AVTOPORTRET
Çəkib çox sınağa bu dünya məni,
Gözlərim hələ də yollarda qalıb,
Sevmişəm yurdumu, doğma Vətəni,
Şirin arzularım solub, saralıb.
Qəlbimi açmışam doğmaya, yada,
Qaranlıq yollarda çıraq tutmuşam.
Nə qədər əzablı yolum olsa da,
Haqqı, ədaləti unutmamışam.
Qəlbimin qapısın açıq qoymuşam,
Girib urulayıb kim
necə gəldi.
Çoxuna bu yolda örnək olmuşam,
Bilmişəm mənalı ömür
gözəldi,
Təzə söz əkmişəm
neçə ürəkdə,
Halal yol açmışam saf könüllərə,
Gözüm qalmayıbdı güldə,
çiçəkdə,
Xoş sədam
çatıbdı, uzaq
ellərə.
Xətrinə dəydiyim adamlar
olub,
Heç vaxt çörəyinə
toxunmamışam.
Süfrəm kasıb olub, yerim dar olub,
Paxıl kürsüsündə oxunmamışam.
Çox
vaxt bu dövranla
düz gəlməmişəm,
Hərdən mən deyəni deməyib zaman.
Giley nə deməkdi, mən bilməmişəm,
Ancaq tükənməyib
qəlbimdə güman.
Ümidlə baxmışam gələn
sabaha,
Yayılıb dağlara ahım,
amanım,
Qoy Tanrı yazmasın bunu günaha,
Sevgiylə yoğrulub ürəyim, canım.
Əl tutmaq əzəldən olubdu peşəm,
Çoxunun dərdini ağlamışam
mən,
Ağa ağ, qaraya
qara demişəm,
Qəlbimi göylərə bağlamışam
mən.
Ümidsiz bir dündə
yaşamamışam,
Savab qazanmışam əməllərimlə,
Sənət meydanında memar
olmuşam,
Qalalar tikmişəm
öz əllərimlə.
Gözüm olmayıbdı kürsüdə,
taxtda,
Halal qazanmışam çörəyi,
duzu,
Qənaət etmişəm zamana,
vaxta,
Bəs edib bəxtimə yaxılan ruzu.
Üzə söyləmişəm dediyim sözü,
Qardaşa, bacıya bir
dost olmuşam,
Başda
oturtmuşam həmişə
düzü,
Mehrimi torpağa,
yurda salmışam.
Həsrətin çəkmişəm doğma dağların,
Ayrılıq qəlbimdə ah-aman
olub,
Bülbülü perikib yaşıl
bağların,
Bu nisgil gözümdə
çən, duman olub.
Tərənnüm etmişəm doğma
Vətəni,
Özüm qazanmışam bu adı, sanı.
Tanrım
yalvarıram eşit sən məni,
Qürbətdə öldürmə Əziz Musanı.
QALIB
Qoy deyim o yurdda nəyimiz qalıb:
Bağımız, bağçamız, meşəmiz qalıb,
Arımız, şanımız, şirin
balımız,
Külüngümüz qalıb, tişəmiz qalıb.
Qalıb
o yerlərdə gor yerlərimiz,
Orda cənnət məkan guşəmiz qalıb,
Qalıb
ürəyimiz, canımız
orda,
Sinədə çatlamış şüşəmiz
qalıb,
Qalıb
yurd yerləri, sərin bulaqlar,
Uca zirvələrdə kirşəmiz
qalıb,
Sınıq könlümüzü kim yamayacaq,
Toy-düyünümüz qalıb,
nəşəmiz qalıb,
Qalıb bənövşələr boynu bükülü,
Hələ çox işimiz yarımçıq qalıb.
Unuda bilmərik Qarabağı
biz,
Başımızın tacı Şuşamız qalıb.
lll
O yerlərdən mən düşəndən aralı,
Ruhum sızlar, yaralıyam, yaralı,
O zamandan dolaşıram havalı,
Görən səsim yaylaqlara çatırmı?!
Qeyrətimiz nə tez düşdü atından,
Bir səda yox, göyün yeddi qatından,
Qan süzülür ürəyimin
çatından,
Hay-harayım o dağlara
çatırmı?!
