Azərbaycan rəssamının əsərləri
Luvrda sərgilənir
Luvrda keçirilən "Carrusel du Louvre" adlı beynəlxalq sərgidə tanınmış Azərbaycan rəssamı Sakit Məmmədovun və onun şagirdlərinin rəsmləri nümayiş etdirilir.
Azərbaycanın Əməkdar rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, "Vətən oğlu" qızıl medalının, "Dədə Qorqud" mükafatının, Leonardo da Vinçi medalının, "Avropanın şərəfi" ordeninin Rusiyanın nüfuzlu "Minilliyin adamı" mükafatının sahibi, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Sakit Məmmədov dünya mədəniyyətinə verdiyi töhfəyə görə Parisdə keçirilən sərgi zaman Avropa Təbiət Elmləri Akademiyası tərəfindən Böyük Qızıl Cəngavər ulduzuna layiq görülüb.
Onun "Küskün mələk", "Miras", "Unison", "Təlxəklər istirahətdə" adlı rəsmləri, habelə şagirdlərinin maraqlı işləri, fləş formatında elektron kataloqlar, animasiya rəsmləri, 3D effektli filmlər tamaşaçılarda böyük maraq doğurub.
Qeyd edək ki, bu yaxınlarda Sakit Məmmədov Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçı ilə mükafatlandırılıb, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 18 iyun.- S.7.