Məşhur rəssam Sakit
Məmmədov daha bir
mükafata layiq görülüb
Azərbaycanın Əməkdar rəssamı,
UNESCO Rəssamlar İttifaqının
üzvü, Rusiya İmperator Rəssamlıq
Akademiyasının fəxri
akademiki, "Vətən
oğlu" qızıl
ordeninin, "Dədə
Qorqud" mükafatının,
Leonardo da Vinçi medalının, "Avropanın
şərəfi" ordeninin,
Rusiyanın nüfuzlu
"Minilliyin adamı"
mükafatının sahibi,
Avropa Təbiət Elmləri Akademiyasının
akademiki Sakit Məmmədov Malta Ordeninin
Beynəlxalq Cəngavər-Kavalerlər
İttifaqının Zabit
xaçı ilə mükafatlandırılıb.
Sakit Məmmədov
dünya mədəniyyətinə
və incəsənətinə
müstəsna töhfəsinə
görə mayın
29-da Dünya Rəssamlıq
Akademiyasının həqiqi
üzvü də seçilib. Sənətkarımız "Dünya mədəniyyətinə
verdiyi töhfəyə
görə" mükafatına
layiq görülüb.
Təqdimetmə mərasimində Dünya Rəssamlıq Akademiyasının
prezidenti Anatoli Şilov Sakit Məmmədova diplom və qızıl medal təqdim edib.
525-ci qəzet.-
2015.- 5 iyun.- S.7.