Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qubanın yerirolu

 

(Əvvəli ötən sayımızda)

 

Xınalıq kəndinin əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dildə danışırlar. Bu dili xınalıqlılar Kətiş dili adlandırırlar.

 

Kətiş dilini bəzi mütəxəssislər Şimali Qafqaz ailə qrupunun Nax-Dağıstan dil ailəsinə aid edirlər. Digər mütəxəssislər isə bu dili Ural dil qrupuna aid edirlər. Bundan öncə mütəxəssislər bu dili Qafqaz-Şahdağ dil qrupuna aid edirdilər. Bu sahədə linqvistik tədqiqatlar davam edir. Lakin bütün mütəxəssislər razılaşırlar ki, bu dil ən qədim dil ailəsinə məxsus dillərdən biridir. Alimlər belə bir maraqlı mülahizə irəli sürürlər ki, Xınalıq dili Qafqaz Albaniyasının tərkib hissəsi olan tuti tayfalarının dili ilə yaxınlıq təşkil edir. Xınalıq dilinin heç bir dialekt ləhcəsi yoxdur. Yeganə fərq Xınalığın özündə kəndin yuxarı, orta aşağı hissələrində kompakt yaşayan üç əsas nəsil arasında müəyyən hallarda tələffüz zamanı danışıq dili fərqlənir.

 

Bu dildə ismin 18 halı var. Xınalıqlılar İslam dinindən qabaq bütpərəst olublar. Lakin onların məişətlərində dinə qədərki təbiətlə bağlı inanclara da təsadüf olunur. Məsələn, xınalıqlılar arasında odla fala baxma ənənəsi qalmaqdadır. Digər tərəfdən, Xınalıq kəndindən 4-5 kilometr qərbdə təbii yanar qaz çıxan, gecə-gündüz yanan bir yer var ki, bura əhali tərəfindən "Atəşgah" adlandırılır. Bu ziyarətgaha əsasən, xınalıqlıların atəşpərəst olduğunu qeyd edirlər.

 

Hazırda Xınalıqda əsasən 7 məscid fəaliyyət göstərir.

 

Ümumiyyətlə, Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri pir adlandırır. Məscidlər evə bənzəyir minarələri yoxdur.

 

Xınalıq kəndi özünəməxsus unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidi var.

 

Xınalıq kəndinin tarixi ərazisi Azərbaycan Prezidentinin 19 dekabr 2007 -ci il tarixli Sərəncamı ilə "Xınalıq" Dövlət tarix-memarlıq etnoqrafiya qoruğu elan edilib.

 

Qubada həmçinin Cek, Qrız, Haput kim unikal kəndlər mövcuddur.

 

Qubada diqqətçəkən yaşayış məntəqələrindən biri dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbədir. Qırmızı Qəsəbə Quba rayonunda, Qusara gedən yol üzərində yerləşir. Bura yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülüb.

 

XVIII əsrdə bu qəsəbə "Qafqazın Yerusəlimi" adını alıb.

 

İkinci Dünya muharibəsindən sonra yəhudi əsilli əhalinin sayı kənddə daha da artıb. 1990-cı illərin əvvəllərində Qırmızı qəsəbənin sakinlərinin xahişi ilə Milli Məclis qəsəbənin adını dəyişdirib "Fətəli xan" adlandırılmasını qərara almışdı. Lakin həmin qərar təsdiq edilmədiyindən qəsəbənin köhnə adı saxlanılıb. Lakin 5 oktyabr 1999-cu ildə qəsəbənin adı dəyişdirilərək Fətəli xan adlandırılıb.

 

Əhalinin 99 faizi yəhudidir. Qəsəbədə sinaqoqlar bir rus dilli orta məktəb fəaliyyət göstərir. Rayonun yerli camaatı qəsəbəni "Qırmızıkənd" (Krasnoselsk) adlandırır. Bu kəndin sakinləri əsasən ticarətlə məşğul olur, kəndin hər yerində təmtəraqlı, öz gözəlliyi ilə göz qamaşdıran imarətlər ucaldılıb. Millət vəkili Yevda Abramov, adamları Qod Nisanov, Zarah İliyev bu qəsəbənin yetirmələridir.               

 

Qubada bir sıra görkəmli şəxsiyyətlər yetişib.

 

Belə görkəmli şəxsiyyətlərdən biri dövlət xadimi sərkərdə Fətəli xandır. Azərbaycanın azadlığı, müstəqilliyi birliyi uğrunda mübarizə aparmış XVIII əsrin görkəmli ictimai xadimi sərkərdəsi Fətəli xan Qubanın VI xanı olub.

