Milli və bəşəri
dəyərlərə
sənətkar münasibəti
(Əvvəli ötən sayımızda)
1989-cu ildə çəkilmiş
“Dəvətnamə” filmində
(rejissor və ssenari müəllifi Aydın Dadaşov) Ötkəm İskəndərov
yenə də sürücü rolunu oynayır. Lakin bu dəfə
o, avtobus deyil, traktor sürücüsü
rolunu ifa edir. Filmdə hadisələr ağır
sosial-iqtisadi dəyişikliklər
fonunda baş verir.
Humanist dünyagörüşün xeyrinə
seçilən hərəkət
problemi “Sifarişçi”
filminin (2000-ci il, rejissor Elnur Mehdiyev, ssenari müəllifi Natiq Rəsulzadə) personajı qarşısında
duran problemdir. Filmin baş qəhrəmanını
öldürücü ağrı
narahat edir. Süjetin inkişafı gedişində
qarşımızda güclü
bir Qalib-İnsan şəxsiyyətinin durduğunu
anlayırıq. O, həm
incəsənət, həm
pul, həm də güc dünyasına hakimdir və diqqətli tamaşaçı başa
düşür ki, təbiət ona hər şeyi səxavətlə bəxş
edib. Lakin fiziki Ağrı
bu Dühanı asılı, zəif edir. Bu ağrı
onun azadlığı
və qüruruna xələl gətirir.
Öz taleyinin
hakimi olmaqla hər şeydə, eləcə də bu işdə əziyyətlərlə barışmaq
istəmir, bunlardan azad olmaq qərarına
qəlir. O, problemin həllini killerdə tapır, ölümünü
killerə həvalə
edir. Bu seçim
özünüöldürmənin şüuraltı inkarı
kimi izah edilir, bununla belə, o, həm də zəif görünmək istəmir.
Gözlənilən Qurtuluş ərəfəsində
o, öz iradəsini kağız üzərinə
köçürmək, bir
də uzun müddət görmədiyi,
vaxtılə dəlicəsinə
sevdiyi qadınla vidalaşmaq istəyir. Vidalaşmada tövbə, söhbət
baş tutmur. Çünki bütün həyatını
şəxsi ssenarisi əsasında yaşayan sifarişçi sevimli qadını ilə görüşü əslində
tövbə etmək üçün nəzərdə
tutmayıb. O, sevimli
qadının yadında
xoş təəssürat
saxlamaq istəyir. Dramatik gərginliklə zəngin
olan bu vida
səhnəsi aktyorun oyununda tamaşaçını
kəskin keçidləri
ilə dəhşətə
gətirir. Bundan əvvəl
qarşımızda lirik
bir qəhrəman durmuşdu. O, tamaşaçını
intim ünsiyyətə,
həyəcanlamaya dəvət
edirdi. İfa məlahətində qipnoza düşmüş
tamaşaçı məntiqi
etiraf gözləyir.
Lakin oyun üslubunu dəyişən aktyor ən son nota qədər dramatizmini yüksəldir.
Qəhrəmanını məişət səviyyəsindən
faciəviliyə yönəldən
Ötkəm İskəndərov
oyununu açıq şəkildə simvolik və teatral edir, nitqi əcnəbi
sözlərlə zənginləşir,
sevimli qadını ilə səmimiyyətdən
uzaqlaşdığı məqamda
intonasiyası şüar
tempinə keçid alır. Ötkəm İskəndərov qəhrəmanının daxili
dünyasını filmin
yekun hissəsində açıqlayır. Bu qəhrəman öz ağrısını nə
kağız üzərində,
nə də sevdiyi qadınla söhbətində ifadə
edə bilir. Əli adəti üzrə royala uzanır, lakin nə musiqi, nə də alkoqol bu dəfə
onu tənhalıqdan xilas etmir...
