Bəxtiyar Vahabzadənin ədəbiyyata və ədəbi-tarixi prosesə baxışı

 

 

Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin yaradıcılıq irsində ədəbi-tənqidi yazıları xüsusi yer tutur. 60 illik yaradıcılığı boyu o, bədii əsərlərlə yanaşı, müntəzəm olaraq ədəbi-tarixi prosesin gedişatı ilə bağlı aktual məsələlərə diqqət yetirmiş, müxtəlif ədəbi nəsillərin görkəmli nümayəndələrinə nisbətən daha az tanınan, habelə ədəbiyyata yenicə qədəm qoyan gənc yazarların yaradıcılığına daim maraq göstərmiş, mətbuatda məqalələr, müsahibələrlə çıxış etmişdir.

 

Təcrübə göstərir ki, görkəmli yazıçıların bir çoxu bu ya digər dərəcədə peşəkar tənqidlə məşğul olmuşlar. Bu həvəs onların özlərinin, necə deyərlər, bədii yaradıcılığın içində olmalarına görə ədəbi prosesə dair öz peşəkar görümləri ilə bölüşmək ehtiyacından doğmuşdur. Tənqidçi kimi çıxış edən məşhur yazıçılar oxucunu açıq söhbətə dəvət edirlər (şairin bir məqalələr toplusu elə belə adlanır: "Gəlin açıq danışaq". Bakı, 1988).

 

Şair hələ 50-ci illərdən başlayaraq mətbuatda ədəbiyyata, xüsusən poeziyanın vəziyyəti ilə bağlı müzakirələrə dair öz fikirlərini bildirirdi. Məsələn, sənətkarlıq məsələlərinə lazımınca diqqət yetirilməməsi ilə bağlı müşahidələri ("Poeziyamızda sənətkarlıq məsələləri", 1953), yaxud tənqidin meyarlarının çatışmazlıqlarına dair mövqelərini ("Hiss etmək, yaşamaq, duymaq", 1954) açıqlayırdı. Eləcə yazıçıların qurultaylarındakı çıxışlarında, məsələn, VIII qurultayında poeziyada ötəri mövzulardan daha qlobal ictimai problemlərə keçmək zərurətindən, poema janrına meylin azalmasının səbəblərindən, YB tərcümə şöbəsinin yaradılması lüzumundan s. danışırdı.

 

Şairin ədəbi prosesin gedişatı ilə bağlı fikirləri daha əyani şəkildə ayrı-ayrı yazıçıların yaradıcılıqlarına həsr olunmuş yazılarında konkret ifadəsini tapmışdır. Bu səbəbdən daha əyani olsun deyə diqqətimizi əsasən bu yazılarda cəmləşdirməyə üstünlük vermişik.

 

Ədibin tənqidi irsi 50-90-cı illərin yazılarını əhatə edir. Bu yazılar janr baxımından təsnif edildikdə görürsən ki, əksəriyyətində - resenziyaların, yubiley məqalələrin, açıq məktubların üslubunda sərbəst essevarik meyl üstünlük təşkil edir. Onu da qeyd etməyi lazım bilirik ki, şairin şəxsiyyəti, bəlkə , daha çox elə bu səmimi yazılarında görünməkdədir. Mövzu, dövr baxımından təsnif etdikdə burada çox geniş mənzərə aşkarlanır: klassik ədəbiyyat, çağdaş ədəbiyyatı təmsil edən müxtəlif ədəbi nəsillərin yaradıcılığı. Amma predmetindən, dövründən asılı olmayaraq nümayəndələrini yanaşmalarda dəyişməz meyar ilk növbədə milli təəssübkeşliklə bağlıdır ki, bu ali dəyər xalqa, vətənə, onun dilinə, folkloruna, torpağına sədaqətdə açıqlanır. Özü bu yerdə söhbət ritorikadan deyil, hər hansı əsərə qiymət verildikdə təbii poetik özünüifadədən gedir.

