Cazmen Emil Əfrasiyab Parisdə çıxış edib

 

 

Azərbaycanın aparıcı cazmeni, pianoçu Emil Əfrasiyab Parisdə keçirilən "Saint-Germain-des-Pres" XV Caz Festivalının ikinci gecəsi zamanı səhnədəki çevikliyi innovasiyaları ilə 380 nəfər caz həvəskarını heyran qoyub.

 

Konsertin tamaşaçıları arasında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, əfsanəvi film ulduzu Klint İstvudun oğlu, məşhur gitara ustası Kil İstvud, məşhur yazıçı, ədəbiyyat caz tənqidçisi Mişel Kontat tanınmış caz prodüseri Alain Kassimatis olublar.

 

Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyi bundan əvvəlki festivalda olduğu kimi, bu konsertə təşkilati dəstək göstərib.

 

1982-ci ildə Bakıda anadan olmuş Emil Əfrasiyab Azərbaycanın yeni nəsildən olan aparıcı caz ifaçılarındandır. O, cazı Azərbaycan muğamı ilə sintez etmək üzrə ixtisaslaşır. Musiqinin bu iki növü improvizasiya üçün geniş imkanlara malikdir insanın özünü ifadə etməsi üçün böyük üfüqlər açır. Onun əsərlərində intonasiyadakı təzadlar, daha çox klassik musiqidə rast gəlinən harmoniya ritmlər özünü göstərir.

 

Proqram Emilin özünün yazdığı "İki dünya" əsəri ilə başlayıb. İncə notlara malik rapsodik solo girişdən sonra Emil piano dilləri üzərində sağa-sola çevik hərəkətlər edərək tempi yüksəldib onun musiqisi Şərq harmoniyası muğamın mikrotonları ilə qovuşub. Bu zaman onu Rafael Pannier öz zərb alətlərində hərəkətli poliritmik tonlarla müşayiət edib. İmprovizasiyada hətta Bax onun "Air on the G String" əsərinə eyham da özünü göstərirdi.

 

Bu əsərin ardınca Azərbaycanın görkəmli caz-muğam ustadı Vaqif Mustafazadənin "Mart" əsəri saksofonda Aleksandr Madelinin müşayiəti ilə səsləndirilib. Bu əsər Emilin rapsodik girişi ilə başlayıb, sonra Koltranenin şagirdi Aleksandr əsas mövzunun dərinliklərinə varıb. Emil Rafael sonra cuşa gəlib bir-birini cəsarətləndirərək insanın içini titrədən improvizasiyalar ediblər. Emil insanın ruhunu sakitləşdirən sonluqla özünü başqa aləmdə hiss edən auditoriyanı dərin sükuta qərq edib. Sonra o, öz bəstəsini - Vaqif Mustafazadənin qızı, məşhur caz müğənnisi pianoçusu Əzizə xanımın şərəfinə ithaf etdiyi "Əzizə" adlı əsərini ifa edib. Bu əsərin tempi tədricən artaraq başgicəlləndirici səviyyəyə qalxanda Rafael fürsətdən istifadə edərək zərb alətlərində bütün məharətini nümayiş etdirib.

 

Emil öz kvartetindəki musiqiçilərə eyni gözlə baxır. Rafael bas gitarist Antoine Katz yeni improvizasiya selinə qərq olarkən Emilin pianosu səssizliyə qərar verir. Sonra Emil tempi həyəcanlı dağıdıcı səviyyəyədək yüksəldir. O, alnının tərini silərkən məftun olmuş auditoriya "Bravo" deyə alqışlayaraq yeni parçanın da səslənməsinə ümidini ifadə edir.

 

Auditoriyanın mükafatı Azərbaycan milli rəqsi "Şalaxo" oldu. Bu zaman Aleksandrın saksofonu sərbəst caza hakim kəsilib. Rafaelin zərb alətləri ilə uzun-uzadı dialoqdan sonra öz yerini milli alət olan balabana verib.

 

Əvvəlcə Emilin pianodakı məharəti yalnız doğma ölkəsinin sərhədləri daxilində eşidilirdi. Lakin o, 2011-ci ildə Monterey Caz Festivalında mükafata layiq görüləndən sonra vəziyyət dəyişdi. 2012-ci ildə isə o, hazırda yaşadığı ABŞ-a - Berkli Musiqi Kollecində ifaçılıq bəstəkarlıq sənəti üzrə təhsil almağa gedib.

 

Konsert Fransada üç tarixdə keçirilən festival turunun ortasına təsadüf edib. Emilin kvarteti mayın 27-də Reimsdə keçirilən Sanisayd Festivalında ifa etməyə başlayıb. Həmin festivalda təxminən 150 nəfərlik bir auditoriya var idi. Tamaşaçılar arasında Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Label Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Ayaz Qocayev olub.

 

Tur sentyabrın 7-də Kolmar Caz Festivalının giriş konserti ilə başa çatacaq.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 3 iyun.- S.7.