"Bakı
simfoniyası" kitabının təqdimatı olub
İyunun
5-də Xarici İşlər,
Mədəniyyət və
Turizm nazirlikləri,
"Paşa Həyat Sığorta" Açıq
Səhmdar Cəmiyyətinin
(ASC) və "Silk Way" şirkətinin dəstəyi
ilə "İRS Publishing House" tərəfindən hazırlanmış
"Bakı simfoniyası"
kitabının "Four Seasons" otelində təqdimat mərasimi keçirilib.
Əvvəlcə layihənin rəhbəri,
"İrs" jurnalının
baş redaktoru Musa Mərcanlı nəşrin
əhəmiyyətindən danışıb.
Bildirib ki, paytaxtımızın mədəni
irsinə həsr olunmuş "Bakı simfoniyası" kitabı
"İrs" seriyasından
altıncı nəşrdir.
Layihə çərçivəsində indiyədək "Qədim
qalanın yuxuları",
"Qobustan - minilliklər
kitabı", "Təbrizin
sehrli nağılları",
Naxçıvandan və
Şəkidən bəhs
edən nəşrlər
işıq üzü
görüb.
Növbəti kitabın ərsəyə
gəlməsində Azərbaycan
fotojurnalistlərinin böyük
əməyi olub. Bununla bağlı
keçirilmiş müsabiqədə
120-dək fotoqraf iştirak
edib. Bu kitabın
başlıca məziyyəti
onda qeyri-adi rakurslardan çəkilən
fotoların yer almasıdır.
Nəşrdə Bakının tarixi, müasir dövrü, nailiyyətləri haqqında
yığcam informasiya
verilir, şəhərin
görməli məkanları
barədə məlumatlar
yer alır.
Kitabın bir hissəsi
"Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunub. Nəşrin məqsədi Azərbaycanı
xarici auditoriyaya daha yaxından tanıtmaqdır. Azərbaycan-rus və Azərbaycan-ingilis dillərində nəşr
edilən kitab Bakıya gələnlər
üçün çox
yaxşı bələdçi
rolunu oynayacaq.
Nəşrin məsləhətçisi olan Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, bir neçə
gündən sonra ölkəmiz möhtəşəm
idman tədbirinə ev sahibliyi
edəcək. Bu tədbiri həyəcanla gözləyən hər kəs, eyni zamanda şəhərin gündən-günə dəyişdiyinin
və gözəlləşdiyinin
şahidi olur.
Şübhəsiz ki, Bakıya gələn qonaqlardan kimsə şəhərin
bu və ya digər guşəsini
görəcək, kiminsə
yolu həmin yerdən düşməyəcək. Bu baxımdan paytaxtımızın
hərtərəfli təqdim
edilməsində "Bakı
simfoniyası" kitabının
böyük əhəmiyyəti
var. O, Bakıya yeni nəzər nöqtəsindən
baxmağa imkan verir. Simfoniya musiqi əsəridir.
Azərbaycan memarlığı da bir simfoniyaya bənzəyir. Bu kitab
şəhərimizin qonaqlarına
Bakının memarlığının
bir o qədər nəzərə çarpmayan
notlarını, akkordlarını
çatdıracaq.
Mərasimdə nəşrin Rusiyadan olan şef-redaktoru Andrey Vasilyevə, baş rəssamı Sergey Dyakova, baş fotoqraf Sergey Kivrinə mükafatlar təqdim edilib.
Rusiyalı qonaqlar, həmçinin "Silk Way Travel" şirkətinin direktoru Şirzad Əfəndiyev, Azərbaycan Xarici İşlər Nazirliyinin informasiya idarəsinin rəisi Cavanşir Məmmədov, "PAŞA Həyat Sığorta" ASC idarə heyətinin sədri Mürsəl Rüstəmov layihənin əhəmiyyətindən danışıblar.
"Bakı simfoniyası" kitabının bölmələri də musiqi terminləri ilə adlandırılıb: "Uvertüra", "Alleqro", "Adajio", "Koda". Birinci Avropa Oyunları nəşrin "Adajio" hissəsində yer alıb. Burada həmçinin Azərbaycanda idmanın inkişafı, bu sahədə qazanılan uğurlar da əksini tapıb. "Bakı simfoniyası" kitabında "Azərtac"ın əməkdaşı İlqar Cəfərovun çəkdiyi fotolar da yer alıb.
Nəşr son illər Azərbaycan paytaxtının beynəlxalq festival, forum, simpoziumların, mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilməsi barədə əyani təsəvvür yaradır, həmçinin perspektivləri diqqətə çatdırır.
525-ci qəzet.-
2015.- 9 iyun.- S.7.