Sənət şəxsiyyəti tamamlayanda
Haqqında danışacağım həkim akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzində
çalışır.
İnsanlara xidmət göstərir, onların gözlərinə
nur bəxş edir.
Şahin Yusif oğlu Məmmədov SSRİ dövründə
həkim ailəsində
dünyaya göz açıb. Atası Məmmədov Yusif nə az-nə
çox, 45 illik həkimlik həyatının 30 ilini Biləsuvar rayonunda baş həkim kimi dövlət və millətə xidmət etməklə səhiyyənin keşiyində
durub. Anası Məhluqə xanım
da səhiyyə sahəsində uzun müddət çalışaraq
bilik və bacarığını Vətənimizin
inkişafına həsr
etmişdir. Şahin müəllimin
bacısı Vəfa xanım da 26 ildən çoxdur ki, səhiyyə sahəsində müstəqil
respublikamıza fayda verməkdədir.
Şahin Məmmədov 1977-ci ildə
Biləsuvar rayonunda orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetində təhsil alıb.
Universiteti bitirdikdən sonra Şahin həkim təyinatla Biləsuvar rayonuna göndərilib. 1988-ci ildə
Şahin həkimin istedadı və işgüzar fəaliyyəti
Səhiyyə Nazirliyi
tərəfindən yüksək
qiymətləndirilərək 1989-cu ildə o, respublikamızın
məşhur səhiyyə
ocaqlarından biri olan Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə dəvət
edilib.
O vaxtdan bəri irqindən, dinindən, milli mənsubiyyətindən
asılı olmayaraq minlərlə insanın gözlərinə nur bəxş edən Şahin Məmmədov elə indinin özündə də adlı-sanlı bir oftalmoloq kimi Mərkəzdə çalışır. O, Mərkəzin
direktoru Elmar Qasımovla bərabər yüzlərlə insanın
gözlərini əməliyyat
edərək onların
görmə qabiliyyətini
bərpa ediblər.
Ş. Məmmədov bir
sıra mükafatlara layiq görülüb.
Bu gün mən
dünyaya yenidən göz açdığıma
görə Şahin həkimə borcluyam. Şahin
həkim deyir ki, bu gün
Azərbaycanın belə
inkişafı Prezidentimiz
İlham Əliyevin böyük qayğısının
nəticəsidir:
"Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzi
bu qayğının nəticəsində yaradılan
çox unikal bir səhiyyə ocağıdır. Biz də çalışırıq
ki, bu qayğıya,
bu diqqətə görə Vətəndaşlarımıza
öz köməkliyimizi
göstərək".
Vaqif ABDULLAYEV
Biləsuvar rayonu Zəhmətabad
kənd sakini
525-ci qəzet.- 2015.- 3 iyun.- S.8.