Alsunun "Quş yuxusu" təqdim olundu

 

Yazıçılar Birliyində (AYB) yeniyetmə yazar Alsunun "Quş yuxusu" kitabının təqdimatı olub.

 

Tədbiri AYB-nin gənclər üzrə katibi Rəşad Məcid açaraq on yaşlı Alsunun ədəbiyyata, mütaliəyə olan marağından, yaşının azlığına baxmayaraq, müəllifin məsələlərə münasibətindəki özünəməxsusluğundan danışıb:

 

"On yaşındaykən kitab çıxarmaq Alsunun ədəbiyyata olan daxili tələbatından irəli gəlir. Mən Alsunu lap uşaq vaxtlarından tanıyıram. O, iti ağlı, hazırcavablığı ilə mənim yadımda qalıb. Alsu hələ balacadır, gələcəkdə peşəsini, sənətini özü müəyyən edəcək. İnanıram ki, gələcəkdə onun kitab ədəbiyyat sevgisi bu cür tükənməz olacaq".

 

R. Məcidin Alsu ilə maraqlı mükalimələri tədbir iştirakçılarının marağına səbəb olub.

 

Professor Buludxan Xəlilov müəllifin hekayələrindəki səmimiyyəti Alsunun özünəməxsus üslubu kimi səciyyələndirib:

 

"Bu kitab Alsunun ürək çırpıntılarıdır. On yaşlı uşağın bu cür kitabla oxucuların görüşünə gəlməsi böyük cəsarətdir biz bu cəsarəti alqışlayırıq. Buna ancaq sevinmək lazımdır.

 

İnanıram ki, Alsu gələcəkdə gözəl hekayələri ilə bizi yenə sevindirəcək. Böyüklük həm ətrafındakıları böyük eləməyi bacarmaqdır. Biz Alsunun sözün bütün mənalarında böyüyəcəyinə, daha böyük uğurlara imza atacağına inanırıq".

 

AYB-nin katibi, Xalq şairi Fikrət Qoca, "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı, professor Buludxan Xəlilov, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Mədəniyyət Turizm Nazirliyinin rəsmisi Zöhrə Əliyeva, şairlər Sevinc Nuruqızı, İlqar Fəhmi, Oqtay Rza başqaları müəllifə uğurlar arzulayıb, onun gələcəkdə Azərbaycan ədəbi mədəni həyatında özünəməxsus yer tutacağına inandıqlarını bildiriblər.

 

Tədbirdə çıxış edən müəllif kitablara ədəbiyyata olan marağından danışıb, təqdimat mərasiminə toplaşanlara minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Alsu şair Qulu Ağsəs jurnalist-publisist Laura Cəbrayıllının övladıdır. Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin şagirdi olan Alsu dərs əlaçısıdır mütaliəni çox sevir. "Quş yuxusu" Alsunun oxucularla ilk görüşüdür.

 

"Təhsil" nəşriyyatında işıq üzü görən kitabda Alsunun hekayələri, esseləri gülməcələri yer alıb. Kitabın girişində müəllif yazır:

 

"İlk hərfləri öyrənəndə , nağılları, kitabları oxuyanda da mən ancaq onu görürdüm: "Quş yuxusu"nu. Bu az idi - istəyirdim ki, onu hamı görsün. Evdəkilər on yaşımı qeyd etməyə hazırlaşırdılar. Hər il olduğu kimi bu dəfə məndən soruşdular:

 

- Alsu, ad gününə istəyirsən?

 

Tez cavab verdim:

 

- "Quş yuxusu"nu!...

 

İnanmadılar.Yazdıqlarımı gətirdim. Məktəbə gedəndən bu gün üçün hazırlaşırdım. Hətta hissələrə bölmüşdüm. Götürüb vərəqlədilər, bir-birinə baxdılar. İstəyirəm, hamı "Quş yuxusu"nu görsün... Axı bu, əsl quş yuxusudu!..."

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 11 iyun.- S.7.