Türkcə danışmaq əzmi

 

VƏ YA KAZAN TƏƏSSÜRATLARIM

 

 

 

Bu günlərdə Türk Dünyası Jurnalistləri Federasiyasının Tatarıstanın paytaxtı Kazanda keçirilmiş II qurultayında iştirak etdim.

 

Səfər maraqlı təəssüratlarla yadda qaldı. Ancaq bu yazım tam mənada təəssürat zənginliyindən qaynaqlanmır. İndi deyəcəklərimlə bağlı əvvəllər xeyli düşünmüşəm. Sadəcə Kazanda gördüklərim müşahidələrimi qələmə almaq üçün bir növ səbəb oldu Tatarıstanın timsalında türk dünyası ilə bağlı real birləşdirici faktorun nədən ibarət olmasına dair qənaətim formalaşdı.

 

Ondan başlayım ki, son illər türk xalqlarının toplumlarının media nümayəndələrinin bir araya gəldikləri təşkilatların sayı artmaqdadır. Müvafiq olaraq onların düzənlədikləri toplantılar da çoxalıb. Yaxın keçmişimizə nəzər salsaq, görərik ki, ilk belə tədbir Azərbaycan Türkiyə jurnalistlərinin təşəbbüsü ilə gerçəkləşib. Hazırda hər iki ölkənin media nümayəndələrinin əməkdaşlığı dərinləşərək ümumtürk miqyası alıb.

 

Bir qədər təfsilatı ilə deyim ki, 2006 2008-ci illərdə Bakıda "Azərbaycan Türkiyə mediası: bənzərliklər müxtəlifliklər" mövzusunda konfranslar baş tutdu. Sonradan toplantı iştirakçılarının birgə səyləri ilə Türkdilli Ölkələrin Toplumların Media Forumlarının təşkilinə start verildi. Bu mənada 2011-ci ildə Türkiyədə baş tutmuş forum ilk idisə, 2012-ci ilin Bakı forumu Ankarada əsası qoyulmuş Türkdilli Ölkələrin Toplumların Media Birliyinin daha geniş spektri əhatə etməsi baxımından əlamətdar oldu. Əlbəttə, Qırğızıstanda Şimali Kiprdə keçirilmiş III IV forumlar da iştirakçıların say tərkibinin genişliyi baxımdan fərqləndi.

 

Türk dünyası böyük areala malikdir. Mövcud məkanda bir deyil, çoxsaylı jurnalist birliklərinin olması vacibdir mümkün qədər onların hər birinin düzənlədikləri toplantılarda iştirak edirik. Yeni insanlarla tanış oluruq, informasiya mübadiləsi nöqteyi-nəzərdən tərəfdaşlar qazanırıq. Sırf Azərbaycanın mövqeyi baxımdan dəyərləndirsək, belə toplantıların ölkəmizin dünyaya tanıdılmasında müstəsna rolu var. Ortaq türk dəyərlərimizin digər xalqlara çatdırılması da əhəmiyyətlidir. Hesab edirəm ki, istər forumlar, istərsə digər formatlı tədbirlər bu istiqamətdə mühüm missiya daşımaqdadır.

 

Gəldiyim daha bir qənaət bundan ibarətdir ki, türk dünyasının media qurumlarının birliyini nəzərdə tutan təşkilatların toplantıları müəyyən mənada sanki ilk dəfə baş tutmuş tədbiri xatırladır. Yığıncaqlarda demək olar, eyni məsələlər gündəmə gətirilir. Bəzən elə təəssürat yaranır ki, ötən müddətdə irəliyə doğru ciddi addım atılmayıb.

 

Təbii, türk xalqlarının heç hamısı müstəqilliyə malik deyillər. Müxtəlif dövlətlərin tərkibindədirlər onları təmsil edən media nümayəndələrinin mövcud məqamı nəzərə almaları mütləqdir. Digər tərəfdən, zaman-zaman müxtəlif ictimai-siyasi formasiyalarda yaşamış bu xalqların düşüncə təfəkkür tərzindəki fərqlilikləri vurğulamaq lazımdır.

