Ağsəs və başqa ədiblərlə
söhbəti təqdim
edilib.
“Sözün Bəxtiyarı”,
“Sizsiz”, “Patriarxın yetmişi”, “Sözün əziz sahibi”, “Gecələrimizin dolusu-”Dolu”, “Tanrının Səhəri”, “Bircə şeirin şairi, amma...” adlı rəy və resenziyaları “Ədəbi
onluq”da verilib.
“Musiqili onluq” başlığında isə
tanınmış ifaçılar
- Ququş, Flora Kərimova,
Müslüm Maqomayev,
Alim Qasımov, Əli Salahlı, Ələkbər Hüseynov,
Fərqanə Qasımova
və Rövşən
Behcətə həsr
olunmuş yazılar toplanıb.
Milli mətbuatımızın tanınmış
simaları - Şakir Yaqubov, Mir Şahin, İsmayıl Ömərov,
Əvəz Zeynallı,
Rey Kərimoğlu, Elmar
Hüseynov, İlqar Həsənov, Züleyxa
Nadir, Anar Yusifoğlu haqqında qələmə
alınan yazılar isə “Publisistik onluq”da öz əksini tapıb.
Kitabın “Qızıl əsr”, “Siyasi onluq” kimi
bölümləri də
maraq doğurur.
S. MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 11 iyul.- S.12.