Bir polis dostu da olmadı
anamın
İlk dəfə onunla Təbrizdə
görüşmüşdüm. Oxuduğu şeirlərindən
kəşf eləmişdim Məhəmməd Rza
Çalğını. Söhbət elədik. "Dərd
indi dəbdir" adlı müsahibəm Səlim
Babullaoğlunun "Kitabçı" jurnalında dərc
olundu. Bu günlərdə 5 iyun Şairlər
günü üçün Çalğın da dəvət
edilmişdi Bakıya.
Çalğının çıxışını
hamı maraqla qarşıladı. Böyük
yazıçımız Anarın təşəbbüsüylə
Yazıçılar Birliyinin üzvlüyünə qəbul
edildi Çalğın. Şairlər
günündə Müşfiq mükafatına layiq
görüldü.
Çalğın istedadlı və öncül
düşüncəyə malik bir şairdir. Oxuyun şeirlərini,
inanıram ki, siz də mənimlə
razılaşacaqsınız. Qədəmin
mübarək, Çalğın.
Fərqanə
Mehdiyeva
Bir polis
dostu da olmadı anamın
Biz də
sapand ataq quşlara
Biz də
qıraq kimsənin camını
Biz də
qaz verək arabamıza bu şəhərdə
Adamsızlığımızdan
duvarlara sığına-sığına yeridik küçələrdə
Bir baqqal
dostu da olmadı anamın
Biz də
şişirdək uvutlarımızı
Biz də
dolduraq çantamızı
Biz də
göstərək özümüzü
Biz də...
Bir
şair dostu da olmadı anamın
Yazsın
bizim poemamızı
Yazsın
bizim dərdlərimizi
Heç
kimsəni bəyənmədi anam
Heç
kimsəni...
Yalnız
atamdan başqa
O da ki
cansız
O da ki
adamsız
Odur ki
solğunuq biz
Odur ki
cürətimiz yox
Odur ki...
Bəli,
dostum
Silkələn
xiyavanlarda
Qoy
saçların yellənsin
Sərinlət
küçələri
Qaz ver
arabana
Dağıt
bu şəhəri
Sənə
nə var ki
Sənin
anan polis
Sənin
anan qanun
Sənin
anan para
Para
Para
Oğlan
para...
lll
Təbriz
qızarır uzaqlardan
Bir
gözü yaşıl
Bir
gözü dəniz
Ölümdən
bir saat öncə gördüm sarişin qızı
Kölgədə,
döşləri çılpaq, əlləri əlcəksiz,
Təbrizə gedir
Dostum
yuxularında yol gedir gecələr
Duvarlara
sığına-sığına yol gedir dostum
Polislərin
gözlərindən iraq
Təbrizə
gedir
Təbriz
qızarır uzaqlardan
Bir
gözü yaşıl
Bir
gözü dəniz
lll
Dərd
şirin
Xiyavan
qızlarının ürəgini sərinlədən
akvariumdakı şüvərən
Dərd
acı
Halal
qadınların haram qazancı
Biranklarda
Doğum evlərinə götürülən sancı
Dərd yəni
bacı
Dərd tanış
Biarti
utubuslarında xanımların oralarına uzanan əllər
Dərd
yabancı
İransel
cənablarının sənə
bağışladığı avans
Qara
bankın qabağında papiyonlanmış şans
Qardaşını
ölümə götürən eleqans
Dərd
baş ağrıların toxtadan həbdir
Gücün
çatırsa qorxma
Dərd
indi dəbdir
Qonqa
başında ayaqıyalın qaçır dönmüş
arabanın ardınca
Qurd
meydanında üstünə qar yağmış dərdin
Dərd
düşüncə
Sətir-sətir
oxuduğun kitablar
Gördüklərinin
yanında görmə
diklərin
Görmədiklərinin
yanında gördüklərin
Sevmədiklərinin
yanında sevdiklərindir
Dərd yəni
qürurun vitrinlərə əl açması
Gözləri
anamın şəvə mıncığına bənzəyən
qızın əzrailə qoşulub qaçması
Dərd yəni
mən
Qanadından
yaralanmış gövərçinəm elə keçmə
böyrümdən
Dərd yəni
sən
Göy məscidin
həyətindəki dərdlərin çox suyu şirindir
giləm
Ooooooy Təbrizim
Dərdlərini
görəndə ölürəm
lll
Mənə rahatlıq duası oxumadınmı?
Mənim ciblərimə para duası oxumadınmı?
Mənim qucağıma övlad duası oxumadınmı?
Mənə sonsuzluq, kimsəzlik duası oxudun, ana?
