Naşir”in yeni sayı

 

 

BugünlərdəNaşirjurnalının növbəti sayı nəşr olunub.

 

Dərgi ölkədə xaricdə baş verən ədəbi yeniliklərlə açılır: Yeniliklər sırasında Ağdamda keçirilən kitab bayramı, Mədəniyyət Turizm NazirliyininQızıl kəlməmükafatının təqdimatı, Vaşinqtondakı Bibliya muzeyi, azərbaycanlı alpinist Murad AşurlununÖz Everestini tapmaqkitabının ABŞ-da təqdimatı, Gənc yazarlarla təcrübəsini bölüşən Stiven Kinqin tövsiyələri, Nobel mükafatçısı Günter Qrassın vəfatı ilə bağlı xəbərlər yer alıb.

 

Naşir”də həmçinin Türkiyənin Azərbaycandakı səfirliyi ilə Yazıçılar Birliyinin birgə Şanlı Çanaqqala savaşının 100 illiyi münasibətilə təşkil etdiyi ədəbi müsabiqənin yekunları haqqında informasiya verilib. Eləcə müsabiqənin birinciləri - Sevinc MürvətqızınınYüz il oxunan türkühekayəsi, Sevinc NuruqızınınÇanaqqala keçilməzpoeması Namiq ƏhmədovunTürkün böyük zəfəri: Çanaqqalada nələr gördümyazısıNaşir”in bu sayında dərc edilib.

 

Gülnar Mayisqızının tanınmış jurnalist Mirşahin Ağayevdən götürdüyüDünyada ən pis şey həyatdırbaşlıqlı müsahibəsi  jurnalınQonağımızrubrikasında işıq üzü görüb.

 

Gülnar Mayisqızının daha bir maraqlı söhbəti Xalq yazıçısı Anarla olub. Keçən keçdi, olan oldubaşlıqlı müsahibədə Xalq yazıçısının nostalji ruhlu, yaradıcılıq eşqi ilə dolu düşüncələri öz əksini tapıb.

 

Mustafa ÇəmənlininSatirik şeirimizin bayraqdarıyazısında onun Qasım bəy Zakirin ev-muzeyində olarkən aldığı təəssüratlar, yaradıcılığı ilə bağlı fikirlər qələmə alınıb.

 

Dilqəm ƏhmədinAzərbaycanın ilk maarifçi qadını Hənifə xanım Məlikovayazısında Həsən bəy Zərdabinin həyat yoldaşının həyatı fəaliyyəti ilə bağlı maraqlı məqamlar işıqlandırılıb: “Hənifə xanımla evləndikdən sonra artıq onu anlayacaq, dəstək olacaq bir yaxını vardı. Ona görə Həsən bəy maarifçilik yolunda daha uğurlu addımlar atır. O, 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda türk dilində ilk teatr tamaşasını təşkil edir. M. F. AxundzadəninHacı Qaraəsəri səhnələşdirilir. 1875-ci il iyulun 22-də isə Azərbaycanda türk dilində ilk qəzet olanƏkinçiçap edilir...” JurnalınMaraq dünyasırubrikasındaƏn qədim kitabxanalar”, “Kitabdan qalma nişanə-əlfəcinlərhaqqında məlumat verilib.

 

Birinci Bakı Avropa oyunları ilə bağlı Elmin Nurinin yazısı daNaşir”in bu sayında təqdim olunub.

 

Türk musiqisinin əfsanəvi ismi Ayten Alpmandan bəhs edənSevgidən üstün qadınyazısında sənətkarın həyat yoluna nəzər salınıb.

 

Güneyimiz  rubrikasında Pərvanə Rəhimlininİran ədəbiyyatında modernizmin Sadiq Hidayət mehiyazısı, eləcə adıçəkilən yazıçınınAvara it” hekayəsi oxucuların ixtiyarına verilib.

 

Aynur Əliqızının hazırladığı Orxan PamukunOxucular bu dəfə qüsuruma baxmasınlarbaşlıqlı müsahibəsində çox maraqlı məqamlar diqqət çəkir. Yazıçı növbəti (“Kafamda bir tuhaflık”) romanı ilə bağlı İstanbuldakı Caddəbostan Mədəniyyət Mərkəzində oxucularla keçən son görüşdə maraqlı fikirlər səsləndirib: “Hər bir romanın ilk cümləsi çox önəmlidir. bu ilk cümləni qurmaq çox çətindi. Bu cümlə bütün əsərin havasını, dadını, rayihəsini bizə hiss etdirməlidi. ilk cümlə ilə son cümlə bir-birini tamamlamalıdı.Kafamda bir tuhaflık”ın son cümləsində Mövlud deyir: “Mən bu dünyada ən çox Rayihəni sevdim”. Bir romanı bitirməmişdən təxminən altı ay öncə son cümləsinin olacağını bilirəm bunu dostlarıma da söyləyirəm. Amma digər romanlarımdan fərqli olaraq, bu roman oxucuda nakaut effekti yaradan bir cümlə ilə başlamır, oxucular bu dəfə qüsuruma baxmasın”.

 

Yazıçı oxucusuna zarafatyana müraciət etməyi unutmur: “Assistentim ən yaxın dostlarımdan biri olan Emre Ayvaz bəzən mənə deyir: “Orxan abi, özünü çox yorma, onsuz da bundan sonraQara kitab”dan yaxşı roman yaza bilməyəcəksən.  Amma mənbir daha filan kitabdan yaxşısını yaza bilməyəcəyəmdeyə heyfslənərək yaşamıram. Zaman-zaman mən ən yaxşı romanımınQara kitabolduğunu düşünürəm.Məsumiyyət muzeyi”ni, “Qar”ı, “Kafamda bir tuhaflık”ı da yaxşı romanlar hesab edirəm... Amma indiyə kimi heç bir əsərimi oxumayanlara bunu məsləhət görürəm: “Orxan Pamuku oxumağaYeni həyat”la başlama, qardaşım”.

 

Qəşəm İsabəylinin “Ay külək, əsirsən yaSiz ey Yunanıstanın başı qarlı dağları”, dosent Mahmud MahmudovunMüasir dövrdə mütaliəyazıları daNaşir”in bu sayında təqdim edilən oxunaqlı materiallardandır.

 

Sevinc Nuruqızının  Uşaq ədəbiyatı ədəbi tənqiddə Füzuli Əsgərli imzasıyazısında uşaq ədəbiyyatının problemlərindən perspektivlərindən bəhs olunub.Yazını S. Nuruqızının rus dilindən tərcümə etdiyi Anna ValenberqinTrollun hədiyyəsiadlı İsveç nağılı izləyir.

 

Dərginin bu sayında fotoqraf Dilavər NəcəfovunMən heç vaxt Kevin Karter kimi “Pulitzer” uğrunda vicdanımı susdurmazdımbaşlıqlı müsahibəsi öz əksini tapıb.

 

S. ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 6 iyun.- S.24.