“Qala”
Qoruğunda daha bir beynəlxalq sərgi
açılıb
“Qala” Dövlət
Tarix-Etnoqrafiya Qoruğunda
VI Beynəlxalq “Qız
qalası” incəsənət
festivalının bağlanış
mərasimi keçirilib,
IV Beynəlxalq “Tullantıdan
sənətə” sərgisinin
açılışı olub.
Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Həmin gün Qala qəsəbəsində
“Tullantıdan sənətə”
muzeyi də açılıb.
Məlumata görə, Xəzər rayonundakı “Qala” Qoruğunda VI Beynəlxalq
“Qız qalası” incəsənət festivalının
yekun günü
festival çərçivəsində yaradılan maraqlı əsərlərin nümayişi
ilə yadda qaldı.
Mərasimdə iştirak edən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsərlərlə tanış oldu.
Festival Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi,
IDEA İctimai Birliyi, Müasir İncəsənət
Muzeyi, “Qız qalası” incəsənət
qalereyası və
“Bakı-2015” Avropa Oyunları
Əməliyyat Komitəsinin
təşkilatçılığı ilə “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
tərəfindən iyunun
11-də başlayıb.
Ənənəvi olaraq bu il də
İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda
təşkil olunmuş
festivalın bağlanış
mərasimi isə ilk dəfə olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirildi. Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif
yerlərindən gələn
rəssamlar vasitəsilə
Azərbaycan mədəniyyəti
və incəsənətini
tanıtmaq, eləcə
də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə
töhfə verməkdir.
Festivalda
rəssamlar Qız qalasının maketlərini
öz milli üslublarında bəzəyərək
fərqli mədəniyyət
və adət-ənənələrin
sintezini əks etdirən əsərlər
yaradırlar. Bu nadir sənət nümunələri
dünyanın müxtəlif
ölkələrində nümayiş
etdirilərək, Qız
qalasının təbliğində
əhəmiyyətli vasitəyə
çevrilir. Festivalın təşkilatçıları
diqqəti həm də ətraf mühitin mühafizəsi
məsələsinə cəlb
edirlər. Nəsli
kəsilməkdə olan
“Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq ötən il festivalda iştirak
etmiş və festivalın dostları olan rəssamlar tərəfindən xüsusi
rəsm üslubu və dekorasiya ilə bəzədilib. Bu il festivalda
dünyanın 17 ölkəsindən
27 tanınmış rəssam
iştirak edib.
Festivalın konseptual xəyal
sərhədləri layihəyə
hər il
maraqlı, paralel aksiyalar daxil edilməsi sayəsində
genişləndirilir. Bu il festivalın iştirakçısı olan
rəssamlar tərəfindən
birinci Avropa Oyunlarının simvolları
- Nar və Ceyran heykəlləri də rənglənib.
Festivalın sonunda bənzərsiz
sənət əsərlərinə
çevrilən Qız
qalası və Ceyran maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları
üçün İçərişəhərdə,
daha sonra isə müxtəlif ölkələrdə sərgilənərək
Azərbaycanı, onun
tarixini və mədəniyyətini təmsil
edəcək, həm də festivalın digər bir məqsədinə - ictimaiyyətin
diqqətini vəhşi
təbiətin mühafizəsi
ilə bağlı problemlərə yönəldilməsinə
xidmət edəcək.
Festivalın bağlanış mərasimində
vurğulandı ki, bu dəfəki “Qız qalası” Beynəlxalq incəsənət
festivalı ilk Avropa Oyunlarının keçirildiyi
tarixi məqama təsadüf edir. Bu festival
UNESCO-nun “Dünya İrs
Abidələri” siyahısına
daxil edilən Qız qalasının dünyada tanıdılması
məqsədilə 2010-cu ildən
etibarən təşkil
edilir. Dörd il Bakı şəhərində,
bir dəfə isə Fransanın Kann şəhərində
reallaşan “Qız qalası” festivalı və Qala qəsəbəsində
keçirilən “Tullantıdan
sənətə” sərgisinə
həsr edilən filmlərin nümayişindən
sonra festivalın və sərginin iştirakçıları bu
tədbirlərlə bağlı
fikirlərini söylədilər,
təşkilatçılara minnətdarlıqlarını bildirdilər.
Sonra IV Beynəlxalq
“Tullantıdan sənətə”
sərgisinin açılışı
oldu.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış
oldu.
Sərgidə 17 ölkədən 23 incəsənət
nümayəndəsinin məişət
tullantılarından istifadə
edərək hazırladıqları
sənət əsərləri
yer alıb. Sərgi
Heydər Əliyev Fondunun təşəbbüsü,
“Təmiz Şəhər”
ASC-nin təşkilatçılığı,
IDEA İctimai Birliyinin,
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
və “Q Gallery” incəsənət
qalereyasının dəstəyi
ilə reallaşdırılıb.
Sərginin məqsədi tullantılara
dəyər qazandırmaq,
onlarla rəftarda məsuliyyətli yanaşmanı
təbliğ etməkdir.
Bu gün Bakıda
tullantıların tərkibində
olan xammal və enerji bərpa olunur və istifadə edilir.
Artıq dördüncü dəfə
keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində
təşkili isə təsadüfi deyil. “Tullantıdan
sənətə” sərgisi
2010-cu ildən etibarən
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində
icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində reallaşdırılır. Layihə çərçivəsində
qəsəbə sakinləri
üçün tullantıların
idarə edilməsi ilə bağlı müxtəlif maarifləndirici
tədbirlər keçirilir.
Qala qəsəbəsinin
ərazisində tullantıların
“Təmiz Şəhər”
ASC tərəfindən çeşidlənmiş
şəkildə toplanması,
daşınması və
təkrar emalı təşkil edilir. Qəsəbə sakinləri məişət
tullantılarını “üzvi
tullantılar” və “qeyri-üzvi tullantılar”
formasında ayrılmış
2 fərqli rəngdə
(yaşıl və göy) qutulara atırlar. Həmin qutular da müvafiq olaraq yaşıl və göy rəngli yük avtomobilləri tərəfindən yığılır.
Avtomobillərin hərəkəti “Təmiz Şəhər”
ASC üçün xüsusi
hazırlanmış marşrutun
optimallaşdırılması elektron proqramı ilə tənzimlənir.
Bu proqramla tullantıların
daşınması üçün
vaxt və məsafə baxımından
ən uyğun marşrutlar seçilir.
ASC tullantıları yığaraq özünün
zavodlarında emal edir və ya
elektrik enerjisi almaq üçün istifadə edir.
İyunun 14-də Qala qəsəbəsində
“Tullantıdan sənətə” muzeyi də
açıldı. Hər il bir neçə gün nümayiş olunan əsərlər
artıq bu muzeydə daim
sərgilənəcək. Əvvəlki illərdə
keçirilən “Tullantıdan sənətə” sərgilərində
nümayiş olunan əsərlər
də bu muzeydə təqdim ediləcək.
Layihədə iştirak edən
sənətkarlar istifadəyə yararsız hesab
olunan kağız, avtomobil
hissələri, şüşə, dəmir
qırıqları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar
toplusu”ndan hətta incəsənət
əsərləri də düzəltməyin mümkün
olduğunu bir daha nümayiş
etdirirlər.
S.Abdullayeva
525-ci qəzet.- 2015.- 17 iyun.- S.7.