Duyğuların ilmə-ilmə çiçəkləndiyi sənət

 

AZƏRBAYCANDA XALÇAÇILIQ ÖZÜNÜN YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR

 

 

Elə sənətlər var ki, orada bir xalqın mənəvi aləmi, xarakteri, mədəniyyəti, dünyagörüşü həyat fəlsəfəsinə güzgü tutan köklü xüsusiyyətlər öz təcəssümünü tapıb. Azərbaycan xalqı üçün belə sənət növü xalçaçılıqdır.

 

Mübaliğəsiz demək olar ki, min illər boyu Azərbaycan xalqının nümayəndələri xalı-xalça üstündə doğulub, yaşayıb dünyadan köçüblər. Xalça məmulatları isə onların məişətinin dəyişməz atributu olub. Bu heç təsadüfi deyil. Toxuculuq xalçaçılıq bir çox xalqlara məlumdur. Öz tətbiq təyinatına uyğun olaraq o, lap qədim zamanlardan harmoniyanın, ritmin rəngin estetikasını özündə təcəssüm etdirib.

 

Xalça sənəti xalqımızın milli mənəvi dəyərlərindən biri olduğu kimi, maddi mədəni sərvətlərimiz sırasında da müstəsna yer tutur. Tarixi mübarizələrlə dolu keçmişi olan xalqımız yaşam tərzini, mənəviyyat tarixini xalı-xalçalara köçürərək yüzillər boyu nəsillərdən-nəsillərə ötürüb, bu günə kimi yaşadıb. Bu sənətin ümumxalq sənəti kimi yaşaması, inkişaf etdirilməsi, mədəniyyətimizdə, milli dəyərlər sistemində layiqli yer tutması onun əzəli əbədi mahiyyətilə bağlıdır. Müxtəlif naxış elementləri təsvirlərlə bəzədilən xovlu xovsuz xalçalar çadırların, alaçıqların, habelə yaşayış evlərinin digər binaların divar bəzəklərində, döşənməsində istifadə olunur, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir. İlkin, ibtidai şəklini havadan, oddan, sudan torpaqdan - bu dörd ünsürdən aldığı iddia edilən xalça sənətinin dəqiq tarixi hələ bəlli deyil. Hətta bu sənətin ilkin himayəçilərinin peyğəmbərlər olduğu da qeyd edilir.

 

Xalçaçılıq tarixən iki istiqamətdə inkişaf edib. Onlardan biri evdə - xalq ustalarının toxuduqları, digəri isə peşəkar - ustad rəssamların yaratdıqları xalçalardır. Xalçaçılıq sənətində toxucularla yanaşı rəssamların da zəhməti danılmaz fakdır. Xalçaçı rəssamın zəngin dünya görüşü olmalıdır. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot başqa qədim dünya tarixçiləri məlumat veriblər. Bu barədə elektron digər tipli mənbələrdə göstərilir ki, hələ Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti güclü inkişaf edib, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxunub. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunan ipək parçalar rəngarəng xalçalar haqqında məlumat verib. Qızıl-gümüş saplarla toxunan qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Bu cür xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün hazırlanan belə xalçalar "zərbaf" adlanırdı. Azərbaycanın xalça məmulatları onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palas çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi-Dədə Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu xovsuz xalçalar tərənnüm olunur.

 

Bu gün də ölkəmizdə xalça sənəti çox geniş yayılıb və durmadan inkişaf edir. Bu yolu davam etdirmək üçün Azərbaycanda bir çox xalça  sexləri fəaliyyət göstərir.  Belə sexlərdən biri Azərbaycan xalçaçılıq sənətini  dünyanın bir çox ölkələrinə tanıtdıran "Laza" xalça sexidir. Sex 1994-cü ildən fəaliyyətə başlayıb. Sexdə yalnız portret xalçalar toxunur. Ümummilli lider Heydər Əliyev başda olmaqla, Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin portret xalçaları burada toxunub. Türkiyə prezidentibaş naziri, Pakistan prezidenti, Səudiyyə Ərəbistanın kralı və başqa ölkələrin nüfuzlu  insanlarının portret xalçaları da bu sexin məhsuludur.

 

Xalçalar rəssam Şəhaddin Mahmudovun çəkdiyi rəsmlər əsasında toxunur. Sexin rəhbəri Dağlar Səfərovdur. D. Səfərovun təşəbbüsü ilə  Azərbaycanda - 2002-ci ildə Bakıdakı Muzey Mərkəzində və Naxçıvanda ümummilli lider Heydər Əliyevlə bağlı 45 xalçadan ibarət sərgi keçirilib. Bir sıra xarici  ölkələrdə - Səudiyyə Ərəbistanında, Küveytdə, Omanda da xalça sərgiləri olub. Yaxın günlərdə isə Türkmənistanda sərgi keçirilməsi planlaşdırılır.Toxunan hər bir xalçanın aşağı tərəfində "Azərbaycan. Bakı. Laza" sözləri yazılır. Bu sözləri toxumaqda məqsəd isə ermənilərin Azərbaycan xalçalarını öz adlarına çıxmasına imkan verməməkdir. Dağlar Səfərov  Azərbaycan xalçalarının dünyada təbliği ilə yanaşı, toxunan xalçaların şəkillərinin nəşr edildiyi jurnallar da çap etdirir. Bu silsilədən "Laza", "Mənalı ömür", "İlmələrlə keçən ömür", "Milli lider milli naxışlarda", "Dahi-85","Dahi-90" adlı  jurnalları, "Tale ulduzu" kitabları buraxılıb. Bundan əlavə, D. Səfərov xeyriyyəçiliklə də məşğuldu. O, doğulduğu Qəbələ rayonunun Laza kəndinə su çəkdirib, körpü saldırıb. 1993-1994-cü illərdə 160 qaçqın ailəsinə bir il yarım yardım edib. D.Səfərov həm xalçaçılığın inkişafı və təbliği ilə bağlı işlərini, həm də ictimai-xeyriyyə fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.

 

Samirə QULİYEVA

525-ci qəzet.- 2015.- 19 iyun.- S.6.