“Tanrının kölgəsi”
kitabının təqdimatı olub
İyunun 19-da Azərbaycan Yazıçılar
Birliyinin (AYB) “Natəvan”
klubunda gənc şair Emin Pirinin “Tanrının kölgəsi” şeirlər
kitabının təqdimatı
keçirilib.
Birliyin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Emin Pirinin yaradıcılığı
haqqında iştirakçıları
məlumatlandırıb, onun
şeirlərindəki fərqli
cəhətlərə diqqət
yönəldib:
“Eminin şeirlərini
ayrı-ayrı vaxtlarda
oxumuşdum, amma küll halında oxumaq daha dəqiq
təəssürat yaradır. O, istedadlı
gənclərimizdən biridir.
Gənc Ədiblər Məktəbinin
məsul katibi kimi fəaliyyəti də göz önündədir.
Təxminən iki ildir ki,
gənclərlə əlaqələrin
qurulmasında, gənc
istedadların üzə
çıxarılmasında özünəməxsus rol
oynayır. İxtisasca tarixçi olması,
bununla yanaşı, zabitlik fəaliyyəti onun yaradıcılığına
öz təsirini göstərib. Şeirlərində gerçək, həyati elementlərin çox qabarıq olması da bunun göstəricisidir”.
Birliyin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza E.Pirinin şeirlər
toplusunun aybKitab seriyasında nəşrindən
məmnun olduqlarını
bildirib:
“Bu, aybKitab layihəsinin
XIV nəşridir. Keçən
ilin sentyabrından
start götürən layihə
çərçivəsində müxtəlif şair və yazıçıların
kitablarını uğurla
oxuculara təqdim etmişik.
Çalışacağıq ki, elə bu
templə də davam edək. Bu layihəyə başlayanda
söz vermişdik ki, ilin sonuna
qədər təxminən
20-25 kitab çap edəcəyik. Görünən
odur ki, sözümüzün üstündə
dura bilmişik, çünki işıq üzü görən kitablardan əlavə 10-a yaxın kitab da çap mərhələsindədir...”
Tənqidçi Əsəd Cahangir
ilk kitabın auditoriyaya
təqdim edilməsinin
çox vacib olduğunu vurğulayıb:
“Yazıçının, şairin portretinin cızılmasında ilk kitabın
çox böyük rolu var. Poetik dillə desək, ilk kitab bir az
ilk təəssürata, bir
az da ilk məhəbbətə bənzəyir. Düşünürəm ki, Emin bu
kitabla öz portretini uğurla cızacaq”.
İlqar
Fəhmi, İntiqam Qasımzadə, Elçin
Hüseynbəyli, Sayman
Aruz, Elçin Mirzəbəyli, Qəşəm
Nəcəfzadə, Sabir
Yusifoğu, Fərqanə
Mehdiyeva, Qan Turalı, İbrahim İlyaslı, Qulu Ağsəs, Oqtay Rza, Ramil Əhməd
və başqa ədiblər də E.Pirinin yaradıcılığı
barədə fikirlərini
bölüşüblər.
Sonda söz alan
müəllif tədbir
iştirakçılarına təşəkkürünü bildirib, oxucular üçün kitab imzalayıb.
Cavid QƏDİR
525-ci qəzet.-
2015.- 20 iyun.- S.17.