Günümüzün kitabı

 

 

Ermənilik təkcə türklərə qarşı deyil, ümumən bəşəriyyətə qarşı yönəldilmiş ideoloji sistem olmaq etibarilə həm milli xislətdir. Tarixən belə xislətlər bəşəri duyğulara qənim kəsilib. Faşizm kimi. Əslində, olmuşları xatırlayanda erməniliyin faşizmdən fərqlənmədiyi qənaətinə gəlirsən...

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı uzun illərdir erməniliyin mahiyyətini, nəticələrini, dövlətdaxili dövlətlərarası münasibətlərdə yerini (dağıdıcı təsirini) araşdırır. Həm tarixi faktlara, sənədlərə, arxiv materiallarına istinadən. Məhz bunun nəticəsidir ki, bir ideoloji sistem kimi fəaliyyət göstərən ermənilik ciddi tədqiq edilib, elmi (elmi-tarixi) baxımdan ümumiləşdirilib, zaman-məkan konsepsiyaları müstəvisində dəyərli əsər kimi təqdim olunub: "Erməni düşüncə sistemi ideologiyası" (İstanbul, 2015). Türkcə nəşr edilən bu kitab erməniliyin qaynaqlandığı mənbələrin, bu mənbələr arasında mövcud olan ideoloji bağlılığın mahiyyətinin dərkini təmin edir.

 

Qafar Çaxmaqlı erməni ideoloqlarına istinadən erməniliyin (armenizmin) üç mühüm qaynağa malik olduğunu qeyd edir: Milli mənsubiyyət, güclü ruh halı; Milli mənsubiyyət, güclü dil; Milli mənsubiyyət, qüdrətli din.

 

Göründüyü kimi, hər üç qaynaq milli mənsubiyyətlə şərtlənir. Milli mənsubiyyətin bəzən milli eqoizm kimi təzahür etdiyi danılmaz həqiqətdir. Ermənilik (armenizm) bu qəbildəndir. Digər amillərin milli-ideoloji proqram olduğunun təsdiqidir milli mənsubiyyətlə istər ayrılıqda, istərsə vəhdətdə götürülməsi erməniliyin hansı səviyyədə təzahür edəcəyinə (etdiyinə) aydınlıq gətirir...

 

Q.Çaxmaqlı ermənilik ideologiyasının qurucularından olan Qaregin Njdenin bir fikrini qeyd edir: "Ermənilər çox erkən zamanlardan xristianlığı erməniləşdirmişdir ya erməninin əsl dini ermənilikdir".

 

Din inanc sistemidir. İnanc sistemi olan xristianlıq erməni adlı millət mövcud olmamışdan neçə yüz illər əvvəl yaranıb, yayılıb. Onun mahiyyətini illər (əsrlər) sonra formalaşan  bir millətin mahiyyəti ilə məhdudlaşdırmaq bu dini inancın daşıyıcısı olan digər millətlərin inancını ( deməli, tarixi sivilizasiyanı!) aşağılamaq deyilmi? Bu fikir Qaregin Njdenin etirafıdır dini inancı xristianlıq olan xalqlar bu fikrə münasibət bildirməli idi. Qafar Çaxmaqlının bu qeydlərini həmin xalqlara mesaj kimi qəbul etmək daha ədalətli olardı...

 

Millətçiliyin mahiyyətini açan, şərh edən müəllif qeyd edir ki, erməni millətçiliyinin əsasını İsrael Ori qoyub. Sonra müxtəlif yerlərdə, müxtəlif üsul vasitələrlə rişələndirib. Təbii ki, bu istiqamətdə erməni kilsəsinin fəaliyyəti (təhriki) danılmazdır. Maraqlıdır: erməni kilsəsi Qaregin Njdenin dediyini qəbul edirmi? Bu fikirlərə rəsmi etiraz eləmir axı... Qafar Çaxmaqlı o dövrlərlə günümüzü məntiqi şəkildə başlayaraq erməniliyin bəşəri duyğulara ideoloji zərbə olduğunu bir daha xatırladır.  Təkcə milli heysiyyatla deyil, həm bəşəri duyğuların mühafizəkarı kimi...

 

Qafar Çaxmaqlı haqlı olaraq qeyd edir ki, erməni üçün heç zaman Vətən anlamı olmayıb. Fikrinin təsdiqində bir erməni atalar sözünü xatırladır: "Harda çörək varsa, orda qal". Bu atalar sözü ermənilərin dünyaya yayılma mexanizminin düsturudur, şübhəsiz. Müəllifin bu xatırlatması, müəyyən mənada, Dağlıq Qarabağ (Arsax) iddiasının əsassızlığının təsdiqi kimi qəbul edilə bilər.

 

Erməni irqçiliyinin anatomiyasını açan, erməni irqçiliyinin total irqçiliyə dönüşündə ideoloji amillərin önəmli rol oynadığını qeyd edən müəllif onu da nəzərə çatdırır ki, erməniliyin, şovinizmə və irqçiliyə söykənən erməni millətçiliyinin bu səviyyədə və bu ambisiyalarla yayılmasında erməni tarixçilərinin (bəzən yazıçı və şairlərinin) əsərləri də az rol oynamayıb: "Ermənilər qonşu millətlərin hamısından, hətta xristian olan millətlərdən də tamamilə fərqlidir və mədəni nailiyyətləri, bacarıqları seçilir. Digər millətlər nə vaxtsa erməniləri özlərinə yönəldici seçəcəklər. Çünki erməni ağlı və bacarığı ilə onların hamısından üstündür" M.Y.Alverdyants, Bu fikirlər erməniliyin mənəmlik iddiasının təsdiqi deyilmi? "Zalım müsəlmanlara qarşı qisas duyğularını oyandırmaq lazımdır" (A.B.Karinyan).... kimi...

 

Kitabda "Faşizm və erməni irqçi mono etnik millətçiliyi", "Türksüz Ermənistan və onun nəticələri" və başqa fəsillər də  tarixi faktlara və dərin elmi təhlillərə əsaslanmaqla yazılıb.

 

...Qafar Çaxmaqlının "Erməni düşüncə sistemi və ideologiyası" kitabı günümüzün kitabıdır. Dünənlərin fonunda düşündürməyə qadir olan kitabı...

 

Rəşid FAXRALI

525-ci qəzet.- 2015.- 10 iyun.- S.7.