Əbülfəs Qarayevin
müsahibəsi Misirin nüfuzlu
"Əl-Məsəiyyə" qəzetində
Bakıda
keçirilmiş III Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetinin
baş redaktorunun müavini Məhəmməd
Sələmə tədbir
çərçivəsində mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevlə
apardığı müsahibəni
dərc etdirib.
Müəllif Ə.Qarayevin müsahibəsində
iki ölkə arasında mədəniyyət
sahəsində əlaqələrin
genişlənməsini vurğuladığını,
Misirin İsgəndəriyyə
kitabxanasında Azərbaycanın
dahi şairi Nizami Gəncəvinin büstünün qoyulmasını
yüksək qiymətləndirdiyini
qeyd edib. Məhəmməd Sələmə nazirin iki ölkənin geniş turizm imkanlarından söhbət
açdığını da diqqətə çatdırıb.
"Əl-Məsəiyyə" qəzetinin baş redaktorunun müavini iki gün davam
etmiş III Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu haqqında
məlumat verərək,
Misirdən geniş tərkibli nümayəndə
heyətinin iştirak
etdiyini bildirib.
Sözügedən qəzetin digər
nömrəsində isə
M.Sələmə ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman
əl-Tuveycrinin Bakı
Forumundakı çıxışından
bəhs edib. Müəllif ISESCO-nun baş direktorunun
dünyanın müxtəlif
regionlarında sabitliyin
pozulduğunu, ekstremizmin
və terrorçuluğun
genişlənməsinin təhlükəli
hal aldığını
bildirməsini və onların qarşısını
almaq üçün
siyasi yolların axtarılması və bəşəriyyəti irəliyə
doğru aparacaq ideyaların təşviqinin
gücləndirilməsi zərurətindən
danışdığını qeyd edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 4 iyun.- S.7.