Ədəbiyyat İnstitutu biblioqrafiya güzgüsündə

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 2013-cü il uğurlarını təsbit edən daha bir kitab işıq üzü gördü: “Nizami adına Ədəbiyyat İnstitutu. Biblioqrafik göstərici - 2013” (Bakı, “Elm təhsil”, 2015) bununla da İnstitutun həyatında çevrilişlər ilinin son əsəri yerini aldı.

 

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli nəşrə yazdığıBir ilin elmi hesabatı, gələcək illərin təməliadlı ön sözündə 2013-cü ilikeçid ilikimi xarakterizə edir. Nədən haraya? Akademik yazır: “Akademiyada 2013-cü il durğunluqların qurtarması islahatların başlanması dövrüdür. Bu mənada 2013-cü ili əslində Akademiyada Ədəbiyyat İnstitutunda keçid ili kimi təsəvvür etmək olar. Etiraf etməliyik ki, Azərbaycan Milli Elmlər Akademiyasına yeni seçilmiş prezident akademik Akif Əlizadənin apardığı ardıcıl müvəffəqiyyətli işlərin sayəsində Akademiya keçid dövrünü böyük sürətlə keçə bildi”.

 

Biblioqrafik göstərici - 2013” unikal bir layihənin başlanğıcıdır. Unikallığı orasındadır ki, bir yandan bundan əvvəl İnstitutun 80 illiyinə buraxılmışNizami adına Ədəbiyyat İnstitutunun nəşrləri. Kitablarbiblioqrafik göstəricisinin (Bakı, “Elm təhsil”, 2013)  birbaşa davamı kimi düşünülmüşdür (qeyd etmək gərəkdir ki, həmin göstəricidə hətta 1926-cı ildən 2012-ci iləcən İnstitutun bütün elmi ədəbi-bədii nəşrləri ehtiva olunmuşdur). Digər tərəfdən isə davamlı olub hər il üçün nəşri nəzərdə tutulmuşdur; yəni İnstitutun hazırkı 2013-cü nəşrləri ilə tanış olduğumuz zamandaBiblioqrafik göstərici 2014” çapa hazırlanır, “2015” tərtib olunur s. Hər iki layihənin ideya düşünəri akademik İsa Həbibbəyli bunusalnaməadlandırır: “Nizami adına Ədəbiyyat İnstitutu adlı biblioqrafik göstərici bu elmi-tədqiqat ocağında elm sahəsində baş verən dəyişikliyi inkişafı dolğun şəkildə əks etdirən əhəmiyyətli salnamədir”.

 

Etiraf edim ki, “biblioqrafik göstəricilərin əsas prinsiplərini yüksək səviyyədə əks etdirən toplu”nu (bu dəyərləndirmə akademikə məxsusdur!) vərəqlərkən İnstitutun əməkdaşı bir ədəbiyyatsevər kimi böyük sevinc duydum. Nədən? - bircə-bircə sadalayım, oxucu da sevincimə qatılsın.   

 

Əvvəla, 823 əsas başlıqdan ibarət materiallar İnstitutun böyük kadr potensialından xəbər verir. Müxtəlif şöbələrdə çalışan, ədəbiyyatşünaslığın müxtəlif sahələrində müxtəlif mövzularda qələm işlədən, müxtəlif mərtəbələrdə problemlər həll etməyə girişən 111 əməkdaşın kitabları, elmi qəzet məqalələri göz qabağında, bilinir hər kişinin lafı əməlindən! İxtisas redaktoru tərtibçilərdən biri, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva deyir: “Elmi informasiya tərcüməşöbəsində hazırlanmış bu biblioqrafik göstərici Ədəbiyyat İnstitutu əməkdaşlarının 2013-cü ildə nəşr edilmiş monoqrafiyaları, dövri mətbuatda elmi dərgilərdə dərc edilmiş məqalələri ilə yanaşı müxtəlif internet saytlarında yer almış məqalələri, elmi əhəmiyyətli müşahibələri əhatə edir. Vəsaitdən səmərəli istifadəni təmin etmək məqsədiyləKöməkçi göstəricilərbölməsində əsər başlıqları kitablar, məqalələr, xaricdə nəşr edilən əsərlər, İnternet resursları olmaqla ayrıca yarım-bölmələrdə sistemləşdirilmiş, müəlliflərin əlifba göstəricisi verilmişdir”. Dünənə qədər humanitaridə boşluqdan, ədəbiyyatşünas korpusunun yoxluğundan şikayətlənirdik; bircə təpər, səy, bir mərhəm əl gərəkmiş ki, günün sürətli ritmində hər yana, hər cürə səpələnmiş bu stixiyanı, enerjini toparlaya görükdürə bilsin.

