Muzey Mərkəzində "Kofe rəngi" sərgilənir
Muzey Mərkəzinin Sərgi Qalereyasında Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
və "Cofe
planet" şirkətinin dəstəyi
ilə "Kofe rəngi" adlı sərgi açılıb.
Açılış mərasimində çıxış
edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev təmsil etdiyi qurumun böyük art-layihəsi olan bu sərginin ölkəmizdə keçirilən
birinci Avropa Oyunlarına həsr edildiyini bildirib.
Sərginin birinci Avropa Oyunları zamanı təşkil olunmasının
əhəmiyyətindən söz açan nazir müavini Muzey Mərkəzində təşkil edilən belə silsilə tədbirlərin böyük
maraqla qarşılandığını
vurğulayıb.
Xalq rəssamı,
Rəssamlar İttifaqının
katibi Ağəli İbrahimov sərgi çərçivəsində fırça ustalarının
müasir əsərlərinin
nümayiş olunmasını
rəssamlıq sənətinin
inkişafına təkan
kimi dəyərləndirib.
Daha sonra iştırakçılar
sərgi ilə tanış olublar.
Sərginin ekspozisiyasına rəngkarlıq,
qrafik, heykəltəraşlıq,
batika, instalyasiya əsərləri və müəllif kuklaları daxildir.
Sərgidə rəssam İrina Eldarovanın və kuklaçı rəssamlar
Pərviz Hüseynov, İrina Qundorina, Nübar Şahbazova və Anara Salmanovanın
100-dən çox tematik
rəsm əsərləri
nümayiş olunub.
İyunun 30-dək davam edəcək sərgidə iştirakçılara
tanınmış dizayner
Nadya Tazıyevanın
kofe rəngində geyim kolleksiyası da təqdim edilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 23 iyun.- S.7.