 

Məsələyə bir qədər geniş yanaşsaq, türk dövlətləri xalqları ilə bağlı təşkilatların formalaşmasının özü ayrıca proses kimi heç adi məsələ deyil. Təsadüfi deyil ki, türk birliyi ideyasının qlobal inteqrasiyasının Avropa Birliyi modelinə alternativliyi üzərində dayanılır tarix, dil, din, adət-ənənə yaxınlığına söykənmiş böyük toplumun dünyadakı yeri roluna dair müzakirələr artan müstəviyə qədəm qoymaqdadır. Həm Azərbaycanda, həm Türkiyədə məsələ kifayət qədər aydın dərk edilir. Hər iki dövlət yaradılmış təşkilatların, xüsusən media quruluşlarının əhəmiyyətini gündəmdə saxlayır. Hesab edirəm ki, zaman keçdikcə belə təşkilatların təsir dairəsinin daha da genişlənməsinin şahidi olacağıq. Əlbəttə, bunun üçün nəyəsə əsaslanmaq mütləqdir.

 

Səfərimin təəssürat zənginliyinin mənbəyi olan Kazan mənə türk dünyası birliyinin real müstəviyə qədəm qoyması üçün mütləq əsası verdi. Bu barədə düşünərkən yadıma saldım ki, şəhər hələ keçmiş SSRİ dönəmində Volqaboyunun gözü kimi xarakterizə edilirdi. Tatarların sabiq imperiya tərkibindəki digər xalqlardan fərqliliklərini xatırladım. Onu da fikirləşdim ki, türk-müsəlman milli kimliyinin qorunub saxlanması baxımından onları nümunə göstərmək mümkündür. Axı hələ Çar Rusiyası dövründə ilk müsəlman mətbəəsi 1800-cü ildə məhz Kazanda yaradılmışdı. Rusiyada şərqşünaslığın banisi olan dahi mütəfəkkir alimimiz Mirzə Kazım bəyin həyat yaradıcılığının əhəmiyyətli hissəsi məhz Kazanla bağlı olmuşdu (yeri gəlmişkən, səfər müddətində Mirzə Kazım bəyin Kazan Universitetinin həyətindəki barelyefinin açılışına da qatıldım). Qədim zamanlara diqqət yetirdikdə isə, bu ərazidəki insanların hələ 922-ci ildə müsəlmanlığı qəbul etdiklərini söyləmək mümkündür.

 

Kazan bu gün Rusiyanın böyük mədəniyyət mərkəzlərindəndir nümunəviliyini qorumaqdadır. Şəhər nəhəng ölkənin Moskva Sankt-Peterburqdan sonra üçüncü paytaxtı sayılır. Tatarıstan müasir dövrdə dövlət içərisindəki dövlətin ən unikal modeli kimi qiymətləndirilir. Bu modeldə başlıca xüsusiyyət dil faktorudur. Dil məsələsindən danışarkən, adətən türk dünyası ilə bağlı media qurumlarının toplantılarında iştirakçıların əsasən rusca danışdıqlarını vurğulamalıyam. Bu mənada Kazandakı qurultayın tamam fərqli ab-havada keçdiyi diqqətimdən yayınmadı. Yazımın əvvəlində qeyd etdiyim türk dünyası ilə bağlı real birləşdirici faktorun nədən ibarət olmasına dair qənaətim məhz mövcud kontekstdə formalaşdı.

 

Kazan toplantısında yerli iştirakçıların mütləq əksəriyyəti ana dillərində - tatar türkcəsində çıxış etdi.

 

Müəyyən sözləri başa düşməkdə çətinliklər yaransa da, hər kəsin bir-birini anlamaq istəyi vardı. Sanki hamı qədim türk yurdu olan Kazanda öz dilində söz açmağa can atırdı. Ümumən yerlilərin Kazan küçələrində, universitetlərində tatar türkcəsindəki danışmaq əzmi, müstəqil respublikamızın paytaxtı olan Bakının küçələrində Azərbaycan türkcəsində danışmaq istəyindən heç geri qalmırdı. Etiraf edək ki, bu mənzərə suverenliyinə qovuşmuş bütün türk dövlətləri üçün xarakterik deyil.

 

Əflatun Amaşov

525-ci qəzet.- 2015.- 2 iyun.- S.5.