Küləyin səsi, meşənin gözəlliyi, gölün
parıltısı ölümcül
xəstə adamın
həyat həvəsini
artırır. O killerlə əlbəyaxaya çıxaraq
Ölümü inkar edib Həyatı seçir. Aktyor rolunda ağrıdan
əziyyət çəkdiyi,
sevdiyi qadına kinayə etdiyi, bahalı royalın dillərinə toxunduğu
anlarda nə qədər təbii görünürsə, killerlə
əlbəyaxa səhnəsində
bir o qədər inandırıcıdır. Filmin finalında qəhrəmanımız
təbiətin gözəlliyi
qarşısında əyilərək
çox böyük ümidlə gələcəyə
baxır. Tamaşaçı bu qəhrəmana çox inanmaq istəyir, çünki bu qəhrəman təkcə xəstəliklə
mübarizədə deyil,
öz təkəbbürü
ilə mübarizədə
də Qalib çıxır.
“Tənha durna uçuşu” (2003-cü il. Ssenari müəllifi Hüseynbala
Mirələmov, rejissor
Ələkbər Kazımovski)
filminin baş qəhrəmanının obrazında
da səslənir.
Digər xüsusiyyətləri
ilə yanaşı,
film psixoanalizin öyrənilməsinin
gözəl vasitələrindən
biri ola
bilər. Filmin baş qəhrəmanı
Nəsib yad şəhərdə Sankt-Peterburqda
yaşayır, o, gözəl
alim, nümunəvi ailə başçısıdır.
Məktəbi bitirdikdən
20 il sonra
doğma kəndi Göytəpəyə, eyni
sinifdə oxuduğu uşaqlarla görüşə
qayıdır. Doğma
diyara gələrkən
xatirələri tamaşaçıların
gözləri önündə
canlanır: valideynlərini
itirmiş istedadlı
yuxarı sinif şagirdi Nəsib eyni sinifdən olan Gülgəz adlı qızı sevir. O öz gələcəyini Gülgəzsiz
təsəvvür etmir.
Lakin Gülgəzin doğmaları
Nəsibin yetimliyi və kasıblığına
görə Gülgəzi
sevməsinə mane olurlar.
Gülgəz onların iradəsinə
əks gedə bilmir. Gənclikdə ona edilən
bu alçadıcı
hərəkət Nəsibin
gələcəyini qurmağında
nəhəng stimula çevrilir. O, təhsil
alaraq hörmətli bir alim olur.
Budur, Nəsib öz doğma diyarına taleyin bütün çətinliklərinə sinə
gələrək Qalib
kimi qonaq gəlir. Lakin sevgilisi ilə
ayrılıq ağrısına,
uşaqlıqda ona edilən alçaldıcı
hərəkətlərin ağrısına
qalib gəlməyə
dözümü çatmır.
Piknikdə sevgilisi üçün təqdim etdiyi gül dəstəsinin onun qardaşı tərəfindən kobud şəkildə atılması
xatirələrində gözü
önündən keçir. Bu görüş sanki onun keçmişi ilə görüşdür.
Lakin Nəsib bu görüşə revanş üçün
yox, öz keçmişi ilə barışmaq üçün
gəlib.
Ötkəm İskəndərovun ifasında
Nəsib özündən
müştəbeh, qisasçı,
xırdaçı insan
deyil. Bu, ziyalı,
özünə rahatlıq
tapmaq istəyən bir adamdır. Sevgilisinin peşman olmasını görmək istəmir.
O, Gülgəzin (Həmidə
Ömərova) xoşbəxt
həyatını gördükdə
daha çox rahatlıq tapacaq. Lakin Gülgəz kamilləşməyib,
sadəcə olaraq qocalıb. Məzunlarla görüş zamanı
həmin şən və qayğısız qızdan əsər-əlamət
olmur, Nəsib dəhşətə gəlir.
Onun ölgün baxışları,
səliqəsizliyi, qayğılı
görünməyi Nəsibi
məyus edir. Lakin uşaqlıqda olduğu kimi, bu görüşdə
də onlar bir-birinin əlindən tutmağa çalışırlar.
