Anarın “Göz muncuğu” romanı Türkiyədə işıq üzü görüb

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı AnarınGöz muncuğuromanı bugünlərdə Türkiyədə, “Bəngüyayın evində türkcə çapdan çıxıb.

 

Əsəri türk dilinə tərcüməçi Seyfəddin Altaylı çevirib.

 

Kitabın arxa qapağında yazılıb: “Anar yalnız Azərbaycanın deyil, bütün türk dünyasının tanınmış yazıçısıdır.

Onun yeni qələmə aldığı  Göz muncuğuromanını  birnəfəsə oxuyacaqsınız. Əsər insan xislətinin fərqli tərəflərini anlamağa, ən dərin qatlara enib gizlinləri öz gözlərinizlə görməyə kömək edəcək.Göz muncuğu  insanın daxili portretidir... Gözlərində əks olunmuş portreti!”

 

Qeyd edək ki, ötən ilin sonlarında ilk dəfəAzərbaycandərgisində, daha sonra isə aybKkitab layihəsi çərçivəsində çapdan çıxan roman həm ədəbi tənqidin, həm oxucuların böyük marağına səbəb olub.

 

Əsər qısa müddətdə rus türk dillərinə çevrilib. Yaxın zamanlarda Rusiyada rusca çapı nəzərdə tutulur.

 

NƏZRİN

525-ci qəzet.- 2015.- 20 iyun.- S.17.