"Qız qalası" beynəlxalq incəsənət festivalı başlanıb

 

 

Heydər Əliyev Fondunun təşəbbüsü xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, "Qız qalası" incəsənət qalereyası "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən möhtəşəm idman bayramı - "Bakı-2015" birinci Avropa Oyunları ərəfəsində İçərişəhərdə "Qız qalası" beynəlxalq incəsənət festivalı işə başlayıb.

 

2010-cu ildə başlanan, dörd il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən "Qız qalası" Beynəlxalq incəsənət festivalı bu il altıncı dəfə gerçəkləşdirilir. Festival ənənəvi olaraq bu il İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunub. Azərbaycan memarlığının incisi, beynəlxalq tarixi irsin ən möhtəşəm nümunələrindən biri olan UNESCO-nun "Dünya İrs Abidələri" siyahısına daxil edilmiş Qız qalası həm mədəniyyətlərarası dialoqun zənginləşdirilməsinə xidmət edən əhəmiyyətli vasitədir. Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti incəsənətinin tanıdılması, eləcə Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

 

Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət adət-ənənələrin sintezini qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradırlar. Hər biri özünəməxsus fərqli üslubda olan bu unikal müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilir. Festivalın təşkilatçıları diqqəti həm ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar vermişlər. Nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq ötən il festivalda iştirak etmiş rəssamlar tərəfindən xüsusi rəsm üslubu dekorasiya ilə bəzədiləcəkdir. Bu il festivalda dünyanın 10-dan çox ölkəsindən 30-a yaxın tanınmış rəssam iştirak edir.

 

Festivalın konseptual xəyal sərhədləri layihəyə hər il maraqlı, paralel aksiyalar daxil edilməsi sayəsində genişləndirilir. Bu il rəssamlara Bakıda keçiriləcək birinci Avropa Oyunlarının simvolları-Nar Ceyran heykəllərini rəngləmək təklif edilib.

 

İyunun 14-dək davam edəcək festivalın sonunda bənzərsiz sənət əsərlərinə çevrilən Qız qalası, nar ceyran maketləri əvvəlcə Bakı sakinləri şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənərək ölkəmizi, onun tarixini mədəniyyətini təmsil edəcək.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 12 iyun.-  S.7.