 

Götürək klassik ədəbiyyata dair yazıları: Gəncəli Nizami, "qəlb şairi" Füzuli, "fikir bahadırı" Nəsimi, "Sabah adamı - Səbuhi", Yunis İmrə, "Sabir - yenə Sabir", M.Hadi, H.Cavid, Ə.Cavad b.

 

Bunların bir çoxu essevari orijinal poetik təəssüratdır, qismən polemik yazılarıdır. Məsələn, Füzuli şeiri muğamatla müqayisə edilir ki, "muğamat kimi Füzuli şeiri xalqımızın həyatı, mənəvi aləmi, mübarizəsi, ruhu düşüncəsindən doğur". Təbii ki, bu fikir poetik nümunələrə istinadən əsaslandırılır. Yaxud Füzuli eşqindən söz açan ədib Füzulinin sufi  fikirlərin ifadəçisi, mistik kimi qələmə verənlərlə razılaşmır. Şairin hər bir fikri obrazlı, mübaliğəli şəkildə deməyi üstün tutmasını vurğulayarkən, o, Füzuli eşqinin ilahi, platonik deyil, böyüklüyü, ülviliyi, saflığı ifadə etdiyini iddia edir. Ümumiyyətlə, Füzuliyə silsilə esselər həsr etmiş şair eyni zamanda onu Renessans sənəti kontekstində dəyərləndirməyə cəhd edir: konkret olaraq Şekspir kimi dünya dramaturgiyasının korifeyi ilə müqayisə edir. İlk baxşda iki ədəbi növün müqayisəyə gətirilməsi əvvəlcədən sual doğura bilər. Burada söhbət obrazın şəraitdən asılı olub-olmadığından gedir: əgər "Kral Lir", "Romeo Cülyetta", "Hamlet"də obrazlar, necə deyərlər, şəraitin qurbanıdırsa (məb, "Romeo Cülyetta"da törənəcək faciənin səbəbi gənclərin ata-babalarının zəmində özünü göstərir), "Leyli Məcnun"da törənəcək faciənin səbəbi əvvəlcədən hazırlanmır (ataları düşmən deyildir). "Məcnun yaranmış şəraiti öz bütövlüyünə tabe edir, "hər bir şəraitdə Məcnun olaraq qalır". Yəni obraz şəraiti yaradır. Bu, şairin poetik-emosional düşüncələridir.

 

M.F.Axundzadənin xidmətlərini dəyərləndirərkən, Bəxtiyar Vahabzadə onun reallaşdırdığı maarifçilik proqramı, böyük ənənəyə malik olan "ədəbiyyatı ictimai fikri əsrlər boyu keçib gəldiyi cığırdan ayırıb" yeni bir istiqamətə yönəldib inkişaf etdirilməsini qeyd edərək, tarixilik mövqeyindən çıxış edir: orta əsrlər Nizami, Xaqani, Nəsimi Füzuli deməkdirsə, XIX əsr üçün M.F.Axundov o deməkdir".

 

Sanki müstəqillik dövründə milli irsə münasibətdə radikal təftiş mövqelərin yaranacağını əvvəlcədən duyan şair (məqalə 1991-ci ildə yazılıb) digər faktlarla yanaşı, M.F.Axundovun bir çox Şərq Qərb ziyalılarına yazdığı məktublarına işarə edərək, onları "ədəbin vətəndaş sənətkar ürəyinin tarixi vicdanının sənədləri" adlandırır.

