Sevil Gültən
"Uşaqlıq illərimin şəkilləri"ni
imzalayıb
Ötən gün Yazıçılar
Birliyində şair, tərcüməçi Sevil
Gültənin "Uşaqlıq
illərimin şəkilləri"
kitabı üçün
İmza günü keçirilib.
Kitabda müəllifin
son illər mətbuatda
çap olunmuş esseləri toplanıb. Nəşrin girişində qeyd olunduğu kimi, "müəllif gah xəyal qanadlarında uşaqlıq illərinə
səyahət edir, yaddaşına hopanları
sözə çevirir,
gah da bugünə
qayıdır, gördüklərinə
bir uşaq gözüylə təzədən
nəzər salır.
Esselərinin birində anasının yuxu gördüyü evin sözlə şəklini çəkir,
başqa bir essesində isə yolun ortasında uşağını döyən
ananı "qınamayın"
deyir.
Oxucularını keçmişdən gələn
qızla görüşə
çağırır, heç
vaxt bitməyən müharibələrin zərbə
vurduğu insan talelərindən söz açır. Kitabı müəllifin iç dünyasına səyahət
də adlandırmaq olar".
Tanınmış söz adamlarının iştirak etdiyi tədbirdə müəllif
kitabını qonaqlar
üçün imzalayıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 11 iyun.- S.7.