Tədqiqatçı-yazar Süleyman
Kəbirlinin 75 illiyi qeyd
edilib
Ağcabədidə Qarabağ ədəbi məclisinin və rayon Veteranlar Şurasının
təşkilatçılığı
ilə tanınmış
ziyalı, tədqiqatçı-
yazar, "Tarixi mahal-Kəbirli eli" kitabının müəllifi
Süleyman Kəbirlinin
anadan olmasının
75-ci ildönümü münasibəti
ilə yubiley tədbiri keçirilib.
Tədbirə ziyalılar, əmək ,müharibə
veteranları, yerli bələdiyyə, icra hakimiyyəti nümayəndələri,
yazarlar, müəllifin
dostları və yaxınları qatılıblar.
Yığıncağı giriş sözü ilə açan Qarabağ ədəbi məclisinin rəhbəri
Mübariz Məmişoğlu
iştirakçıları salamlayıb, Süleyman Kəbirlini doğum günü münasibəti
ilə təbrik edib. Natiq yubilyarın
həyat və fəaliyyəti, apardığı
araşdırmalar, tədqiqat
işləri barədə
məlumat verib, keçdiyi həyat yoluna, yaradıcılığına işıq
tutub.
Rayon Veteranlar Şurasının
sədri, qocaman ziyalı Qəni Cəfərov, Beynəlxalq
Kempo Federasiyasının
üzvü, kempo idman növü üzrə üçqat dünya çempionu Rauf İbrahimov, el ağsaqqalları
Hacı Əhməd Bayramov,Məhəmməd Məmmədov,
Sudeyf Mehdioğlu, ziyalılar, Kamran Mövsümov, Əlipənah Qasımov, Həmzə Qəniyev, Düşəri Mövsümov,
həkim Cümşüd
Qəhrəmanov,YAP rayon təşkilatının
nümayəndələri Eldəniz
Qənbərov, Ramil Nağıyev, şair Xəzangül Qədimli, Zahid Eloğlu, Salmanbəyli bələdiyyəsinin sədri
Fəxrəddin Qasımov,
Rəncbərlər kəndi
üzrə icra nümayəndəsi Əlaslan
Qəhrəmanov, Aşıq
Umbay Axundov və başqaları çıxış edərək
Süleyman Kəbirli haqqında səmimi ürək sözlərini
bölüşüb, ona
yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonra söz saza, musiqiyə verilib. Respublika Aşıqlar Birliyinin
üzvü, ustad aşıq Umbay Axundovun məharətlə
ifa etdiyi aşıq mahnıları
və saz havaları məclis iştirakçılarına xoş
ovqat bəxş edib.
Laçınlı qələm sahibi
Eynulla Sadiq, yerli şairlər Vəli Qurbanoğlu, Vaqif Kəhrizli, Hüseynağa Muğanlı,
Mübariz Məmişoğlu,
İbrahim Mürşüdoğlu yubilyara həsr etdikləri şeirlərini səsləndiriblər.
Sonda Süleyman
Kəbirli söz alaraq yığıncaq iştirakçılarına gələcək
tədqiqat işlərindən,
yaradıcılıq planlarından
danışıb, yubiley
tədbirinin təşkilatçılarına,
bütün yığıncaq
iştirakçılarına şəxsən öz adından, bütün ailə üzvləri adından səmimi təşəkkürünü və minnətdarlığını
bildirib, verilən sualları cavablandırıb.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.-
2015.- 19 iyun.- S.8