Önümdə
yollar bütün düymələndi köynəyim kimi
Arzularım
üzümə qabar idi nanəcib övlad kimi
İçərimdə
vurnuxdum yaralı göyərçin kimi
əllərim oxunmasın deyə
nə
çox gecələri asfaltlarla savaşdım ana
nə
çox gecələri üzümə dirəndi
başmaqlarım
üzümə dirəndi əllərim, ayaqlarım
doslarımın yanında su olmayım deyə
nə
çox gecələri cibini yardım ana
nə
çox gecələri əllərim boşuna yumuldu ciblərində
nə
çox gecələri
nə
deyim
hey…
nə deyim
illərdir mən yoxam, ana,
illərdir heç kimsəm yox
illərdir yalqız düşmüşəm çinar
ağacıtək
onunçün addım-addım yıxılıram küçələrdə
onunçün qapı-qapı dilənirəm bu şəhərdə
onunçün təmənnam var qadınlardan
onunçün vurulmuşam qırx yaşında bir qadına
illərdir yanıram onun oduna
illərdir beş çocuq atasıyam
hamısı nanəcib
hamısı müsafir dolu
hamısının kələləri göbəklərində bitmiş
hamısının...
nə
deyim, ana,
nə
deyim
başım ağrıyır
başım ağrıyır illərdir
lll
Aqilli bir
kimsəm olmadı mənim
Atam -
Boşuna
eşinən bir ərkək
Anam -
Özünü
bəyənmiş bir qadın
Qardaşlarım
-
Birisi
faşist
Birisi də
kölgəsiylə savaşır hər gün
Gündüzlərim
məhkum insan kimi darda
Gecələrim
qabıq kimi soyulur buralarda
Üzümə
qayıdır bütün dam-duvar
Üzümə
qayıdır burda hər nə var
İçərim
oxunmasın deyə
Özümü
axtarıram kitablardan
Özümü
axtarıram küçələrdən
Özümü
dara asmışam bir qadınnan
Siçan
kimi çeyniyir gündüzlərimi
Bıçaq
kimi soyur dərimi
Ağıllı
bir kimsəm olmadi mənim
Nə
özüm boyda bir oğlum oldu adını Bülənt qoyum
Nə sənin
kimi bir qızım oldu Günəş qoyum adını
Nə də…
Ağıllı
bir kimsəm olmadı mənim
lll
Məni
yuxularında da görmə
Dodaqların
uçuqlayar birdən
Qorxarsan
Məni
özümdən tez doğmuşlar
İnandığım
saatlara vaxt çoxdur
Qulaqlarına
oxuduğum şeirləri poza bilərsən
Poz
barmağındakı üzügə qazdırdığın
(M) hərfin
Kimligini
hamamda islat pozulum səndən
Sən məni
sevməsən də olar
Məni
yuxularında da görmə
Sənin
qapıların günçıxana açılırlar
Mənə
gələn yolların üzləri gün batanadır
Ayaqlarındakı
qabları üzdən salma
ətəgindəki daşları qapınıza
boşalt
boşalt
vabalini meydan çayına
boşal
boşan
mənim
saatlarım özümün deyil
ciblərimə baxarsan
baxma
qorxarsan
Dodaqların
uçuqlayar birdən
Məni
yuxularında da görmə
Kart
çək bu kalabalığlı şəhərin
otobuslarına
Uzaq
duraqlarda enərsən
Sən
öz tüpürcəginən yaşamaq nədir bilmirsən
Qoşulma
mənə
Ölərsən
lll
Sən
evlənə bilməzsən, Çalğın,
Gözləri
soyuq cənazədir dəniz rəngində
Saçları
gün bozartmış asfalt
Yanaqlarında
Günəş yayılmışdır
Dodaqlarında
dalğa
Qadınlığı
unudub oturmuşdu böyrümdə
Sağ əlində
hövüşnə
Sol əlində
sevgi
Üzümə
dedi bu sözləri parkda
Xınagözlü
qız
Sən
evlənə bilməzsən, Çalğın,
Sənin
atan
Qaş-qabağına
baxarsan qarğa rəngində
Anan
Göz
yaşlarımın iyisin verir
Qardaşların
Təşərligindən
əylənməyən mankenlər
Masğaran
bəyləridir yoldaşların
Sən
evlənə bilməzsən, Çalğın,
Çünki
sən
Ölçə
bilmirsən dərdi toxtaqlığınan
Sevgini
barmaqlarınan ölçə bilmirsən
Etirafdır
sevgi
Səni
sevirəm
Qızarır
ufuq
Səni
sevirəm
Buludlar
kişnəşirlər
Səni
sevirəm
Ağaclar
gül açıllar
Səni
sevirəm
Sən məni
sevmirsən
Sən evlənə bilməzsən, Çalğın.
