Xan nəslindən olan unudulmaz sərkərdə

 

 

Azərbaycanın milli hərb sənəti tarixinə qızıl səhifələr yazan görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illiyi tamam olur.

 

Azərbaycan Respublikası PrezidentininCəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli Sərəncamında deyilir: “Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir”. Bu sərəncamdan sonra, aprel ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçrilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqındaSərəncam imzalayıb.

 

Qeyd etmək yerinə düşər: unudulmaz sərkərdə Cəmşid Naxçıvanski yunkerlikdən, sıravi əsgərlikdən sərkərdəyədək yüksəlmişdi. Arxiv sənədlərindən, müasirlərinin xatirələrindən məlum olur ki, o, zəngin maraqlı həyat yolu keçib. Xan əsilli sərkərdə ulu babalarının atasının döyüş yolunu zəfərlərlə, özünəməxsus istedad bacarıqla davam etdirib. Axtarışlar zamanı öyrəndik ki, onun haqqında Azərbaycanda, o cümlədən, keçmiş Sovet İttifaqında, əsasən, 1971-ci ildən sonra məqalələr yazılıb.

 

1969-cu ilin 14 iyulunda Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyevin ilk günlərdə Cəmşid Naxçıvanskinin adının unudulmaması üçün atdığı qəti, ciddi addımlar nəticəsində qəhrəman sərkərdə haqqında elmi elmi-publisistik məqalələr işıq üzü görməyə başladı.

 

Cəmşid Naxçıvanskiyə aid ilk qəzet yazısı unudulmaz tarixçimiz Əli Əliyevə məxsusdur. Əli müəllimin böyük təəssübkeşliklə yazdığı yazı 7 yanvar 1971-ci ildəAzərbaycan gəncləriqəzetində oxuculara təqdim olundu. Məqalə böyük maraqla qarşılandı. Bundan sonra qəzetlərin əksəriyyətində Azərbaycan rus dillərində Cəmşid Naxçıvanskinin hərbi fəaliyyətinə aid məqalələr ara-sıra nəşr olundu. Həmin yazıların əksəriyyətini - kitabxana fondlarında olanları bu günlərdə bir daha oxudum. Doğrudanmı, Cəmşid Naxçıvanskinin həyatı döyüş yolu belə rahat hamar olub? Həmin illərdə arxivlər bağlı olduğundan müəlliflər ancaq Sovet senzurasının icazə verdiyi hissələri çap edə bilərdilər. Belə bir qayda isə yazılan məqalələrixüsusi qəlibəsalırdı. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra hərbi jurnalistlər tarixçilər Cəmşid Naxçıvanski haqqında da kitablar yazdılar. Bunlardan mükəmməli Rusiya tarixçisi Rudolf İvanovun yazdığı 832 səhifəlik kitabdır: “Sovet İttifaqı adından” (“İmena Soyuza Sovetskix”) (Moskva, 2007)...

 

Bütün bunlara baxmayaraq, bu gün internet saytlarında özlərini toxunulmaz sayan bəzi tədqiqatçılar Cəmşid Naxçıvanskinin guya Tiflisdə doğulması haqqında sair səhv faktlar yayırlar. Çox təəssüf ki, bunu azərbaycanlı tədqiqatçılar edirlər. Bizcə, bu, yolverilməzdir. Çünki Rusiya Dövlət Hərbi-Tarix Arxivində Cəmşid Naxçıvanskiyə aid sənədlər 400, 407, 24696, 37837-ci digər fondlarda saxlanılır. Məsələn, 35866-cı fonddakı tatar (azərbaycanlı-müəllif) süvari polkunun ehtiyat yüzlüyünün proporşiki Cəmşid xan Naxçıvanskiyə məxsus xidmət kitabçası 1915-ci ilin aprelində tərtib olunub.

 

Ona görə qəhrəman sərkərdəmiz haqqında yalnız həqiqət yazılmalı, belə olmayacaqsa, ümumiyyətlə, onun barəsində yazı qələmə alınmamalıdır. Məqamındaca deyək ki, görkəmli sərkərdə haqqında əhatəli monoqrafiyanın yazılmasına böyük ehtiyac vardır.

 

Cəmşid Naxçıvanskinin Rusiya Dövlət Hərbi-Tarix Arxivində saxlanılan xidmət kitabçasından (1915) məlum olur ki, o, 9 avqust 1895-ci ildə Naxçıvanda ştabs-rotmistr Cəfərqulu xan Kəngərli-Naxçıvanskinin ailəsində doğulmuşdur. Amma nədənsə Azərbaycanda nəşr olunan ensiklopediya kitablarda doğum günü kimi 10 avqust qeyd edilib. Ailənin ikinci övladı olan Cəmşid xanın bir bacısı 4 qardaşı olmuşdur: III Kalbalı xan (20.10.1891-təxminən,1934), Cəmşid xan (09.08.1895-26.08.1938), Nazlıbəyim (?-?), Teymur xan (?-1916), III Ehsan xan (01.04.1894-1920), Davud xan (?-?).

