Azərbaycanda Milli İnsan Hüquqları Günü
Müasir
dövrdə insanın
hüquq və azadlıqlarının təmini
və səmərəli
şəkildə müdafiəsi
hər bir dövlətin və cəmiyyətin inkişafının
mühüm amili kimi
çıxış edir.
İyunun 18-i Azərbaycanda İnsan Hüquqları günüdür. Məlum
olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı
ilə hər il bu tarix ölkəmizdə
İnsan Hüquqları
Günü kimi qeyd olunur. Fərəhli haldır ki, Azərbaycan dünyada öz Milli İnsan
Hüquqları Gününü
qeyd edən yeganə ölkədir.
Müstəqil dövlətimizin milli
bayramlarından olan bu əlamətdar
gün ölkəmizdə təntənəli
şəkildə qeyd
olunmaqla yanaşı,
hamı üçün,
o cümlədən, insan hüquqlarının müdafiəsi
ilə məşğul
olan hər bir kəs üçün əziz və önəmli bir gündür.
Təqdirəlayiq haldır ki, belə bir günün
dövlət səviyyəsində
qeyd edilməsi Azərbaycanın hüquqi
dövlət quruculuğu
yolunda inamla irəlilədiyini və demokratik prinsiplərə,
ümumtanınmış insan
hüquqları dəyərlərinə
böyük önəm
verdiyini bir daha nümayiş etdirir. Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə müvəkkili
Elmira Süleymanovanın təşəbbüsü
ilə hər il Milli İnsan
Hüquqları Günü
ərəfəsində mayın
18-dən iyunun 18-dək respublikamızda
"İnsan hüquqları
aylığı"nın keçirilməsi
elan edilir. Cari ildə də bununla bağlı yerli və mərkəzi
icra hakimiyyəti orqanlarına, eləcə
də vətəndaş
cəmiyyəti təşkilatlarına,
QHT-lərə, habelə
kütləvi informasiya
vasitələrinə müvafiq
tədbirlərin həyata
keçirilməsi, insan
hüquqlarına diqqətin
bir qədər də artırılması,
bu hüquqların təmini və təbliği məqsədini
daşıyan tövsiyələr
verilib.
Bölgələrdə əhalinin müxtəlif kateqoriyaları
ilə görüşlərin
keçirilməsi, insan
hüquqları sahəsində
maarifləndirilmə işi
aparılması, insanları
öz hüquqlarını
öyrənməyə həvəsləndirmək
məqsədilə müxtəlif müzakirələrin
və müsabiqələrin
təşkili və digər silsilə tədbirlər bu qəbildəndir.
"İnsan hüquqları aylığı" çərçivəsində
müxtəlif
nazirlik və komitələr, hüquq-mühafizə
orqanları daxil olmaqla dövlət qurumlarına, həmçinin
respublikamızın bütün
regionlarını əhatə
etməklə, rayon və
şəhər İcra
Hakimiyyətlərinə məktublar
ünvanlanmış, aylıq
çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi
və görülmüş
işlər barədə
Ombudsmana məlumat vermələri tövsiyə
olunub.
İnsan
Hüquqları Gününün
təsis edilməsi ölkəmizin Konstitusiyasında
təsbit olunan "insan və vətəndaş
hüquqlarının və
azadlıqlarının təmin
edilməsi dövlətin
ali məqsədidir"
müddəasının gerçəkləşməsinin
təsdiqidir. Ümummilli
liderimiz Heydər Əliyevin rəhbərliyi
ilə ərsəyə
gələn, ölkəmizin
müstəqilliyi dövründə
ümumxalq səsverməsi
(referendum) yolu ilə qəbul edilən ilk Konstitusiyamızda demokratik
dövlətin təməl
prinsipləri ehtiva olunub, 48 maddədən ibarət üçüncü
fəslin bütün müddəaları
insana, onun ləyaqətinə, hüquqlarına
hörmət ruhunda yazılıb.
Ulu öndərin ən
böyük amalı müstəqil dövlətimizin
yüksək tərəqqisinə,
davamlı inkişafına
nail olmaq idi. Öz müstəqilliyini bərpa edən, hüquqi, demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanda
müxtəlif sahələrdə,
həmçinin insan hüquqları üzrə həyata
keçirilən mütərəqqi
islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. "Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
(Ombudsman) haqqında" Qanun
qəbul edilib və Heydər Əliyev tərəfindən
bu qanunun tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb.