 

Fətəli xan Hüseynəli xan oğlu 1736-cı ildə Quba şəhərində anadan olub. Qaytaq qumuqlarından qacarlardan olan Azərbaycan türkü şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi.

 

1758-ci ildə atası öldükdən sonra iyirmi üç yaşında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dərbənd Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınıb. Vahid Azərbaycan naminə 40 min qoşun yaradan Fətəli xan Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini Ərəş sultanlığını ittifaqa çağırmışdır. Nadir şah Avşarın öldürülməsindən sonra xırda xanlıqlara bölünən Azərbaycaın müstəqil abad bir ölkə kimi görmək istəyən Fətəli xan Qubalı ittifaqa gəlməyən xanlıqları birləşdirınək üçün silaha əl atmağa məcbur olub. O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını bir az sonra Bakı xanlığını özünə tabe edib.

 

Otuz illik silahlı mübarizəsindən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail olub. Ayrı-ayrı sənədlər onun müasirləri olan tarixçilər şahidlik verir ki, Fətəli xan hakimiyyəti saxlamaq üçün ilk növbədə güclü qoşun yaratmışdı. Müharibədə könüllülərdən, partizan dəstələrindən birləşmiş nizami qoşun dəstələrindən daha çox istifadə olunurdu.

 

Müasirləri Fətəli xanı mahir istedadlı dövlət xadimi kimi xarakterizə edirlər. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov yazır ki, Fətəli xan öz ağlı, səxavəti bacarığı nəticəsində yüksəlmişdi. Azərbaycan hərb tarixində igid sərkərdə kimi xatırlanan Fətəli xan 1789-cu ildə vəfat edib. Bəzi mənbələrdə zəhərlənib öldürüldüyü barədə versiyalar var.

 

Azərbaycanın ilk dramaturq qadını Səkinə Axundzadə də Qubadandır yetirməsidir. Yazıçı Mirzə Heybət Axundzadənin qızı Səkinə xanım həm də Azərbaycanın ilk qadın müəllimələrindəndir.

 

S. Axundzadə 1865-ci ildə Qubada anadan olubibtidai təhsilini orada alıb. Atası Mirzə Heybət "Fəda" təxəllüslü ilə şeirlər yazırdı və A.A.Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edib. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görüb, qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərib.

 

S. Axundzadə teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlayıb. "Elmin bəhrəsi" pyesini və "Gəlin və qaynana" komediyasını yazıb. Milli folklorumuz əsasında "Əbülfəz və Rəna" hekayəsini qələmə alıb, bu əsər əsasında isə eyniadlı opera librettosu işləyib.S. Axundzadə Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə çevirib. Namiq Kamal yaradıcılığından hazırladığı "Bəxtsiz bala", "Zülmün səmərəsi" adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulub. S. Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında "Zülmün səmərəsi" adlı dram əsərini yazıb. Bu əsər ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyularaq uğur qazanıb. Bu əsər "Nicat" truppasında, 1920-ci illərin əvvəllərində Milli Dram Teatrında müxtəlif səhnə quruluşunda tamaşaya qoyulub. 1927-ci ildə uzun sürən asma xəstəliyindən Bakıda dünyasını dəyişən S. Axundzadə Bibiheybətdə dəfn olunub.

 

Səkinə xanımın yazdığı əsərlər o dövrün repressiyalarından qorxan qardaşı İbrahim bəyin qızı Reyhan Topçubaşova tərəfindən yandırılıb. Həmin dövrdə Reyhan Topçubaşova Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini idi.

 

S. Axundzadə "Elmin bəhrəsi", "Gəlin və qaynana", "Bəxtsiz bala", "Zülmün səmərəsi", "Haqq söz acı olar", "Şahzadə Əbülfəz" və bir çox pyeslərin müəllifidir. "Zülmün bəhrəsi"ni Hüseyn Ərəblinski 1914-cü ildə Tiflisdə, Abbas Mirzə Şərifzadə 1917-ci ildə və 1922-ci ildə Bakıda tamaşaya qoyublar. Əsas rollarda özləri və Kazım Ziya, İsmayıl Talıblı, Yeva Olenskaya, Yunis Nərimanov oynayıblar. "Bəxtsiz bala" da bu dəstələrin, digər əsərlər isə qız gimnaziyası tələbələrinin iştirakı ilə göstərilib.

 

(Ardı var)

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 25 iyun.- S.6.