Azərbaycanın turizm
potensialı Dnepropetrovskda sərgilənir
Dnepropetrovskda "Azərbaycan-Ukrayna Gənclər
İttifaqı" İctimai
Təşkilatının təşkilatçılığı
ilə Azərbaycanın
turizm potensialına və Birinci Avropa Oyunlarına həsr olunmuş "fotosuşka" (sərgi)
keçirilib.
Qeyd edək
ki, "fotosuşka"
fotoqrafiya mübadiləsini
nəzərdə tutan
populyar beynəlxalq layihədir. Onun mahiyyəti bundan
ibarətdir ki, hər hansı iştirakçı öz
işlərini paltar sıxacı ilə ipdən asır və çəkdiyi fotoşəkillərin yerinə
başqalarını götürür.
İştirakçı öz çəkdiyi fotoşəkli imzalaya, o biri üzündə əlaqə koordinatlarını,
yaxud fotoşəklin gələcək sahibinə
ürək sözlərini
yaza bilər. "Fotosuşka" iştirakçıları
üçün iki böyük zal icarəyə götürülüb.
Yüzdən çox iştirakçı
Azərbaycanın və
birinci Avropa Oyunlarının paytaxtının
gözəlliklərinə heyran qalıb.
Azərbaycanla bağlı bütün fotolar götürülüb. Bir çoxları
Odlar Yurduna getmək arzusunda olduqlarını bildiriblər.
Tədbirin təşkilatçıları ənənəvi Azərbaycan
şirniyyatı süfrəsi
açıblar. "Plan -B" və "Çayka Livinqston" musiqi qruplarının gənc və istedadlı üzvləri qonaqları öz çıxışları
ilə sevindiriblər.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 24 iyun.- S.7.