"Milli dəyərlər
və istiqlal uğrunda
mübarizələr" müzakirə edilib
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Milli dəyərlər və istiqlal uğrunda mübarizələr"
mövzusunda respublika konfransı keçirilib.
Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, B. Vahabzadə Azərbaycanın
ədəbi-ictimai fikrinin
zənginləşməsində böyük rol oynayıb.
R. Hüseynovun sözlərinə
görə, konfransın
materialları kitab şəklində çap
olunaraq şairin yaradıcılığının tədqiq olunması üçün elmi müəssisələrə təqdim
olunacaq.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının
inkişafında xalq şairinin rolundan danışıb və qeyd edib ki,
B. Vahabzadənin 90 illik
yubileyinin keçirilməsi
haqqında prezident İlham Əliyevin Sərəncamına əsasən
şairinin yubileyi silsilə tədbirlərlə
davam edəcək.
Konfransda professor Tahirə Məmmədin "Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının Atatürkə münasibəti", filologiya üzrə fəlsəfə doktoru Təranə Rəhimlinin "1960-70-ci illər Azərbaycan nəsrində insan konsepsiyası və ədəbi tənqid", filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun "Müasir dramaturji mühitin janr tələbləri. Tragikomediya" mövzusunda məruzələri dinlənilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 5 iyun.- S.7.