 

İkincisi topluda hələ vur-tut bir ilin fəaliyyəti-zəhməti-sərgüzəştlərindən söhbət gedir; akademik İsa Həbibbəyli bunuƏdəbiyyat İnstitutunun 80 illik yubileyi ilinin elmi hesabatıadlandırır. Göstərici bu kəsimdə ədəbiyyatşünaslıq elminin ümumi mənzərəsi (hansı mövzulara qədər diqqət var), problemləri (hansı aktual məsələlər necə qoyulur), istiqamət kəsirlərini (israr olunan yaddan çıxan məqamlar hansılardır) əks etdirməklə bahəm, bütövlükdə Ədəbiyyat İnstitutunun obrazını da yaradır. ÇünBöyük ənənələrə malik olan Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan ədəbiyyatşünaslıq elminin baş qərargahı, əsas yaranma inkişaf mərkəzidir” (İsa Həbibbəyli).

 

Üçüncüsü biblioqrafiya elmi kitab prosesinə diqqət cəlb edir: bir ildə 57 kitab, habelə xaricdə nəşr olunan daha 6 kitab! Stixiyalı kitab gəlişməsində hər yarmarkanın öz 10-luğu, 20-liyinə məzənnə qaldırdığı zamanımızda elmi kitabların dövriyyəsini  aktuallaşdırmaq vacibdir, o da ola akademik statusda.

 

Dördüncüsü daha bir maraqlı məqam. Elmi prosesin kitablarda, məqalələrdə inikası istər-istəməz azart, yarış hissi doğurur. Yaradıcılıq işində kim daha fəal olmuş, səmərəli çalışmış, hansı nəticələr göstərmişdir? İnstitutda elmi parametrləri ölçmək, elmə həvəsləndirmək, tədqiqata sövq etmək üçün akademik İsa Həbibbəylinin təşəbbüsü ilə indi çox alətlər icad olunubdur; ələlxüsus da gəncliyi! Hələ yaşlılar arasında “İlin alimi” nominasiyasını demirəm, ötən il kitab, məqalə və çıxışlarının sayı-sanbalı-intensivliyinə görə üç gənc alim 2014-ün qalibi adına layiq görüldü. Diqqətimi buradaca bir parodoks cəlb edir: həmin qaliblərdən birinin 2013-cü ildə vur-tut bircə məqaləsi dərc olunmuş, digərinin ümumən mətbu yazısı olmamışdır, halbuki 2014-də ən çox çap olunaraq birincilik qazana bilmişlər! Bu da sənə yarış effektinin səmərəsi! “Elmi mühitvacibdir; akademik haqlıdır: “Bütün bunlar Nizami adına Ədəbiyyat İnstitutunun elmi mühitinin yenidən dirçəldilməsinə xidmət etmişdir”.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin layihə rəhbərliyi və ön sözü ilə işıq üzü görmüş biblioqrafiyanın redaktoru, filologiya elmləri doktoru Bədirxan Əhmədovdur. Göstəricinin hazırlanmasında tərtibçilər - Zəhra Əliyeva, Sona İbrahimova, Aybəniz Quliyevanın zəhməti böyükdür. Kitab Akademiyaİnstitut həyatını işıqlandıran rəngli şəkillərlə açılır; hər əməkdaşın ayrıca fotosu, habelə kitab şəkilləri ilə bəzədilmiş nəşr yüksək səliqəsi ilə zövq oxşayır. Ən çox da həzz doğuran elmi fəaliyyətin görünən obrazıdır; hərəkətin obrazı.

 

T.ƏLİŞANOĞLU

525-ci qəzet.- 2015.- 13 iyun.- S.20