"Mövcudluğun dözülməz yüngüllüyü" YAY Qalereyasında sərgilənir

 

 

YAY Qalereyasında "Mövcudluğun dözülməz yüngüllüyü" adlı sərgi açılıb. Sərgidə Yaxın Şərq Şimali Amerika ölkələrini təmsil edən dörd rəssamın əsərləri birlikdə nümayiş etdirilib.

 

Dubayda yerləşən Quadro Qalereyasının tərəfdaşlığı ilə hazırlanan bu sərgidə Kamil Zəkəriyyə, Məhəmməd Əhməd İbrahim, Roberto Lopardo Manal Əl-Doveyn özlərinin foto, çap heykəltəraşlıq kimi müxtəlif texnikalar vasitəsilə ərsəyə gətirdikləri sənət əsərlərini təqdim ediblər. Əsərlərin başlıca mövzusu - şəxsiyyət, ev yaddaş arasındakı qarşılıqlı əlaqədir. Roberto Lopardo isə "Bakının xəritəsini çəkərək" (Mapping Baku) adlı əsərini məxsusi olaraq bu sərgi üçün hazırlayıb.

 

Sərginin açılışına mədəniyyət incəsənət aləminin tanınmış simaları təşrif buyurublar burada nümayiş olunan əsərlər böyük maraqla qarşılanıb.

 

"Mövcudluğun dözülməz yüngüllüyüadlı sərgi avqustun 31-dək davam edəcək. Giriş sərbəstdir.

 

YAY Qalereyası Bakının tarixi mərkəzi olan İçərişəhərdə yerləşir. Qalereyanın təsisçisi olan YARAT müasir incəsənət sahəsində fəaliyyət göstərən, bununla da Azərbaycanda yaradıcı infrastrukturu dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. Qalereya ictimai vəzifələri yerinə yetirən müəssisədir. YAY (sözün "yaymaq", "paylaşmaq" mənasında) Qalereyasında satılmış hər bir əsərdən əldə edilən gəlir əsərin müəllifi ilə YARAT arasında bölünür. Qalereyada hər il altı sərgi keçirilir.

 

Bundan əlavə, qalereya böyük fəallıqla özünün görüşlər publikasiyalar proqramını həyata keçirir. Əsərlərini YAY Qalereyasında sərgiləyən rəssamlar sonradan beynəlxalq art-rezident proqramları sərgilərə qatılırlar. Buna misal olaraq, Faiq Əhmədin 2013-cü ildə nüfuzlu Jameel Prize mükafatına təqdim edilməsini əsərlərinin Londondakı Viktoriya Albert Muzeyində sərgilənməsini qeyd edə bilərik.

 

Həmçinin Nəzrin Məmmədova, Rəşad Ələkbərov Fərid Rəsulov Delfina Fondunun məşhur art-rezident proqramı üzrə Londonda olublar.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 19 iyun.- S.7.