Xalq artisti Alim Qasımovdan yeni sənət layihəsi

 

 

Xalq artisti Alim Qasımov "Pərişanın" adlı yeni layihəsini təqdim edib.

 

Tədbirdə Xalq artistinin yeni layihəsindən söz açılıb. Bildirilib ki, Alim Qasımovu klipdə ud ifaçısı Kənan Tərlanoğlu müşayiət edir. Bu, gənc musiqiçinin ilk işidir.

 

Tədbirdə çıxış edən Alim Qasımov gəncləri hər zaman dəstəklədiyini diqqətə çatdırıb. O deyib: "Gənclərlə çalışmaq mənə maraqlıdır.

 

Bundan əvvəl rep janrında oxuyan bir gənclə duet hazırladım. Onun ifasını dinlərkən Füzulinin qəzəli yadıma düşdü. Duetdə həmin qəzəli səsləndirdim. Klipin ssenarisini bəyəndim. Səfil bir insanın həyatı işıqlandırılıb". Qeyd edək ki, "Böyük dayaq" filmindən götürülən mahnının ekran həlli rejissor Vüsal Tərlanoğluya həvalə olunub. Mahnının musiqisi Fikrət Əmirovundur.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 4 iyun.- S.7.