Gecikdim
Həyatda yeni iz açmaq istədim,
Solu adlasam da, sağa gecikdim.
Dənizə çatmağa can atdım,
fəqət,
Hər dəfə
bir ləpə, dalğa gecikdim.
Döydü ünvanımı qüssə,
qəm, kədər,
Tükəndi günlərim, tez oldu hədər.
Çalışdım yüksəlim zirvəyə qədər,
Dolaşdım aranda, dağa gecikdim.
Çalındı vədəsiz tale zəngləri,
Başlandı mənimlə əzab cəngləri.
Qarşıma töküldü baxtın
rəngləri,
Boyandım qaraya, ağa gecikdim.
Bir ömür yaşadım qəlbim yatmadı,
Fikrimə sığmadı, ağlım
batmadı...
Saray ucaldırdım, kərpic
çatmadı,
Bağlaya bilmədim, tağa gecikdim.
Zəmanə qopmadı, bərk
əssəm də mən,
Dövran dinləmədi, söz kəssəm də mən.
Nə qədər yüyürüb
tələssəm də
mən,
Hər dəfə bir gözəl çağa gecikdim...
Mənim
qədər sevirsən
Sən gecəni sevirsən,
Mən isə
al səhəri.
Ulduzları sevirsən,
Mən isə çiçəkləri.
Deyirsən ki, əzizim,
Qışa, qara aşiqəm.
Axı yaxşı bilirsən,
İlk bahara aşiqəm.
Sən vurğunsan göylərə,
Mənsə yerə bağlıyam.
Ey nəğmələr təşnəsi,
Mən şeirə
bağlıyam.
Qəlbimə sevinc yatır,
Sənsə kədər sevirsən...
Ancaq nə qəm həyatı
Mənim
qədər sevirsən...
Zaman
Günəşlə doğulur, batır görəsən,
Haçanlar azalıb, artır görəsən?
Axırı haracan çatır,
görəsən,
Harada yenidən başlanır
zaman?
Deyib son
sözünü yoxsa
ki, danır,
Bəlkə çox tez ötür, bəlkə dayanır?
Hər gələn xoş anı əzabmı sanır,
Yoxsa əzablardan
xoşlanır zaman?
Hər yerdən küləklə
keçir, elə bil,
Hər vaxtı
əliylə ölçür,
elə bil.
Küsüb zəmanədən köçür,
elə bil,
Görən, hara belə daşlanır zaman?
Yollarla dil tapır, izlə anlaşır,
Bilmirsən, yol olur,ya zamanlaşır.
Həyat
cavanlaşır, söz
cavanlaşır,
Ancaq ki, qocalır, yaşlanır zaman.
Dəyişir
Tamam dəyişmir ki, həyat,
Dərdi, məlalı dəyişir.
Verə
bilməyir cavabı,
Ancaq sualı
dəyişir.
Şirinsə, demir halvadır,
Acı de, gör
necə davadır.
Çaldığı köhnə havadır,
Azacıq xalı dəyişir.
Qırılıb kövrək simi
də,
Dagılıb çoxdan himi də.
Payız
göyləri kimi də,
Daima halı
dəyişir.
Vaxt ölür, özü böyüyür,
Susduqca sözü
böyüyür.
Dərd
görür, gözü
böyüyür,
Fikri, xəyalı dəyişir...
Elə söz deyim ki...
Sözlər düyün düşür
dodaqlarında,
Sən duman deyirsən çənin yerinə.
Mənalar səslənmir istədiyintək,
Mən nələr çəkirəm
sənin yerinə...
Demə,
çox görürsən
ayrılıq, həsrət,
Mən qədər
sən dərd-qəm
yeyə bilməzsən.
İzn ver, danışım sən əvəzindən,
Hər sözü
mənimtək deyə
bilməzsən.
Sən demə o sözü ,qoy mən
söyləyim,
Od düşsün
dərdlərin aralarına.
Elə söz deyim ki, ruhu titrətsin,
Toxunsun qəlblərin
yaralarına.
Fikirlər yükünə tab gətirməyir,
Dilində əzabım, ağrım
çatlayır.
Kəlmələr açılmır, susur,
lalmısan,
Söz deyə bilmirsən, bağrım çatlayır !..
Leysan
Göylər üfüq boyu
tamam çökübdü,
Şimşəklər köksünü
didib, sökübdü...
Bulud çadırları açıb
tökübdü,
Büsbütün yer ilə yeksandır
leysan.
Yağdıqca çayları daha
kür edir,
Torpaqlar dirçəlib təşəkkür
edir.
Təpələr diz qoyub, sanki şükr edir,
Tanrıdan verilən ehsandır leysan.
Sevdası başında yelə
çevrlir,
Qıvrılıb belədən-belə çevrilir.
