Rübailin “Rübailər”i nəşr olunub
Bu yaxınlarda şair
Rübailin “Rübailər”
kitabı işıq üzü görüb.
Kitabın girişində qeyd
olunub ki, oxucuların mühakiməsinə
verilən bu rübailər toplusu şairin uzun illər müşahidə
etdiyi hadisələrin
bədii məhsuludur:
“Dağlardan süzülən
bulaq suyuna bənzəyən bu rübailər müxtəlif
zövqlü oxucuların
tələbinə yönəldilib.
Onlar buradakı
dörd misrada istədiklərini tapa biləcəklər. Rübailərin mövzusunu məhəbbət,
fəlsəfi mükalimə
və ictimai münasibətlər təşkil
edir. Təzə bənzətmələr, gözlənilməz sonluqlar,
oxucunu düşündürən
məqamlar buradakı
rübailərdə bir-birini
əvəz edir.
Oxucunu təəccübləndirən
mövzular həyati olduğu üçün
tez yadda qalır və asanlıqla əzbərlənir. Rübaildə
hər kəsə pay
düşəcək qədər
təzə söz payı var”.
Kitabın redaktoru A.Nəsimi
kitabda yer alan “Rübai
haqqında dörd söz” yazısında vurğulayıb ki, Rübail rübai yazarkən bu məsuliyyəti aydın dərk edə bilir.
Kitabda təqdim olunan rübailərdə təbiətlə
cəmiyyət arasındakı
əlaqə, münaqişə
və mübarizə oxucunu maraqlandıracaq səviyyədədir. Rübailin əsas
dəyanət durumu onun fəlsəfi mahiyyətindədir. Kitabdakı rübailəri
oxuduqca bir daha belə bir yəqinliyə gəlirsən ki, təsvirin fəlsəfi tutumu dərin olduqca rübai də bir o qədər
sevilir, yadda qalır və deməli, yaşayır”.
Kitabın rəssamı Cəmaləddin
Dərbəndidir.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 6 iyun.- S.24.