“Xoşbəxt anlar” başlanır

 

Bu gündən “Arts Council Azerbaijan” və birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Xoşbəxt anlar” adlı fotomüsabiqə başlayır.

 

Arts Council Azerbaijan” təşkilatından AZƏRTAC-a bildirilib ki, birinci Avropa Oyunlarına həsr olunan fotomüsabiqə Oyunlar zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları əks etdirən fotolardan ibarət olacaq. Qalib gələn fotoqraflar üç mükafatdiplomlarla təltif ediləcək və toplanılan əsərlərdən ibarət sərgi aşılacaq.

 

Fotomüsabiqədə həm təcrübəli, həm də həvəskar fotoqraflar, habelə mobil telefonu vasitəsilə foto çəkən hər kəs iştirak edə bilər.

 

Hər iştirakçı 5 fotodan artıq olmamaq şərti ilə, 1200 pxfoto ilə bağlı bütün hüquqlara malik olan fotoları xoshbaxtanlar@artscouncil.az elektron ünvanına göndərə bilər. Təqdim olunan fotoların üzərində müəllif imzası və ya loqosu olmamalıdır.

 

Fotolar xoşbəxt anları, o cümlədən insanların Oyunlar zamanı keçirdikləri sevinc anlarını, “Coca-Cola” brendindən istifadə, “Coca-Cola”nı içərkən sevinc və şadlığı, idmançıların və azarkeşlərin sevincini, qələbə anlarını və müxtəlif emosiyaları əks etdirməlidir.

 

Qaliblər I, II, III yerlər üzrə müvafiq olaraq təcrübəli, həvəskar fotoqraflar tərəfindən və telefonla çəkilən fotolar əsasında mükafatlandırılacaq. Təcrübəli fotoqrafa fotokamera üçün avadanlıq, həvəskar fotoqrafa fotokamera üçün aksesuarlar, telefonla çəkilən fotoyaİphone 6” mobil telefonu təqdim olunacaq.

 

Fotomüsabiqə iyunun 30-dək davam edəcək. Müəllif göndərdiyi əsərlərlə yanaşı, özü haqqında məlumatı (ad, soyadı, fotonun adı) da yerləşdirməlidir.

 

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 18 iyun.- S.7.