“Gəncləşən muğam”ın daha bir təntənəsi

 

 

Azərbaycan şifahi ənənəli professional musiqisinin bir qolu olan muğam sənəti xalqımızın çox böyük ehtiram bəslədiyi janr olaraq əsrlərdən bəri ifa olunur yaşayır.

 

Şübhəsiz ki, hər zaman sevilərək ifa olunan dinlənilən bu janr son dövrdə daha da diqqət mərkəzindədir. XXI əsrdə muğam sənətinin yeni mərhələ yaşaması göz önündədir. Televiziya ekranları radio dalğalarında mütəmadi olaraq muğam səslənməsi, muğamla bağlı böyük miqyaslı tədbirlərin keçirilməsi danılmazdır.

 

Bu baxımdan dövlətimizin muğam sənətinə olan diqqət dəstəyini xüsusilə qeyd etmək lazımdır. Bu mənada muğamın təbliğində, beynəlxalq çərçivədə tanınmasında Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən çoxsaylı layihələr əvəzsiz rola malikdir.Muğam-İrs”, “Muğam-dəstgah”, “Muğam ensiklopediyası”, “Muğam-internet”, “Muğam antologiyası”, “Muğam aləmiçoxsaylı muğam müsabiqələri başqa bu kimi layihələr muğamın geniş yayılması üçün çox böyük əhəmiyyət kəsb edir. Nəticə olaraq həm muğam sənəti yaşayır, həm bu sənətə yeni ifaçı nəsli daxil olur. Digər tərəfdən bütün bunlar muğama, həmçinin gəncliyə olan diqqətin bariz göstəricisidir. Son dönəmdə həyata keçirilən bu layihələrin sayəsində hər günümüz muğam sədası, muğam konsertləri ilə yadda qalır.

 

İyunun 18-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi, Heydər Əliyev Sarayı Azərbaycan Milli Konservatoriyasının müştərək layihəsi olanGəncləşən muğamadlı daha bir maraqlı konsert proqramı keçirildi. Qeyd edək ki, bu tədbir hər il Azərbaycan Milli Konservatoriyasının müəllimləri - Şöhrət Ordenli, Xalq artisti, professor Mənsum İbrahimov Əməkdar artistlər Elçin Həşimov Elnur Əhmədovun təşəbbüsü təşkilatçılığı sayəsində gerçəkləşdirlir.

 

Konsertdə ilk olaraq giriş sözünü musiqişünas, Konservatoriyanın elmi işlər üzrə prorektoru, dosent Lalə Hüseynova söylədi. O, muğamın dirçəlişində dövlətin müstəsna qayğısını qeyd edərək muğam sənətindən, yeni ifaçı nəslinin yetişməsində Azərbaycan Milli Konservatoriyasının professor müəllim heyətinin rolundan söz açdı. Vurğulandı ki, artıq 6-cı dəfə həyata keçirilənGəncləşən muğamlayihəsi muğam ustadları yetirmələrinin konserti olaraq yeni ifaçı nəslinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

 

Sonra isə Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov çıxış edərək, muğam sənətinin inkişafında öz əməyini əsirgəməyən dövlət rəhbərliyinə, bu konsertin həyata keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi.

 

Daha sonra söz musiqiyə verildi. Xüsusi qeyd edək ki, bu dəfəGəncləşən muğamlayihəsinin özəlliyi burada Milli Konservatoriyanın yalnız yuxarıda qeyd etdiyimiz ustad müəllimləri - Mənsum İbrahimov, Elçin Həşimov Elnur Əhmədovun istedadlı tələbələrinin çıxışından ibarət olması idi. Konserdə həm muğam xalq mahnıları, həmçinin bəstəkar bir sıra ifaçıların yazdığı mahnı təsniflər səsləndirildi. O cümlədən, “Bayatı-Şiraztəsnifi, “Mahurtəsnifi, “Heyratı”, “Qarabağ şikəstəsikimi muğam təsniflər, “Sarı gəlinxalq mahnısı, eləcə Şəfiqə AxundovanınMehriban olaq”, Əşrəf AbbasovunCeyranım, gəl”, Əlibaba Məmmədovun “Min yaşasın”, Ələkbər TağıyevinAzərbaycan oğluyammahnıları səsləndirildi. Bu digər nümunələri Respublikanın Əməkdar artisti Təyyar Bayramov, Elşad Aydınoğlu, Hüseyn Məlikov, Günay İmamverdiyeva, Vüqar Musayev, Məhəbbət Səfərov, Arzu Əliyeva, Vüsalə Rəcəbova başqaları ifa etdilər. İfaçıları tarda Rövşən Qurbanov, Altay Niftəliyev, Rəşad İbrahimov, Sənan Əliyev, Ədalət Behbudov, kamançada isə Ceyhun Muradov, Araz Ağaverdiyev, Elvin Novruzov, Bayram Əliyev, Təbriz Yusubov müşayiət edirdi.

 

Bundan əlavə gənc musiqiçiləri müşayiət edən ansamblın üzvləri gənclərdən ibarət idi. Tofiq Məmmədov - bas tar, Toğrul Orucov - bas kamança, Bəhruz Zeynalov - ud, Aytac Vəzirova - qanun, Pərviz Əlikramoğlu - balaban, Ramin Abdullayev - nağara alətində müşayiət edirdilər.

 

Tamaşaçıların gur alqışları ilə müşayiət olunan muğam gecəsi bütün solistlərin ifasında Rauf Hacıyevin məşhurAzərbaycanmahnısı ilə başa çatdı.

 

Fərdin MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 20 iyun.- S.16