Birinci Avropa
Oyunlarına
Gənclik gözəllikdi, sevgi həvəsdi,
Gözəl dünyamızı qorumaq üçün
Gəncliyin sevinci, gülüşü bəsdi,
Təki yarış olsun dünyada hər gün!
Olimpdən yarışa baxan
allahlar,
Dünyaya insandan yaxın
allahlar,
Baxma yay fəslidir, dünyada qışdır,
Yarış da
görüşdür,
yarış - barışdır!!!
10.06.2015
Sənsiz səninlə
Səni tanıyıram, sən Həvva idin,
Qəlbimi o vaxtdan çalmısan düzü.
Qadağan olunmuş meyvəni yedin,
Gül kimi cənnətdən qovdurdun bizi.
Zamana yalvardım "götür
get" məni,
Aləmi dolanıb yenə gəlmişəm.
Eşqin
atəşindən xilas
et məni,
Səndən qaça-qaça sənə
gəlmişəm.
Minillər sonra da niyə
yenə sən?!
Mən başa
düşmürəm belə
varlığı.
Bəlkə bir köpüklü
suya girəsən,
Yuyum vicdanından
riyakarlığı.
Çaylaqda boğulan çay
daşıyam mən,
Qaldır, yaşat məni, al, apar məni.
Dənizdə bir damla göz yaşıyam mən,
Sənsiz
kim tanıyar,
kim tapar məni.
Sənsiz
mümkün deyil, günüm gün deyil,
Səninlə həyatım məşhərə
dönür.
Ölə də bilmirəm
solarsan, ey gül,
Axı ürəyimdə
adın döyünür.
07.06.2015
Fikrət Qoca
525-ci
qəzet.- 2015.- 11 iyun.- S.3.