 

Ədəbiyyat tariximizdə böyük sənət ulduzlarından danışarkən Bəxtiyar Vahabzadə qeyd edir ki, bənzərlərini bu ya digər səviyyədə başqa xalqların ədəbiyyatında da tapmaq mümkündür. Lakin onların içərisində Sabirə bənzərini tapmaq çətindir. Ona görə ki, xalqın... dərdlərini, bəlalarını... bu qədər ürək yanğısı ilə deyən, fəryadına gülən, gülüşündə ağlayan vətəndaş şairin qüdrəti bir ondadır ki, ... oxucusunu da öz dərdlərinin alovuna bürüməyi, özü qədər alovlandırmağı bacarmışdır". Bundan təsirli demək olar? Bir çox müsahibələrində B.Vahabzadə "Ən böyük ustadın kimdir?" sualına "Sabir" cavabı vermişdir qeyd edirdi ki, bugünkü ədəbiyyatın ictimai fikrimizin ən düzgün yolu Sabir yoludur - məzmun baxımından. Amma müəllif yalnız sərt ifşaedici satiranı nəzərdə tutmur. Söhbət gülüşün məzmunundan gedir: "Sabir Mirzə Cəlilin gülüşündəki fəryad nəticədə lirika faciə ilə birləşir". Sabirin şeirlərindən, M.Cəlilin pyeslərindən misallar gətirilir ki, bunlarda satira lirikaya, gülüş göz yaşına, lağ-üsyana çevrilir.

 

Sabirin yolunu etalon kimi tutmağı tövsiyə edən ədib sual verir: mənə irad tuta bilərlər ki, Sabirin tənqid etdiyi nadanlıq, cəhalət s. indi yoxdur. cavabında: bəs niyə Sabir bu gün oxunur sevilir? Ona görə ki, şairin dövründəki cəhalət, fanatizm.... indi başqa şəkil alıb".

 

Qeyd olunduğu kimi haqqında sözügedən yazılarda, söhbət bir neçə ədəbi nəsildən aparılır: yaşlı nəsil (S.Rüstəm, S.Rəhimov, Ə.Vəliyev, Mir Cəlal, O.Sarıvəlli, M.İbrahimov b), daha sonra yaşıdları, altmışıncılar, cavanlar. Təxminən 60-dan çox yazı. Bu yazılarla tanışlıq göstərir ki, sanbalından, təcrübəsindən asılı olmayaraq (əlbəttə, təbii piyetet özünü göstərməkdədir) əsas yanaşma meyarı xəlqilik, xalq ruhuna bağlılıq, Vətənə sadiqliyin fərdi, orijinal bədii-poetik ifadə yollarının müəyyənləşdirilməsi ilə bağlı olmuşdur. Bəzi misallara müraciət edək.

 

Hər yazıçının özünəməxsusluğunu duymağa çalışan ədib, məsələn, "sovet şeirinin banisi" (S.Vurğun) kimi təqdim olunan Süleyman Rüstəmin inqilabi ruhlu şeirləri Böyük Vətən Müharibəsi illərində yaratdığı vətənpərvər poeziyası, Cənub həsrətli əsərlərindən danışarkən şairin yaradıcılığının nəzər yetirilməyən tərəflərinə də işıq salmağa çalışır. Məsələn, S.Rüstəm yaradıcılığında məhəbbət lirikasına aid olan qoşma və qəzəllərindəki klassik ənənədən fərqlənən böyük yaşamaq eşqin əhvalı və incə yumor, hətta zarafat motivləri vurğulanır. Məs, "deyirlər" sözünün işlədilməsi: "....Məndən sənə, ey gül, nə deyirlərsə inanma.

Səndən də gəlib gündə Süleymana deyirlər". Yaxud tədqiqatçılar tərəfindən mənzum hekayəçiliyin ilk nümunəsi kimi qeyd olunan "Anapoçtalyon" şeirindən fərqli olaraq, B.Vahabzadə bu janrın başlanğıcını şairin 1933-cü ildə yazdığı "Çiçək mağazasında" ilə başlayır. Və şeirin təhlili əsasında fikrini sübut edir.

 

(Ardı var)

 

Sara OSMANLI

Filologiya üzrə elmlər doktoru

525-ci qəzet.- 2015.- 10 iyun.- S.6.