"Musiqidə təsvirilik..." təqdim
edilib
Milli Konservatoriyada tanınmış
musiqişünas və
publisist, sənətşünaslıq
doktoru Ülkər Əliyevanın "Musiqidə
təsvirilik: mahiyyəti,
spesifik xüsusiyyətləri
və təsnifatı"
kitabının təqdimatı
olub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi iş üzrə
prorektor Lalə Hüseynova müəllifdən
və onun yeni layihəsindən söz açaraq bildirilib ki, Almaniyada nəşr olunan kitab "Musiqidə ixtira" beynəlxalq kataloquna daxil edilib.
Sənətşünaslıq doktoru, Azərbaycan Milli Konservatoriyasının
dosenti Ülkər Abdullayeva 5 kitabın, 50 elmi və 400-dən yuxarı publisistik məqalənin müəllifidir. 2005-ci ildə
"İlin ən yaxşı musiqişünası"
nominasiyasında Mədəniyyət
və Turizm Nazirliyinin diplomuna, 2007-ci ildə "Gənc alim" nominasiyasında xüsusi diploma layiq görülüb.
Ü.Əliyeva videoçarxı şərh
edərək, özünün
yeni layihəsindən
ətraflı danışıb. Bildirib ki,
kitabda onun doktorluq dissertasiyasının
materialları yer alıb. Yazılarının birində toxunduğu
mövzu Almaniyanın
elmi ədəbiyyat nəşrində ixtisaslaşan
tanınmış "Akademic
Pablishing Lambert" nəşriyyatını
maraqlandırıb.
Sinesteziya, incəsənət növlərinin
qarşılıqlı əlaqəsi
mövzusu hazırda dünya sənətşünaslığının
ən perspektivli istiqamətlərdən sayılır.
Alman, ingilis və rus dillərində
çap olunan kitab 8 fəsildən ibarətdir. Müəllif kitabın strukturu
və məzmunu barədə ətraflı
məlumat verib.
Əsərdə musiqidə təsviriliyin mahiyyəti, spesifik xüsusiyyətləri və
təsnifatı konkret
müəyyən olunub. Təqdim olunan
təsnifata əsaslanaraq,
musiqidə obrazlılığın
hər bir növünü səciyyələndirən
əsas əlamətlər
nəzərdən keçirilir,
sonra ayrı-ayrı əsərlərin ən maraqlı kompozisiya metodları təsvirilik nöqteyi-nəzərindən şərh
edilir.
Təqdimatın konsert hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələri, beynəlxalq və respublika muğam müsabiqələrinin laureatları çıxış ediblər. Azərbaycan və xarici klassiklərin əsərləri səslənib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 4 iyun.- S.7.