Yenə də piknikdir, lakin indiki görüş
yaşa dolmuş eyni sinif yoldşlarının
görüşüdür. Nəsib yenə də Gülgəz üçün
gül dəstəsi yığır. Görünür, bu dəstə vida və üzr
simvoludur. Onun üçün
vacib olanı gələcəyi yaşamaq
üçün keçmişlə
barışmağı bacarmaq
duyğusudur. Lakin sevgilisi
böyük minnətdarlıqla
əlini gül dəstəsinə uzadaraq
öz ilk məhəbbətinə
baxır və elə həmin andaca qorxu ilə
əri gələn tərəfə baxaraq gül dəstəsini kənara atır. Uşaqlıqda olduğu kimi
Nəsib yenə də hamının yanında alçalır.
Burada da aktyor obrazın
traktovkasına uyğun
olaraq kin palitrasından
kənardır.
Bu obraz yüksək
daxili mədəniyyəti
olan ziyalı insandır. Yetim böyüsə də, bu zadəgan
keyfiyyətlər onun
təbiətidir. Aclıq və
müdafiəsizlik onun
uşaqlığının yol yoldaşlarıdır.
Lakin onun daxili kübarlığı
insanlara kin saxlamağa
imkan vermir. Filmdə aktyorun obrazı zərgər dəqiqliyilə
ifa etməsi sayəsində Nəsibin təkcə öz taleyinin qalibi deyil, həm də bağışlamağı
bacaran olduğu üzə çıxır.
Məhz Nəsibin xeyirxahlığı
onu dağıdıcı
qəddarlıqdan xilas
edir. Biz tənha durnanın öz qayğıkeş həyat yoldaşının
və Gülgəzin yanına qayıtmasını
görürük. Nəsib öz
sevimli qızını
da Gülgəz adlandırır.
Sənətkar istedadı sehrli
rənglər içərisindən
boy verərək tamaşaçını
çalarların tükənməz
zənginliyi ilə təəccübləndirir, ona
görə də yaratdıqları xarakterlər
tanınır, həqiqətə
uyğun və sevimli görünür.
Sənət karyerasında Ötkəm
İskəndərov bu
günədək 40-dan çox
filmin yaradılmasında
iştirak edib.
O, hətta gənc rejissor və operatorların debüt filmlərində çəkilməkdən
də boyun qaçırmır. Ötkəm İskəndərovun
oynadığı rollar
fərqli talelərə
malik, temperament və xarakterə görə müxtəlif insanlar olsa da, mənəvi
kamilliyinə, geniş
dünyagörüşünə görə biri-birinə yaxındırlar.
Sənətkarın hər bir rolun öz yerişi, səsi, aksenti, əllərinin hərəkəti, gözlərin ifadəsi, tamamilə fərqli hərəkət plastikaları mövcuddur. Möhtəşəm intuisiyaya malik aktyor yaratdığı obrazları ruhuna daxil olur, bu yolla roldan-rola inkişaf edir, bununla da incə zövqlü tamaşaçıları öz sehrli zənginliyi ilə dəyişdirir. Bu oyun, hər şeydən əvvəl, insanda humanist dünyagörüşünün tərbiyələndirilməsi kimi mühüm məqsədə istiqamətləndirilmiş istedadın işidir. Ötkəm İskəndərovun obrazlarında bu məqsəd özünü qabarıq şəkildə təzahür etdirir.
Əməkdar artist Ötkəm İskəndərov və onun həmkarları milli kino estafetini layiqli şəkildə davam etdirənlər sırasındadır. Təkcə yaradıcılıq işi deyil, həm də pedaqoji fəaliyyəti ilə milli aktyor sənətinin inkişafı yolunda çalışan Ö.İskəndərovun yetişdirdiyi mütəxəssislər də öz müəllimləri ilə qürur duyurlar.
Tamilla ƏHMƏDOVA
ADMİU-nun Kulturologiya
kafedrasının
dosenti, fəlsəfə üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2015.- 17 iyul.- S.22.