lll
Qapını
açıq qoy, ana,
Açıq
qoy qapını lütfən
Nə
başmaqlarını oğurlayacaq oğru
Nə
astanaya suvaşacaq bir dilənçi
Qapını
açıq qoy ana
Açıq
qoy qapını lütfən
Saatlarıma
baxarsan sanki
Günlərimə
baxarsan
Baxma
Ulduz
falımda qapqara palçıqdır
Qapını
açıq qoy ana
Açıq
qoy qapını lütfən
əzraili incitmə
lll
Məni
buraxıb getmə
Nə
şeir yazaram
ac
qalarsan
Nə
Mayakovski oxuyaram
Nə də
Kafka
Məni
buraxıb getmə
Həndəvərində
dığırladaram saatlarımı
Masamızı
təmizlərəm axşam üstəli
Uşağının
südündə alaram söz verdim
Məni
buraxıb getmə
Məni
on doqquz yaşıma tay tutma
Qəlbimin
aort dərbəçəsi plastikdir
Unutma
lll
Kölgəmi
əllərimnən baltaladım
Baramaqurdu
kimi gələcəyimi düymələdim
Uşaqlığımnan
günü kimi keçindim
Arzularım
vitrinlərin qucağında göyə ulaşdı
Qürurum
qara asfaltlara suvaşdı
Sındım
əyilmiyəsən
Səni
gurur köpükləri kefləndirdi
Səni sənə
qalmıyanlar oynatdı
Yunan
tanrıları kimi həvəsini becərtdin
Sən mənə
düşmən türətdin,
Ata.
Həyatın
döngələrində
Tapança
kimi əllərim boşuna açıldı
Hayf sənə
yaşadığım günlər
Hayf sənə
güvəndigim günlər
Qorxundan
qucağına sığındığım günlərə
hayf
Hayf...
İnsan
təzadlar dünyasıdır
Məni
gördükcə çimçəşirsən
Düşünürəm
Məni
yoxsulluq adında oynaşım gözdən saldı
Ovuclarından
muğayat ol
Paraların
düşüb itməsin
Məni də
qoy qapı-qapı süründürsün sevda
Kişi
tüpürdügün yalamaz ki
lll
Küməmizin
çobuğuna bağladığım köpək səndən
vüqarlıdır
Hey...
Gözləri
gəcilə bənzəyən qız
Dodaqlarının
nümrəsi şəhərin boyaxanalarına
sığışmayır
Geyinişin
mitqalçıları cana gətirmiş
Gülüşün
yalnız həvəsdir
Qurquşumla
dağınıq baxışlarını
Daha bəsdir
Mən
buradan başlandım, Müjgan,
Utubusdakı
on səkkiz yaşındakı qızın gözlərindən
doğuldu on doqquz yaşım
Dodaqlarının
hövüşnəsindən çövzə tökdü
yanaqlarım
Baxışlarının
suyu şirinligindən anamın pasyo çiçəkləri
kimi boyatdı buğlarım
Saçlarından
pöhrələndi qara günlərim
Mən
buradan başlandım Müjgan
Sən
facebook pəncərəsindən boylanan türk qızı
Sabah
çağlarında günəşin üzünə
gülümsəyən günə baxan
Gözlərimə
sataşırsan
Hövşənədən
düşür içərimdə qorxu
Gözlərinə
sataşıram
Yox oluram
səndə
Mən
aylədən üzülmüş bir oğlancıq
Aylənin
altından keçirəm qaralır nə varsan
Aylənin
üstündən keçirəm açılır pərdə
Üşüyürəm
Yandır
duvarlarımızda pöhrələnmiş tikanları
Dədəmin
kitablarını yandır üşüyürəm
Sən
xiyavanları adsız , küçələri
çıxılmaz
Mən,
başmaqları nəfəsdən düşmüş
postçı
Ayaqlarıma
yazıram yolların yanlışlığını
Fəsillər
uzaqlaşırlar
Yağış
yağır bir axşamüstü
Xəyalımdan
keçirsən islanırmasam
İslanır
ağaclarda domuşmuş sərçələr
Fəsillər
uzaqlaşırlar
Qar
yağır göylərə
Ağarır
saçım
Ağarır
qol saatımın əqrəbləri
Nə yazdığım şeirlər xına gözlərinə
quş verə bilir?!
Nə
göndərdigim elçilər
Mən
buradan başlandım, Müjgan,
Min doqquz
yüz doxsan altıncı ilin qış ayında
Küçəmizdən
bir utubus keçdi
Şüşələrində
bəyaz çiçək
İçərisində
on doqquz yaşında bir qız
Dışarısında
Oooooy
Yandm
Yandım
Yandım
Bağışla
Müjgan
Çaydan aşdı üstümə...
Məhəmməd
Rza Çalğın
525-ci qəzet.- 2015.- 10 iyun.- S.8.