Vətən, övladının
üzündən öpdü!
Haqq üçün döyünən
böyük ürək
var,
Füzuli,
Balakən, Şabran, Lerik... var;
Qarabağ ağrılı ən
ağır yük var
Vaqif Bəhmənlinin
misralarında.
Onu haraylayan mahal, el artır,
Hikmət
mücrüsündə inci,
ləl artır;
“Novruz naxışları” ilbəil artır
Vaqif Bəhmənlinin
misralarında.
Çöl-çəmən, gül-çiçək,
meyvə görürəm,
Qoca çay,
uca dağ, zirvə görürəm.
Babalı,
nənəli nəvə
görürəm ,
Vaqif Bəhmənlinin
misralarında.
Sağ ol, “Mədəniyyət...”, sağ ol
“...Turizm”!
Sizdə
ustadımız çalışır
bizim;
Var-sevgi,
səxavət, igidlik,
əzm...
Vaqif Bəhmənlinin
misralarında.
Eşidib
Ankara, London səsini,
Dincliyə çağırır Yer kürəsini;
Seyr edin təbiət mənzərəsini,
Vaqif Bəhmənlinin
misralarında.
Yaşı təzələnib altmışı
ötdü,
Vətən, övladının üzündən
öpdü!
Var ata kəlamı, ana öyüdü,
Vaqif Bəhmənlinin
misralarında.
Qışda da “bar verir ümid ağacı”,
Sözün şöhrətimi başının
tacı?
Gün-şirin xatirə, gün-bəzən
acı...
Vaqif Bəhmənlinin
misralarında.
Boşalan ürəyi daim
doludur,
Həmişə həm cavan, həm də uludur.
Dünən uğurludur, sabah nurludur,
Vaqif Bəhmənlinin
misralarında.
12.05.2015
525-ci
qəzet.- 2015.- 13 iyun.- S.29.