 

 Cəmşid xan ilk təhsilini evdə xüsusi müəllimlərdən almış, ana dilində yazmağı, həmçinin rus fransız dillərini öyrənmişdir. Sonralar İrəvanda pansionda oxumuşdur. Onun Tiflis kadet korpusunda oxumağa getdiyi vaxtı da müxtəlif illərə aid edirlər. Məsələn, 1976-cı ildə Bakıda nəşr olunmuşAtaların döyüşü yoluadlı kitabda (müəllif Firdovsi Zamanov) onun səkkiz yaşında, yəni 1903-cü ildə yunker məktəbinə oxumağa getməsi qeyd edilmişdir. Amma aparılan axtarışlar göstərir ki, Cəmşid xan 1914-cü ilin martında Tiflis kadet məktəbində 7 illik təhsilini başa vurmuşdur. Bu tarix ona verilən şəhadətnamədə qeyd edilmişdir: 30 apreldən 14 iyunadək kadet məktəbində imtahan vermişdir. Deməli, onun kadet məktəbinə daxil olduğu il 1907-ci ildir. Çünki Tiflis hərbi məktəbinin 1-ci sinfinə 10-12, 2-ci sinfinə isə 11-13 yaşlarında müdavimlər qəbul edilirdi. Bu yaş dövrləri ona görə seçilirdi ki, yunker məktəbinə gələnlərin müəyyən fənlər üzrə biliyi olsun. Yəqin ki, tapılacaq ilkin sənədlərdə onun Tiflis kadet məktəbinə daxil olduğu il dəqiq qeyd edilmişdir. Araşdırmalarımıza görə, Cəmşid xan 12 yaşında yunker məktəbinin 2-ci sinfinə qəbul edilmişdir. O, kadet məktəbində imtahanları müvəffəqiyyətlə vermiş, 3 aylıq hərbi xidmətdən sonra, 8 noyabr 1914-cü ildə ilk hərbi dərəcəni, yunker-unter rütbəsini almışdır. Tiflis kadet məktəbini bitirəndə Cəmşid xanın 19 yaşı var idi. Çar Rusiyasında olan qaydaya görə, 21 yaşına çatmamış oğlanların hərbi məktəblərdə oxumalarına hökmən valideynləri icazə verməliydilər.

 

Onun atası Cəfərqulu xan 23 iyul 1914-cü ildə razılıq ərizəsi yazır. Cəmşid xan həmin ildə Qərbi Ukraynanın Yelizavetqrad şəhərindəki qvardiya məktəbinə daxil olmuşdur. Onun qvardiya məktəbinə daxil olduğu tarix 30 avqust 1914-cü ildir.

 

Birinci Dünya müharibəsinin başlanması vəziyyəti dəyişir. Cəmşid xan burada 4 ay oxuyur. O, 6 sentyabr 1914-cü ildə Rusiya ordusunda xidmət etmək üçün Yelizavetqradda hərbi and içir. Cəmşid xanın hərbi xidmətə başlamasının tarixi sənədlərdə 1 sentyabr 1914-cü il göstərilir. Onu Rusiya imperiyasının müsəlmanlardan təşkil olunmuş Qafqaz yerli süvari diviziyasının tatar (azərbaycanlı) alayındakı ehtiyat yüzlüyə hərbi xidmətə göndərirlər. Cəmşid xan 1 dekabr 1914-cü ildə həmin ehtiyat yüzlükdə hərbi xidmətə başlayır. Qeyd edək ki, elə həmin tarixdə ona gənc zabit rütbəsi - praporşik verilmişdir.

 

Onun haqqında olan bu məlumatlar 1915-ci il aprelin 15-də yazılan xidmət kitabçasında qeyd olunub. Həmin xidmət kitabçasını diviziya komandiri Böyük Knyaz Mixail Aleksandroviç Romonov diviziyanın qərargah rəisi polkovnik Yuzefoviç imzalamışlar. Hər halda buradakı məlumatların dəqiqliyinə inanmaq olar.

 

Həmin xidmət kitabçasından məlum olur ki, Cəmşid xan mart ayının 5-dən hərbi kampaniyada iştirak edir.

 

Cəmşid xanın tatar süvari alayında ehtiyat yüzlükdə xidmətə başlaması haqda əmr 4 mart 1915-ci ildə Buqaç şəhərində imzalanıb. Tatar süvari alayının birinci yüzlüyündə müharibə cəbhəsində hərbi xidmətə başlayan Cəmşid xan ilk hərbi tapşırığını alır: poliqonda atəş vaxtı rəhbərlik gənc zabitə tapşırılır. 7 mart 1915-ci il tarixi onun üçün bir növ, sınaq tarixi olur. Gənc zabit ilk gündən arzulayır ki, olduqca qədim tarixi olan Naxçıvanın Kəngərli süvariləri kimi igidlik göstərsin. Necə ki, ulu babaları Naxçıvan tarixinə adlarını qızıl hərflərlə yazıblar, o da buna çalışıb.

 

(Ardı var)

 

Musa QULİYEV

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2015.- 13 iyun.- S.30.