Dərd
ağladır zülüm-zülüm
hey məni,
Gözlərimdən necə qovum bu çəni,
Mən canımdan çox sevirəm vətəni,
Ahım-naləm qulaqlara çatırmı?!
Neyləyirəm bu taleyi, bu baxtı,
Fələk niyə bəndəsinə
kəm baxdı,
Bülbülləri perikibdi nə vaxtdı,
Nəğmə səsi o bağlara çatırmı?!
Yada qalıb o dağlar, o dərələr,
Çoxdan uçub o bəndlər,
o bərələr,
Başımıza nələr gəldi, gör
nələr,
Ürək yanğım bulaqlara çatırmı?!
İRƏVANDA
XAL QALMADI
İrəvandan gələn gözəl,
Yanaqların bir almadı,
Köçüb gəldi qızlarımız,
İrəvanda xal qalmadı.
Hər xalın bir dünya idi,
Düzdürmüşdün yanağına,
İrəvanın küçələri,
Döşənirdi ayağına.
Yurd, yuva dara düşəndə,
Yağı qovdu el-obanı.
Xalı
sənə çox gördülər,
Küsdürdülər bir ceyranı,
İrəvandan gələn gözəl,
Dərd
şəllənib kürəyinə,
Gözlərin qəm-kədərlidir,
Xal düşübdü
ürəyinə.
ADIN
ÇƏKİLƏNDƏ
Mən sözümün ağasıyam,
Körpü salıram sözünən,
Sözə elə vurulmuşam,
Qadalar allam sözünən.
Mənim
sözümün canı
var,
Hər ürəyə çatır
sözüm,
Sözüm heç vaxt yerdə qalmır,
Dilim sussa, dinir gözüm.
Sözümdən dönən deyiləm,
Vardır
məndə inad, dözüm,
Bircə
adın çəkiləndə,
Titrəyir hər kəlməm, sözüm.
lll
Mən səni görəndə ruhum oynadı,
Sevincdən gözümü göz yaşı tutdu.
Ağlımı başımdan aldı
camalın,
Ürəyim o nurlu göz, qaşı tutdu.
Dünyanı təzədən sən
verdin mənə,
Göylər alqış dedi
sevib, sevənə,
Çıxdım çəmənə ki, gül dərəm
sənə,
Məni
ilk baharın yağışı
tutdu,
Qəlbimə, könlümə gətirdim
səni,
Könlümdə əbədi bitirdim
səni,
Heyif ki, baharda itirdim
səni,
Məni bir gözəlin qarğışı tutdu.
MƏN
ALLAH ADAMIYAM
Belə
nazlı-nazlı baxma,
Ürəyimi oda yaxma,
Məni
günaha batırma,
Mən bir Allah adamıyam,
Dərd
məni yandırıb
yaxar,
Allahımı unudaram,
Əlimdən bir xata çıxar.
Baxışların qan-qan deyir,
O gözlərin can istəyir,
Duruşun qurban istəyir,
Mən bir Allah adamıyam,
Gözlərimdən qan-yaş axar,
Allahımı unudaram,
Əlimdən bir xata çıxar.
Xoşum
gəlir gül, çiçəkdən,
Naz-qəmzəli bir mələkdən,
Ağlım çaşır gözəllikdən,
Mən bir Allah adamıyam,
Çəmənin çiçəyi sənsən,
Ömrümün bəzəyi sənsən,
Əzizin
ürəyi sənsən,
Mən bir Allah adamıyam,
O gözlər evimi yıxar,
Allahımı unudaram,
Əlimdən bir xata çıxar.
ANA
Bu vətəndə vətənsizəm,
Yox layla çalanım, ana.
Üstümüzü alıbdı qəm,
Qalıbdı olanım, ana.
Xəzan gəlib, talanmışam,
Elə bil ki, yalanmışam,
Od-alova qalanmışam,
Nə qədər qalanım , ana,
Fələklər məndən küsdümü?
Görən yoxdu tay
tüstümü,
Ölüm kəsdirib üstümü,
Yoxdu saç
yolanım, ana.
Dərd
birdimi açam, deyəm,
Bir kimsəm yox qaçam, deyəm,
Gücüm çatmır dərdi əyəm,
Başına dolanım, ana.
Əziz MUSA
525-ci qəzet.- 2015.- 12 iyun.- S.7.