"Köhnə saat"ımız Kiyevdə
göstərilib
Ukrayna paytaxtındakı
"Kiyev" kinoteatrında
"New Vision" V Beynəlxalq qısametrajlı filmlər
festivalı keçirilib.
Bu beynəlxalq baxışda
Azərbaycanı "Azanfilm"
kinostudiyasında istehsal
olunmuş "Köhnə
saat" adlı 9 dəqiqəlik animasiya təmsil edib.
Filmin rejissoru
və ssenari müəllifi Cavid Əhədov, prodüseri Fariz Əhmədovdur.
Festival çərçivəsində kinematoqrafçılar və
tamaşaçılar bütün
dünyanın ən yaxşı qısametrajlı
filmləri, yeni müəlliflər, yeni dünya və yeni baxışlarla tanış olmaq üçün yaxşı imkan əldə ediblər.
Filmlər Ukrayna dilində subtitrlərlə orijinalın
dilində nümayiş
etdirilib.
"Köhnə saat"
animasiya filmi Ukrayna və xarici ölkə tamaşaçılarında böyük
maraq doğurub.
Filmə baxışda Azərbaycan
səfirliyinin əməkdaşları,
diaspor və gənclər təşkilatlarımızın
nümayəndələri də
iştirak ediblər. Yeri gəlmişkən
deyək ki, diplomatik nümayəndəliyimiz
festivalın tərəfdaşlarından
və sponsorlarından
biri kimi çıxış edib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 4 iyun.- S.7.