Ümummilli liderin xeyir-duası
ilə fəaliyyətə
başlayan, şəffaflıq,
qanunçuluq, ədalət
və qərəzsizlik
kimi prinsiplərə
sadiq olan, qanunla müəyyən olunan səlahiyyətlər
daxilində fəaliyyət
göstərən Ombudsman təsisatının
yaradılması da Heydər Əliyev dühasının bəhrəsidir.
Respublikamızda insan hüquqları
sahəsində ilk proqram
"İnsan hüquqlarının
müdafiəsinə dair
Dövlət Proqramı" Ümummilli
liderin 1998-ci il 18 iyun tarixli Sərəncamı
ilə təsdiq edilib. Sonrakı iki sənəd - Azərbaycan Respublikasında
İnsan Hüquqlarının
Müdafiəsi üzrə
Milli Fəaliyyət Planı və İnsan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq olaraq 28 dekabr 2006-cı il və 27 dekabr 2011-ci il tarixli Sərəncamları
ilə təsdiq edilib.
Milli İnsan Hüquqları Günündə Ombudsman Elmira Süleymanova
və Aparatın əməkdaşları ilk öncə
Fəxri Xiyabana gedərək, Ulu öndərin abidəsi, habelə Hökumət Evinin binasındakı büstü önünə
qızılgül dəstələri
qoyaraq ziyarət edib, dahi şəxsiyyətə
hörmət və ehtiramlarını ifadə
ediblər.
Ermənistanın Azərbaycana qarşı
təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi zəbt olunub, bir milyon soydaşımız
qaçqın və məcburi köçkünə
çevrilib, bütün
fundamental hüquqlarından kütləvi surətdə
və kobudcasına məhrum ediliblər. Müharibədə 13894 nəfər vətəndaşımız şəhid
olub. Əsir və itkin düşən, girov götürülən vətəndaşlarla
əlaqədar Dövlət
Komissiyasının məlumatına
əsasən, itkin düşən və girov götürülən
şəxslərin sayı
4016 nəfər təşkil
edir. Onlardan 3256 nəfər hərbçi,
758 nəfər isə
mülki şəxslərdir.
İnsan Hüquqları üzrə
Müvəkkil və əməkdaşları İkinci
Fəxri Xiyabana gedərək, torpaqlarımızın
bölünməzliyi uğrunda
şəhid olan qəhrəmanların dəfn
olunduğu Alleyanı
ziyarət ediblər. E.Süleymanova
qanında-canında qəhrəmanlıq,
mübarizlik hissi güclü olan, misilsiz şücaəti xalqımız tərəfindən
yüksək qiymətləndirilən
Milli Qəhrəman Mübariz İbrahimovun dünən qeyd edilən ölüm günündə onun məzarı önündəki
çıxışında yurdumuzun bu cəsur
övladının igidliyinin,
vətənpərvərliyinin gənclərdə, Milli Ordumuzun əsgər və zabitlərində Vətən sevgisini, ruh yüksəkliyini, döyüş əzmini daha da artırdığını
vurğulayıb. O, şəhidlik
zirvəsinə ucalması
18 iyun - Milli İnsan Hüquqları Gününə təsadüf
edən Mübariz İbrahimovun şücaətini,
əsl vətənpərvərlik
nümunəsi göstərdiyini
vurğulayaraq, bu cəsur gizirin böyüyən nəslə
örnək olduğunu,
torpaqlarımızın azad
olunacağına inam hissini artırdığını
vurğulayıb.
Ombudsman Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsindəki Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı sosial xidmət müəssisəsi və Əlilliyi olan şəxslər üçün Müalicə pansionatı, habelə Buzovnadakı 1 saylı Psixonevroloji Sosial xidmət müəssisəsində olub, müvafiq surətdə fiziki imkanları məhdud olan uşaqlar, əlillər və ahıllarla görüşüblər.
Müvəkkilin nümayəndələri həmin müəssisələrin obyektlərinə - müalicə və yataq otaqlarına, yeməkxana və mətbəxə, ümumi əraziyə baxış keçiriblər.
Bununla yanaşı, Tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlarla da görüş olub, onlar burada müntəzəm şəkildə keçirilən tədbirlərə və göstərilən diqqətə görə təşəkkür ediblər.
Zemfira MƏHƏRRƏMLİ
Ombudsman Aparatının Mətbuat xidmətinin
rəhbəri
525-ci qəzet.- 2015.- 19 iyun.- S.2.