Bakı-2015
Birinci Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri, Birinci xanım Mehriban Əliyevaya
açıq məktub
İndi
Olimp Bakıdır...
Bu gün bizə zillənib
Bu dünyanın baxışı.
Gənclərimiz yağdırır
Qızıl, gümüş yağışı.
Tamaşaçı alqışı
Titrədir dağı-daşı.
Elə bil ki günəş
də
İndi doğur Xəzərdən.
Allah sizi qorusun
Nəfsdən, bəd nəzərdən.
Dünya
belə qurulub,
Yamanlar fitnə salır,
Yaxşılar zəfər çalır.
(Yəqin ki, əməlindən
İkisi
də zövq alır)
Var ol, İlham, Mehriban,
Dedirtdiniz
cahana,
Kimi sevinclə dedi,
Kimi də yana-yana:
Əhsən Azərbaycana!
Alqış Azərbaycana!!!
Fikrət
Qoca
525-ci qəzet.- 2015.- 20 iyun.- S.29