Bir daşqın, kükrəyən
selə çevrilir,
Xisləti belədir, leysandır, leysan.
Silkələnir
Qopub zaman zəlzələsi,
Səma, torpaq silkələnir.
Gur dalğalı ümman, dəniz,
Hər dərə,
dağ silkələnir.
Bəla
gəlir şər tərəfdən,
Qərb tərəfdən, şərq
tərəfdən.
Üstümüzə hər tərəfdən
Neçə barmaq silkələnir...
Hər ağrımız, hər acımız,
Dönüb olub qar saçımız.
Yad əliylə ağacımız,
Budaq-budaq
silkələnir...
Yol bağlayır sərhəd,
hasar,
Qiymət kəsir köhnə bazar.
Qürbət mənzil, qərib
məzar,
Sönmüş çıraq silkələnir...
Demə,
səhvmiş qandığımız,
Özgəyə inandığımız.
Bir vaxt arxa sandığımız
Hər bir dayaq silkələnir.
Azadlıq carçısı
Sevimli müəllimim Bəxtiyar
Vahabzadənin əziz
xatirəsinə
Nifrət
bəsləyirdi zülmə,
şərə də,
Gözünün düşməni əsarət
idi...
Qopub kükrəyirdi, susa
bilmirdi,
Hər sözü,
kəlməsi cəsarət
idi.
Qalxıb
həqiqətin kürsülərindən,
Haqqı, ədaləti car eləyirdi.
Xalqın
taleyinə xor baxanların,
Başına dünyanı dar eləyirdi.
Enişli-yoxuşlu həyat görmüşdü,
Keçməzdi yolların hamarlarından.
Azad doğulmuşdu, bəxtiyar
idi,
Azadlıq axırdı damarlarından...
Hamının qəminə çıxırdı
şərik,
Ev-ev gəzdirirdi
öz şadlığını.
Narahat olduqca, hər dərd çəkdikcə,
Elə bil tapırdı rahatlığını.
Əzmlə deyirdi, gələcək
bir gün,
Bu millət yetəcək
istiqlalına.
Daim inanırdı öz varlığıtək,
Vətənin işıqlı istiqbalına...
Nifrət
bəsləyirdi zülmə,şərə də.
Gözünün düşməni əsarət
idi.
Qopub kükrəyirdi, susa
bilmirdi,
Hər sözü,
kəlməsi cəsarət
idi.
Qanadsız mələk
Bütün mələklərin öz
adı olur,
Ancaq çağrılırsan
sən adsız mələk.
Göydən gələnlərin qanadı
olur,
Sənsə doğulmusan qanadsız
mələk...
Əzəldən insanlar arasındasan,
Sənin ki, ünvanın fələk sayılmır.
Sübut
eləmisən öz əməlinlə,
Təkcə qanadlılar mələk sayılmır.
Sən dözə bilməzsən...
Mən ki şərdən uzaq, xeyrə bağlıydım,
Eşqə, gözəlliyə, şeirə
bağlıydım.
Torpaq övladıydım, yerə
bağlıydım,
Göyləri sən saldın ağlıma, dünya.
İçində azmışam dumanın,
çənin,
Kəsilib ayrılıq ömrümə
qənim.
Haçandan olmuşam sevgilin
sənin,
Basırsan özünü bağrıma,dünya?!
Yaxşı öyrənibsən hesab
çəkməyi,
Dərdlərin siminə misrab çəkməyi...
Məntək bacarmazsan əzab
çəkməyi,
Sən dözə bilməzsən
ağrıma, dünya...
Səhəri gözləyirəm
Dumanlı fikirlərin
Əllərindən qaçaraq,
Gözlərimi qaranlıq
Xəyallarda açaraq
Zamanın səhnəsində,
Ömrümün yazılmamış
Ağ bir səhifəsində
Səhəri gözləyirəm...
Göylərin güzgüsündə
Daranan gözəl kimi,
Təbiət fırçasında
Yaranan əsər kimi,
Bu günümdən sabaha
Yeni bir nəzər kimi
Səhəri gözləyirəm...
Ulduzların iziylə,
Saatımın nəbziylə
Duyuram gəlişini,
Hər an yüksəlişini...
Ətrafımda tərtəmiz
Nəfəsini duyuram.
Sübh mehitək titrəyən
Kəlməsini duyuram.
Gözlərinin önündə
Yer yuxudan oyanır.
Şəfəqlərin rəngiylə
Zaman nura boyanır.
Günəşin çöhrəsindən
Sevinc kimi saçılan
Neçə-neçə işıqlı
Səhərlərə açılan
Səhəri gözləyirəm.
Arzular limanında,
Ümidlər karvanında
Səfəri gözləyirəm,
Səhəri gözləyirəm...
Yəhya
PAŞAZADƏ
525-ci qəzet.- 2015.- 6 iyun.- S.28